Blog: DrELM →  Şriftlərdə çatışmayan "Ə" hərfinin düzəldilməsi


Hər dəfə «A2 AzLat» tipli köhnə şiriftlərlə yazılmış kitablara rast gələndə, türklər demiş «qıcıq» oluram. Belə mətnlər latınca yazılıbmış kimi görünsə də Copy+Paste edəndə rus hərfləri ilə yazıldığı məlum olur. Microsoft 2000-ci ildən "ə" hərfimizi əsas şrifitlərinə əlavə edib, «Azeri (Latin)» klaviatura düzümünü yaradıb, amma bizdə hələ də «Rus» düzümü ilə mətn yığanlarımız var. Mən bunun səbəblərini açıb-tökmək istəmirəm, sadəcə kifayət qədər "Ə" hərfli şriflərimiz olmadığından bu problemin həllinə bir damcı köməyim dəyə biləcək bu məqaləni oxumağınızı istərdim.

( Ətraflı oxuyun )
Paylaş :

DNS Computers →  Online alışlara 15% endirim

DNS Computers-in saytında yeni ilin gəlişi ilə əlaqədar yeni kampaniyaya start verilib. Kampaniya çərçivəsində sayt vasitəsilə alınan bütün mallara 15% endirim tətbiq olunmuşdur. Sifariş olunan mallar Bakı şəhəri ərazisində alıcılara pulsuz çatdırılır. Malın sayt vasitəsilə alışı prosesi kifayət qədər rahatdır. Sifarişin ödənişi mal müştəriyə çatdırıldıqdan sonra həyata keçirilir. Bununla yanaşı, malı kredit yolu ilə də əldə etmək mümkündür. Bunun üçün müştəri DNS Computers-in əməkdaşlıq etdiyi banklardan biri vasitəsilə krediti rəsmiləşdirdikdən sonra sifariş etdiyi malı əldə edə bilər. Yaxın gələcəkdə saytda onlayn ödəmə sistemlərinin də tətbiqi nəzərdə tutulur.
Paylaş :
  • +3
  • 7 декабря 2009, 14:24
  • Blezx
  • 4