Blog: hers19 →  Virtual Assistant

Əvvəla onu deyim ki, bu weboxu-da ilk yazımdır. Bilmirəm necə başlıyım :D
Bu yazımla bir müddət bundan öncə ilk versiyasını hazırlayıb başa çatdırdığım bir sistemi tanıtmaq və ona münasibəti öyrənmək istəyirəm. Ona görə istərdim ki, müəyyən qədər sistemin nə iş gördüyünü deyim. Deməli adından da göründüyü kimi, bu proqram istifadəçilərin köməkçisi yerindədir, belə ki, proqram hələki(sonrakı versiyalarında inkişaf etdiriləcək) dört hissədən ibarətdir. Bunlardan əsası AvtoTəbrik bölməsidir, digərləri isə Bakcell, Azercell və Xəbərlər -dir.
— Xəbərlər bölməsində dört məşhur xəbər saytından son xəbərləri oxumaq mümkündür.
— Bakcell və Azercell bölmələrində isə istifadəçilər pulsuz mesajlar göndərə bilərlər. Qeyd edim ki, pulsuz mesajlar Azercell və Bakcell -in veb saytlarında göstərdikləri xidmət əsasında realizə edilmişdir.
— Əsas bölmə olan AvtoTəbrik bölməsində isə istifadəçilər doğum günlərini avtomatik təbrik edə bilərlər. Bunun üçün onlar, avtomatik təbrik etmək istədiyi insanların mobil nömrəsini, doğum günü tarixini və uyğun mesajı yazmalıdırlar. Bundan sonra istifadəçi heç bir şey etmir hər şeyi sistem özü edir. Doğum gününə bir gün qalmış sistem istifadəçiyə xəbərdarlıq sms -i göndərir və doğum günü çatanda uyğun mesajı uyğun nömrəyə göndərir. Qeyd edim ki, bu sms -lər pulsuz göndərilir və Bakcell istifadəçilərində mobil telefon necə proqram da elə göndərir, lakin Azercell istifadəçilərində veb mesaj olduğu bilinir.

Proqramın qurucusunu(installer) aşağıdakı linklərdən yükləmək mümkündür:
kompyuterinizdə .Net Framework 3.5 artıq varsa
kompyuterinizdə .Net Framework 3.5 və ya daha yenisi yoxsa
Paylaş :