Blog: sESo → Artıq Google’ın da URL qısaltma servisi var: Goo.gl

Xüsusilə sosial şəbəbkə istifadəçilərinin bol bol istifadə etdiyi «tinyurl», «bit.ly» kimi qısaltmalara yenisi əlavə edildi. Bu Google-nin yeni URL qısaltma servisi olan ""-dir...
Twitter'də bol bol gördüyümüz «bit.ly» qısaltmalarına artıq öyrəşmişik. Amma internetlə bağlı hər şeydə olduğu kimii Google, URL qısaltma servislərinə də əl atdı. "" adresindən daxil ola biləcəyimiz servis, olduqca sürətli bir yönləndirmə həyata keçirir.
( Ətraflı oxuyun )
- 0
- 3 октября 2010, 01:40
- şərh yaz
Blog: sESo → Windows 7 yenə irəlidə...
Statscounter'a görə Windows 7 ümumi bazar payını 20.09%'ə yüksəltdi. Windows Vista isə 19.41%'ə qədər gerilədi. Vista'nın RTM versiyası 2006-cı ildə hazırlanmış və əməliyyat sistemi 2007-ci ildə isə satışa çıxarılmışdı. Windows 7 isə 2,5 yaşındakı əməliyyat sistemini sadəcə 12 ay içində 175 milyondan çox lissenziya sataraq geridə qoydu.9 yaşındakı Windows XP isə 59.92%-lik bazar payı ilə hələdə birinci sırada gedir. Ancaq son bir neçə ay içində kəskin bir azalma gözə dəyir. Bu da istifadəçilərin sürətli bir şəkildə Windows 7-yə inteqrasiya olduğunu gözlər önünə gətirir. Rəqəmlərə baxdığımızda Windows XP, Windows 7'nin çıxışından bəri payının 24%'ni itirdiyini görürük.
( Ətraflı oxuyun )
- 0
- 2 августа 2010, 22:07
- 1+1
Blog: sESo → 20 milyard tweet!
Keçən mart ayında ilk inanılmaz rəqəmini açıqlayan (10 milyard tweet) Twitter’in üzərindən daha bir neçə ay keçdi ki, rəqəmlər 20 milyarda çatdığı xəbəri verildi.Servisin 10 milyard mesaja 4 ildə nail olduğunu düşünülürsə, nə qədər sürətlə böyüdüyünü görmək olduqca asandır.
adındakı Yapon qrafik dizayner tərəfindən qoyulan Tweet, 20 milyardıncı mesaj olduğu qeyd edilincə ziyarətçi axınına səbəb oldu. "Əvvəlcə zarafat olduğunu düşündüm" deyən Yapon, heç tanımadığı minlərcə insandan mesaj almasını «qorxunc» olaraq adlandırdı.
Gündə orta hesabla 300 min istifadəçisinin qeydiyyatdan keçdiyi Twitter’in xüsusilə Dünya Kuboku zamanında serverlərindəki həddindən artıq yüklənmə üzündən arada bir xəta vermişdi.
- 0
- 2 августа 2010, 21:31
- şərh yaz
Blog: sESo → Yeni browser Mozilla Epic...
Artıq Internet Explorer istifadə edən var ki? Mən şəxsən ətrafımdakı insanlar arasında İE istifadəçisi görmürəm.Məcburən sadəcə Internet Explorer’ə uyğun sayt yaradan firmaları keçsək, məcbur olunmadığı halda Internet Explorer istifadə edilmir, istifadə edənlərdə Maxthon istifadə edirlər; (Internet Explorer bazalı bir browser).
( Ətraflı oxuyun )
- 0
- 1 августа 2010, 19:54
- 4+4
Blog: sESo → Halay.az - Bizim Əhatə Dairəmiz
Halay.az — Bizim Əhatə DairəmizArtıq 2 ildir ki, üzərində işlənilən bu veb lahiyə qısa müddətli fəaliyyətindən sonra əsaslı yenilənərək bu ayın əvvəlindən tam gücüylə fəaliyyətə başladı. özündə çox geniş funksiyaları cəmləşdirib (Halay- dairə mənasını verir, Slogan – Bizim dairəmiz hamını əhatə edir). Sayt informasiya və əyləncə formatlı olmaqdan savayı həmçinin Sosial şəbəkə rolunu daşıyır. Bu səbəbdən ilk öncə istifadəçilər üçün geniş istifadəçi paneli yer almaqdadır.
( Ətraflı oxuyun )
- 0
- 26 июля 2010, 15:23
- 5+5
Blog: sESo → Explorerdə açıq tapanlara mükafat yoxdur...

Mozilla və Google'nin əksinə Microsoft browserin'də açıq tapanlara mükafat verməyi rədd edir.
Keçən günlərdə Mozilla və Google'nin browserlərindəki açıqları tapanlara 3 min dollar mükafat verəcəkləri xəbəri yayılmışdı. Bunun əksinə açıqlama verən Microsoft yetkililəri buna bənzər bir hərəkətə müsbət baxmadıqlarını qeyd etdilər.
«Bizcə açıqları tapanlara mükafat vermək cəlbedici bir davranış deyil.» deyən Microsoft Təhlükəsizlik Araşdırma Mərkəzi yönəticisi Mike Reavey'in əksinə hackerlər üçün açıqlara görə qoyulan mükafat bir çox hackeri motivasiya etdiyinin bildirdi.
( Ətraflı oxuyun )
- +1
- 24 июля 2010, 16:07
- 2+2
Blog: sESo → Aznet...Saytlarımızın “əhatə dairəsi” nə qədər genişdir?

Saytlarımızın istifadəçilərə nə dərəcə də təsir göstərirlər?
Salam.Weboxu blogunu hər gün izləyirəm,hər postu maraqla oxuyuram.Qərara gəldim ki, məndə bir post yazım.Yaralı yerimiz olan yerli saytlardan danışmaq istəyirəm.Bu yaxında qwerty blogunda yerli popsa saytlarımız haqqında maraqlı yazını oxudum.Yazı bizim aznet-də çox sayda istifadəçi toplamış əyləncə saytlarına həsr olunmuşdu.Bəli belə saytlar gənclərimizin zövqünün formalaşmasında böyük rol oynayır.Nəzərə alaq ki, bu saytların istifadəçilərinin 90-95% — ni gənclər təşkil edir.Amma çox təəssüf ki, bu cür saytlarımız DLE sisteminin məhdud funksiyalarından istifadə edir.Eləcə də xəbərlər haqqında da yaxşı fikirlər söyləmək çətindir.Eksklüziv mp3,şəkillər və s.Elə bu məntiqlə də bütün belə saytlarımız fəaliyyət göstərir və saylarıda günü gündən artmaqda davam edir.Ucuz,asan quraşdırma və hazır şablon...Təsəvvür edin msn.com-da son xəbər başlığı "Əziz istifadəçilərimiz üçün super avatarlar! Dünyanın yek saytı msn.com-da! :)" ...Nə isə mövzuya qayıdaq.Düzdür aznet istifadəçilərinin əksəriyyəti əyləncəli xəbərlər tələb edir.Və bu saytlarımızda bunu nəzərə alırlar.Amma mən düşünürəm ki. aznet istifadəçilərinin indiki zamanda belə əyləncəyə meyilli olmalarında da elə qeyd etdiyim bu saytların rolu böyük olub.Mən çox istərdim ki, belə çox sayda istifadəçiyə sahib olan saytlarımız (mix.az,big.az və s.) yeni layihələrə başlasınlar.İstifadəçilərimizin internet saytları,onların məzmunu barədə fikirlərini daha doğru və səmərəli yöndə inkişafına nail olsunlar.Məncə aznetin inkişafında buna ehtiyac var.
( Ətraflı oxuyun )
- 0
- 8 апреля 2010, 16:18
- 20+20



