MEQA şirkəti →  MEQA şirkətinin hazırladığı saytlarla bağlı sosial hakinq (social hacking) cəhdi aşkarlanıb.


Avqust ayının 24-də müştərilərimizə MEQA şirkətinin adından saxta müraciət ünvanlanmışdır.
Müraciətdə yazılır ki, şirkətimizin hazırladığı saytlarda guya təhlükəsizliklə bağlı kritik problem aşkarlandığından problemin aradan qaldırılması üçün təcili olaraq www.meqa-support.com/submit ünvanında qeydiyyatdan keçirmək lazımdır. Göstərilən ünvanda forma açılır və saytın məzmununu yeniləməklə məşğul olan inzibatçılardan oraya öz məxfi məlumatlarını (ünvanlarını, istifadəçi adı və parolunu) daxil etmələri tələb olunur. Müştərilərimizi inandırmaq üçün yeni yaradılmış saytın (bu sayt elə müraciətin ünvanlandığı tarixdə, yəni 24 avqust 2011-ci ildə qeydiyyatdan keçibdir) baş səhifəsi (yəni www.meqa-support.com ünvanı) MEQA şirkətinin rəsmi saytında yönləndilir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: istiot →  Növbəti texnoloji trend — sosial izlənmə!

Bu gün Google Plyusu test etmək üçün dostumdan dəvət aldım. İlkin təəssüratım yaxşı oldu. İnternet saytları sahəsinin azından bir eksperti kimi deyə bilərəm ki, funksioanllıq baxımından hələ kasad olsa da, istifadə rahatlığı baxımından Facebookdan daha üstündür. Bu da normal haldır, belə ki Facebook sosial şəbəkə olaraq artıq qocaman adlandırıla bilər, Google+ isə yeni doğulur. Elə bu yazını onların istifadəçilər uğrunda müharibəsinə hərs etmək istəyirdim ki, testin növbəti addımında məyus oldum və fikrimdən daşındım.




( Ətraflı oxuyun )
Paylaş :

Blog: istiot →  Ən populyar saytlarımız hansıdır?


Bu qısa yazının məqsədi oxucuların vasitəsi ilə Azərbaycanda istifadə olunan ən populyar saytları üzər çıxarmaqdır. Xahiş edirəm şərhlərinizdə gün və ay ərzində ən çox istifadə etdiyiniz saytları göstərəsiniz. Qolunuza qüvvət!

Düzəliş (08.07.2010 20:00): Deyəsən ilk yazımdə dəqiq olmamışam. Sualım Azərbaycan saytlarına aid idi. Məqsədim Azərbaycanda yaradılan (dilindən asılı olmayaraq) saytların siyahısını çıxarmaqdır. Təbii ki, bu məqsədlə müəyyən reytinq saytlarına müraciət etmək mümkündür, lakin mən istərdim ki, burada bir növ canlı ünsiyyət yaradaq. Bu, gələcək yazılarım üçün bir cığır açacaq.
Paylaş :