Blog: asifinfo →  Daimi ifadələr (Regular expressions)


Sətrdə axtarış etmək üçün əksər programlaşdırma dillərində olduğu kimi, PHP-də də daimi ifadələrdən geniş istifadə olunur. İngilis dilində Regular expression olan bu söz birləşməsini “daimi ifadə” kimi tərcümə etdim. Əgər dilimizdə başqa cür səslənirsə və ya daha ideal variantını bilirsinizsə eşitmək maraqlı olardı.

Daimi ifadələrin köməyi ilə cari sətrdə olan və verilmiş qəlibə (şablona) uyğun gələn altsətri tapmaq və ya bu sətrdə axtarılan altsətrin mövcud olub olmamasını araşdırmaq mümkündür.

Daimi ifadələrin bir neçə tətbiq forması və ya dialekti mövcuddur. Biz əsasən daha çox inkişaf etmiş və özünə geniş tətbiq sahəsi tapmış Perl uyğunluqlu daimi ifadələrdən danışacayıq.

( Ətraflı oxuyun )
Paylaş :

Bloglar →  Azerfon 3G və Ubuntu 11.04

Salam hamıya. Bu postda biz Azerfondan 3G modemi Linux Ubuntu 11.04 işlədəcəyik. Qeyd edim ki, bu çox çətin məsələ deyil və bu məqaləni sadecə bir manual kimi istifadə etmək olar. Gəlin başlayaq.
Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır.

Yoxlayırıq.
Bunun üçün simkartı USB modemə salırıq və kompüterin USB çıxışına salıb Terminalı açırıq.
Orada yığırıq:
[biotin@biotin ~]$ dmesg

Nəticəsi:
....
[  423.693909] option: v0.7.2:USB Driver for GSM modems
[  429.025608] scsi 7:0:0:0: Direct-Access Vodafone  MMC Storage MMC  Sto PQ: 0 ANSI: 2
[  429.028697] sd 7:0:0:0: Attached scsi generic sg2 type 0
[  429.037568] sd 7:0:0:0: [sdb] Attached SCSI removable disk

Burada müxtəlif yazılar çıxacaq. Bunlar Core-un(Ядро)nın cihazlardan olan məlumatıdır. Bizi ən axırdakı məlumat maraqlandırır. Gördüyümüz kimi bizim Vodafondan olan modem uğurla tapıldı.

( Ətraflı oxuyun )
Paylaş :