Blog: ceyhun_mikayil → Ubuntu haqqında (Açıq qaynaqlı Linux distributivi)
Pulsuz və daim dəstəklənən əməliyyat sistemi Ubuntu:Ubuntu, Debian əsaslı, quruluş ve istifadə asanlığı ilə önə çıxan bir Linux distributividir. Canonical Ltd.‘nin ( ’un ) sponsorluğunda inkişaf etdirilir. Ubuntu’nun hədəfi son istifadəçilərin əldə edə biləcəkləri asan, sürətli, pulsuz, güclü bir əməliyyat sistemi yaratmaqdır. Ubuntu, dilində: “Mən, sən sən olduğun üçün, mənəm” deməkdir, eyni zamanda “başqalarına qarşı mərhəmətli, şəfqətli, xeyirsevər” olmaq kimi insani dəyərlərin təməl alındığı dünya görüşüdür. İnsanlıq üçün Linux (Linux For Human Beings) sloganını istifadə edən Ubuntu, Debian‘dan fərqli olaraq hər 6 aydan bir yeni distributiv; her distributiv üçün də 18 ay dəstək təqdim etməkdədir. Ayrıca 3 il Masaüstü ve 5 il Server sistem dəstəyi göstərən ve müəyyən müddətdən bir çıxarılan Uzun Zamanlı Dəstək (Long Term Support, LTS) distributivləri də mövcuddur.
Ubuntu layihəsinin məqsədi, hər istifadəçinin rahat bir şəkildə istifadə edəcəyi, tamamilə açıq qaynaqlı ve qərarlı bir əməliyyat sistemi yaratmaqdır. Bu əməliyyat sistemi haqqında heç təcrübəsi olmayan kəslərin başlaması üçün ideal bir seçimdir. Bu əməliyyat sistemindən kompyuter arxasına yeni oturan eləcədə uzun illər boyunca professionallaşmış İT ustaları da bəhrələnə bilərlər.
Qısa olaraq tarixi haqqında :
( Ətraflı oxuyun )
- +4
- 23 января 2011, 11:47
- 2
Blog: web → Mobildünya - Mobil telefonların axtarışı

veb səhifəsi mobil telefonlar haqqında ətraflı məlumatların əldə olunmasına xidmət edir.
Veb səhifə üç istiqamət üzrə fəaliyyət göstərir:
1) Mobil telefonların istehsalçısının bütün modelləri üzrə və ya istehsalçının konkret modelinə görə axtarış aparılması.
2) İstifadəçilərin istədikləri mobil telefon funksionallıqlarının (Korpus, yaddaş həcmi, blutuz, WIFI, radio, kamera, video və s. olub olmamasına görə) hansı modeldə olduğunun tapılması.
3) 2-3 mobil telefonun müqayisə olunması.
Veb səhifədə əsas üstünlüklər ondan ibarətdir ki, mobil telefon haqqında ətraflı məlumat almaq olur. Misal üçün mobil telefon axtaran zaman onun funksionallıqlarını, orta hesabla 5-6 görünüşdən müxtəlif rənglərdə fotolarını, ən əsasə isə tağılan telefon haqqında video çarx izləmək olur, hansı ki telefonun hərtərəfli görünüşü və daxili menyuları və s. funksiyalarının necə işlədiyini görmək olar.
Bir neçə telefonda isə video çarxlarda mobil telefonun reklam çarxı yerləşdirilib.
Funksionallığa görə axtarış aparmaq üçün istədiyiniz funksionallıqları qeyd edib axtarış apararaq bu funksionallıqların hansı telefonda cəmləndiyini və həmin funksionallığa ən yaxın olan 10 modeli görmək olar.
veb səhifəsinin digər üstün cəhəti ondadır ki, Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir.
- +1
- 19 июля 2010, 12:16
- 13



