Blog: yanar →  Milli Şeir Portalında “İlin şairi” seçilir.

Xoş bir xəbərlə Sizinlə paylaşmaq istəyərdik.
2011-ci ilin yekunu kimi Misra.az Şeir Portalında “İlin şairi” müsabiqəsi keçirilir.
“İlin şairi”ni saytın müəllifləri özləri seçirlər və qalibi saytda təşkil olunan səsvermə müəyyən edəcəkdir. İlk üç yeri qazanan müəlliflər üçün hesablarında olan balların nağd pula çevrilməsi və digər hədiyyələr nəzərdə tutulub.

Xatırladırıq ki, şeir yazan və internetə çıxışı olan hər bir şəxs, misra.az saytında qeydiyyatdan keçərək, öz əsərlərini istənilən dildə dərc edə və müsabiqələrdə iştirak edə bilər.

www.misra.az
Paylaş :

Blog: yanar →  Misra.az saytında keçirilən müsabiqə.

Milli şeir Portalında növbəti müsabigə başa çatdı.

Sayca ikinci olan bu müsabiqədə mübarizə ən yaxşı şərhçi adı uğrunda aparılırdı.
Müsabiqə iki mərhələdən ibarət idi.
Birinci mərhələdə üç ən fəal şərhçi, yəni 1 ay ərzində ən çox resenziya (şərh) yazan müəlliflər sadə statistika yolu ilə müəyyənləşdirildi.
İkinci mərhələdə, həmin üç müəllifdən, saytın istifadəçiləri tərəfindən səsvermə yolu ilə, birinci, ikinci və üçüncü yerin sahibləri müəyyənləşdirildi.

Nəticələr:
SAIDA-27 səs (44.26%);
Sergey_Kurmishov-26 səs (42.62%);
QezelXan-8 səs (13.11%).

Qalib gələn bütün müəllifləri ürəkdən təbrik edirik!
Paylaş :

Blog: yanar →  Azərbaycanın ilk Şeir Portalı



2010-cu ildən Azərbaycanın ilk Şer Portalı – Misra.az, fəaliyyətə başladı.
Şer yazan və İnternetə çıxışı olan hər bir şəxs sayta daxil olub istənilən dildə öz misralarını dərc edə bilər.
Misra.az saytında dərc olunan bütün əsərlərin müəllif hüquqları qorunur. Həmçinin hər-hansı əsərin müəllif hüquqları digər şəxslər tərəfindən pozulduğu halda onların bərpası saytın köməyi ilə mümkündür. Ehtiyyac olduqda saytın administrasiyası əsərin müəllifini, adını, mətnini və dərc olunma tarixini özündə əks etdirən arayış verir.
Saytda dərc olunan əsərlərə və yazılan resenziyalara görə bal sistemi təşkil olunubdur. Eyni zamanda müsabigə elan olunub. Müsabigənin nəticələrinə görə ən çox bal toplayan ilk üç müəllif üçün topladığı ballar pula çevriləcək.

www.misra.az
Paylaş :