+1
Sayt test rejimində işləyəndə ona daxil olmuşdur. Düzdür, bir çox düzəlişlər lazım idi, lakin ümumiyyətlə saytın tam yeni bir proyekt kimi yaradılması hiss olunurdu. Aznetin bir çox saytları (elə mənim öz saytımda) DLE və ona oxşar digər «dvijok»-ların üzərində gurulur. Bu çox pisdir, lakin nəhəng layihə kimi hazırlanan böyük portalların da bu sistemlər üzərində qurulması həm gülməli, həm də acınacaqlı görsənir.
Halay.az bu mənada həmin aşağı səviyyəli «böyük» saytlardan çox fərqlənir! Ümid eyləyirəm ki, gələcəkdə həm «Halay», həm də onun kimi hazırlanan digər PEŞƏKAR saytlar inkişaf edib ölkəmizə başucalığı gətirəcək.
Sizə isə, yalniz uğurlar arzulayıram!
avatar

yanar

  • 9 апреля 2010, 12:24
0
Dediyiniz kimi eylədim.
Bazanı php-admin-nən əvvəl utf-8 — ə upload eylədim (MSQL səhvi verdi), onda «utf8» yazdım (defissiz). Sayt işlədi, lakin heç nə dəyişmədi.
Bir məsələ də var. Saytın admin panelində «Настройка системы» -> «Общие настройки системы» bölümündə «Используемая кодировка на сайте:» sahəsində «windows-1251» göstərilir. Onun əvəzinə utf-8 və ya UTF-8 yazıram, lakin «save» eyləyib yenidən bu səhifəyə qayıdandə görürəm ki, yenədə «windows-1251» qalıb.
c-panel-də «language» -> «Russian» -> «website.lng» faylında 'charset' => «UTF-8» kimi yazılıb.
Bütün rus hərfləri sual kimi (rombun içində) görsənir. Kommentariyalarda yenədə Ü, Ö və Ç harflərinin əvəzinə rus hərfləri sual kimi verilir.
tpl-ləri bir-bir açaraq utf-8 ə dəyişdim — həm brauzerin Вид -> Кодировка bölümündən, həm də c-panelin «Encoding:» siyahısından utf-8 seçərək.
Necə fikirləşirsiniz, sonra nə etmək olar?
Siz bir variant kimi ajax-ı yığışdırmaq verdiz. Bunu necə eyləmək olar ki, həm kommentariyaları yazmaq olsun (lakin ajax-da yox), həm də «Tez düzəliş forması» işləsin. «Tez düzəliş forması» heç olmasa da olar — əsas kommentariyalardı.
avatar

yanar

  • 8 февраля 2010, 10:23
0
Ümumiyyətlə, saytın bazası artıq cp1251-də yaradılıbsa, və saytın charseti windows-1251-disə, siz dediyiniz üsulu necə tədbiq etmək olar?
Kömək eyləyə bilsər çox minnətdar olaram! Kommentariyalarda və tez düzəliş formasında olan bu problem məni lap dilxor eyləyib!
avatar

yanar

  • 4 февраля 2010, 15:42
0
Mən charseti windows-1251-dən dəyişmək istəyərkən bütün rus hərfləri suallara dönür.
avatar

yanar

  • 4 февраля 2010, 15:22
0
Düzdü, logonun son variantı məhz Mak.azMak.az forumçularının köməyi ilə yarandı. O zaman müzakirədə içtirak edən və məsləhət verən hər kəsə bir daha minnətdarlığımı bildirmək istəyirəm!
Saytın quruluşuna qalanda — sayt ilk olaraq yarananda onu doldurmaq problemi qabağımızda durmuşdu. Digər saytlardan götürülən xəbərlərlə onu doldurmaq istəmirdik. Saytın varlığı qeydiyyatdan keçən müəlliflər üzərində, onların dərc etdiyi şeirlər və yazdığı resenziyalar üzərində qurulur. İlkin mərhələdə isə bunların heç biri yox idi. Ona görə də mükəmməl bir struktur qurmaq çox çətin oldu. Həmçinin böyük bir səhvimiz saytı tam eninə (100%-la) götürmək idi. Bu səhvi artıq düzəltmişik.
Planda olan növbəti iş, saytın (siz demişkən) usabilitisi daha da rahat etməkdir.
Həmçinin saytda bəzi yerlərdə şriflərlə bağlı problemlər var. Misal üçün resenziya (comment) yazdıqda "ü" hərfi «ц» hərfi kimi göstərir, eyni zamanda "ə", "ğ", "ş" kimi hərflər problemsiz dərc olunur. uzun müddət bu problem üzərində işləsək də, düzəldəmmirik. Kimsə kömək eyləsə çox minnətdar olaram!
avatar

yanar

  • 3 февраля 2010, 13:18
0
«Tutarlı» deyəndə Siz nəyi nəzərdə tutursunuz? Gündə 1000-lərdə istifadəçinin daxil olmasını? Təəssüf ki, Azərbaycanda mədəniyyətə bağlı proyektlər bu cür populyarlıq qazanmır. Biz də bunu bilirik. Cavanlarımızın əksəriyyətinə (əlbətdə ki, hamısına yox) əyləncə, daha yaşlı insanlara isə xəbərlər lazımdı.
Lakin İnternet işlədən insanların heç olmasa cuzi hissəsini biz şeiriyyətə qovuşdursaq deməli işimizi nahaq yerə görməmişik.
Həm də ki, Azərbaycanda minlərlə insan şeir yazır, lakin əsərlərini dərc etməyə imkan tapammır. Bu cür, heç kəsə çatdırılmayan şeirlər, həmişəlik itirilir. Misra.az saytında dərc olunmuş əsərləri artıq hər kəs oxuya bilər. Həm oxuyub, həm də ki, oxuduğu şeirə şərh yaza bilər. Müəlliflər də, yazdığları əsərlərə olan marağı görüb, heç olmasa bir az da ruhlanırlar. Ola bilsin bu kiminsə sənəti atmamağa və yeni əsərlər yaratmağa vadar edir. Kim bilir…
avatar

yanar

  • 3 февраля 2010, 10:27
0
İnan ki 100 dəfə dəqiqləşdirmişik :)))) Əvvəl şer yazmışdıq — köhnə yazılış formasına, yəni abastroflu "ş'er" sözünə əsaslanaraq. Lakin yeni qaydalara əsasən abastrof bir çox sözlərdə məhz «i» hərfi ilə əvəzləndi. O cümlədən şeir sözündə də.
avatar

yanar

  • 3 февраля 2010, 10:10
0
Çox sağ olun!
Şeir yazırsınızsa Sizi də qeydiyyatdan keçib, əsərlərinizi dərc etməyə dəvət edirəm!
avatar

yanar

  • 2 февраля 2010, 16:59
0
Sayt artıq işləyir!
Texniki işlər aparılırdı — yeni servera köçürüldü.
Dizayn haqda deyilən hər bir sözlə tam razıyam! Düzələsi hələ çox şey var.
Üzərində işləyirik.
avatar

yanar

  • 2 февраля 2010, 16:46