yazDroid Bloq →  Fring - yeni versiyasını təqdim etdi



Keçən dəfə Fring-in yeni versiya üzərində işlədiyini yazmışdım. Belə ki, 4 nəfərə qədər videokonfrans təşkil etməyə imkan verən Fring yeni versiyasını artıq təqdim edib. Dediyim kimi, tətbiq multiplatformalıdır, yəni aşağıdakı videoda iPhone görərkən, təəccüblənməyin.

( Ətraflı oxuyun )
Paylaş :

yazDroid Bloq →  Məşhur Sony Playstation emulatoru ödənişsiz oldu



Sensasiyalı oyun smartfonu Sony Ericsson Xperia Play-in satışları başladıqdan sonra, Google şirkəti anlaşılmazlıqların qarşısını almaq üçün, daha əvvəl Sony Playstation emulatoru kimi məşhur olan PSX4Droid-i tətbiqlər kataloqundan, yəni Android Marketdən silməli oldu.

( Ətraflı oxuyun )
Paylaş :

yazDroid Bloq →  Fring'dən dörd nəfərlik videoçat



Multiplatformalı Fring tətbiqinin rəsmi bloqunda yeni funksiyanı yoxlamaq üçün könüllülər toplayırlar. Bu yenilik eyni anda dörd nəfərlə videosöhbət imkanını təqdim edir. Söhbət iştirakçıları yalnız Android smartfonlardan deyil, həmçinin iOS əməliyyat sistemi üzərində çalışan qurğulardan da istifadə edə biləcəklər. Fring-in yeni beta versiyaları testerlərə pulsuz təqdim olunur. Belə baxanda, final relizi üçün də heç nə ödəmək lazım olmayacaq.

( Ətraflı oxuyun )
Paylaş :

yazDroid Bloq →  Android tətbiqləri Windows'da



Android tətbiqlərini Windows'da işə salmaq artıq tam reallıqdır. Belə ki, BlueStacks şirkəti tezliklə çıxaracağı, Windows'da Android tətbiqlərini işə sala biləcək aləti haqda məlumat verib. Xatırladaq ki, bunun xüsusi x86 versiyaları fərdi kompüterlər üçün artıq mövcuddur. Android tətbiqlərini xüsusi emulatorun köməyi ilə də işə salmaq olur. BlueStacks'in çözümündəki fərq isə ondan ibarətdir ki, sistemlər artıq təcrid olunmuş mühitdən istifadə etməyəcək, hansı ki, eyni resurslara giriş əldə etmək olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

yazDroid Bloq →  Samsung Galaxy Prevail: rəsmi çıxışı və ilk təəsüratlar



Son günlərdə mobil rabitə operatoru Sprint NextelBoost Mobile şirkəti Nyu-Yorkda təşkil olunmuş xüsusi tədbirdə Android smartfonu Samsung Galaxy Prevail-i təqdim etdi. Telefon operator tərəfindən satılacaq və əsas funksiyalar dəstinə sahib olan Galaxy Prevail qiymətinin ucuzluğu ilə istifadəçilərini sevindirəcək.

( Ətraflı oxuyun )
Paylaş :

yazDroid Bloq →  Endi Rubin Androidin standartlaşdırma şayiələrini təkzib etdi



Çoxdandır internetdə Android əsaslı mobil telefonların fraqmentasiya problemləri haqda müzakirələr gedir. Hazırladıqları tətbiqləri müxtəlif ekran ölçüləri, Android versiyaları və texniki platformalar altında adaptə edən tərtibatçıların isə hələ heç bir şikayətləri olmayıb.

( Ətraflı oxuyun )
Paylaş :

yazDroid Bloq →  Xperia Play-dən növbəti reklam şedevri

Satışları yeni başlayan oyun smartfonu Sony Ericsson: Xperia Play-in yeni reklam çarxları: Baxaq…


Paylaş :

Blog: sandstorm →  Nokia bu il 40 yeni telefon hazırlayacaq



Nokia şirkəti bu il 40 yeni telefon buraxmağı planlaşdırır. Bunlardan ən azı 12-in smartfon olacağı güman olunur. Bu boş şayiələr deyil, xəbəri Nokia-ın Hindistandakı nümayəndəliyində marketinq üzrə vitse-prezidenti və direktoru səsləndirib. O, yenilik elanlarını aprel ayının ortalarında gözləmək olar — deyə bildirdi. Həmçinin Windows Phone 7 əsaslı telefonlar üzərində işlər aparılır və onları 2011-ci ilin sonunda görə biləcəyik. Telefonların sırasına operator modelləri və həmçinin, yalnız müəyyən ölkələrdə satılacaq xüsusi versiyalar da girəcək.
Paylaş :

Blog: sandstorm →  Windows 8-in ilkin görüntüləri



İnternetdə Windows 8 əməliyyat sisteminin ekran görüntüləri yayılıb. Within Windows bloqunun müəllifləri artıq ilkin buraxılış təsvirlərini dərc ediblər.

Onlar xüsusi olaraq, dizaynı mobil Windows Phone 7 ƏS-inin başlanğıc səhifəsini xatırladan sistemə giriş təsvirini yerləşdirdilər. Bu səhifədə tarix və vaxt, enerji istehlakı rejiminin seçim menyusu yerləşir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: sandstorm →  Dörd ekranlı və cütnüvəli Kyocera Quadro



Daha əvvəl Kyocera Echo smartfonunun elan olunması çoxlarını təəccübləndirdi. Smartfon istehsalının təcrübəsinə kifayət qədər malik olmayan yapon şirkəti olduqca qeyri-adi formatda olan bir qurğunu buraxmağa qərar vermişdi. Şirkətin planları isə əhəmiyyətli dərəcədə davam edirmiş. Bugünlərdə məlumat yayıldı ki, yapon şirkəti daha bir inqilabçı qurğusunu buraxılışa hazırlayır – dörd müxtəlif ekranla təchiz edilmiş Kyocera Quadro.

Bu yeniliyin bəzi ilkin təfərrüatları da məlumdur. Belə ki, Kyocera Quadro 1.4 GHz tezliyiylə işləyən cütnüvəli prosessor və 7 meqapikselli kamera ilə təchiz ediləcək.

Echo kimi yeni model də qatlanan formada hazırlanacaq. İki hissəsinin hər tərəfində bir-birindən asılı olmayan bir ekran yerləşdiriləcək. Güman olunur ki, üz tərəfdən yerləşdirilən ekranlar smartfonun real vaxtdakı işi haqda informasiyanı təsvir etməyə xidmət edəcək.

Deyilənlərə görə, yapon şirkətinin hazırladığı əvvəlki smartfon kimi, bu da Sprint operatorunun şəbəkələri üçün nəzərdə tutulacaq.
Paylaş :