AzTWI → AzTWI-də 2011-ci ilin populyar trendləri
Bir ildən azca artıq müddətdir fəaliyyət göstərən saytı bildiyiniz kimi in Azərbaycan seqmentinin monitorinqi ilə məşğul olur, bu monitorinq zamanı ən çox müzakirə olunan mövzuları, ən çox işlədilən sözləri aşkara çıxarıb yayımlayır. Qeyd etmək lazımdır ki, ötən 2011-ci ildə Azırbaycanlı Twitter istifadəçilərinin sayı xeyli dərəcədə artıb. Twitter rəhbərliyi rəsmi rəqəmlər açıqlamasa da, tanınmış mikrobloqların izləyici sayındakı artım tempindən ümumi artımın hansı dərəcədə olması aydın olur. Məsələn 1 il öncə ölkə prezidentinin rəsmi mikrobloqunun izləyici sayı 2000 idisə, indi bu göstərici bir neçə dəfə yüksəlib(təxminən 15000) və mikrobloqu hər gün 60-80 yeni izləyici izləməyə başlayır. Həmçinin ölkənin ən iri mobil operatoru Twitter üzərindən texniki dəstəyə başladıqdan sonra ötən il izləyici sayını dəfələrlə artırdı.
( Ətraflı oxuyun )
- +3
- 16 января 2012, 11:59
- 2+2
AzTWI → İyun ayının #aztwi trendləri
Mayın sonlarında bizim twitter populyar istifadəçilər və mövzular bölməsi texniki problemlərlə üzləşdi, məhz bu səbəbdən həmin vaxt ərzində qaynar mövzular və populyar istifadəçiləri dərc etmək mümkün olmadı. İyunda problem artıq həll olundu, sistem əvvəlki iş rejimini bərpa etdi. Bunun sayəsində də keçən ayın obyektiv trendlərini almaq imkanı oldu. Qeyd edək ki, Twitter bir sıra yeniliklər də etdi, bu haqda həmkarlarımız da . Avroviziya finalı günündə isə «Azərbaycan» sözü 4 dildə qlobal trendə . Bu faktı da qeyd etmək yerinə düşər ki, Twitter ölkəmizdə çox böyük sürətlə olmasa da, populyarlaşmaqda davam edir. Ən çox izləyicisi olan prezident İlham Əliyevin Twitter izləyici sayı 5 minə yaxınlaşır. @aztwi botunun izlədiyi aktiv mikrobloqqerlərin sayı isə təxminən 2 mindir. Yaxın aylarda biz aztwi seqmentinin yenilənmiş statistikasını təqdim edəcəyik.
( Ətraflı oxuyun )
- +3
- 3 июля 2011, 21:42
- 1+1
AzTWI → Azərbaycan Twitterin dünya trendlərinə dörd dildə düşdü

Azərbaycanın dünən Düsseldorfda keçirilən «Avroviziya 2011» mahnı müsabiqəsində qalib gəlməsi ölkəmizin adını Twitterin dünya trendlərinə (haqqında ən çox danışılan mövzular) saldı, özü də eyni zamanda 4 dildə olan yazılış ilə: ingilis, alman, rus və yunan dillərində. Maraqlısı budur ki, yazılanların əksəri xəbər və təbrik xarakteri daşıdığı halda, heç də az olmayan bir hissəsi də “Azərbaycan nədir?”, “Bu ölkə hara yerləşir ki?” tipli suallar idi. Ümid edək ki, bu savadsız görünən sualları verənlər digər istifadəçilərdən lazımı informasiyanı ala bildilər. Bu mövzudakı böyük yazı axınında təbii ki, Azərbaycanlı istifadəçilərin də yazılarının sayı hədsiz dərəcədə çox idi. Təəssüf edirik ki, saytının qaynaq kimi istifadə etdiyi API Twitter xidmətinin qoyduğu bəzi məhdudiyyətlərə görə biz heç də bütün yazıları emal edə bilmədik. Həmin ana olan müşahidələrimizə görə Azərbaycan seqmentində müəyyən pik anında daxil olan tvitlərdə aztwi.com bazasında adı olan 500-ə yaxın “qeyd olunan” istifadəçi, hər dəqiqəyə 100-dən artıq tvit olurdu ki, bu da bizim seqment üçün rekord göstəricidir. Ümumi göstəricidə dünən gecə olan tvit axını adi vaxtlarda olan axının həcmindən 3 dəfə böyük oldu.
Aztwi.com heyəti adından biz də təbriklərinə qoşularaq onlara gələcək karyeralarında uğurlar arzu edirik.
- +4
- 15 мая 2011, 16:45
- 12+12
AzTWI → #aztwi-də ötən ayın qaynar mövzuları
Twitterin Azərbaycan sektorunun istifadəçi sayının artımı ötən ayda da davam etdi. Əsasən də bunu Twitterin ötən həftə rus və türk dillərində versiyalarının sonra müşahidə etmək daha asandır. Populyar mövzular rubrikasını davam etdirərək saytının statiskasına əsaslanaraq ötən ayda müzakirə olunan əsas mövzuları təqdim edirik.( Ətraflı oxuyun )
- +2
- 1 мая 2011, 21:46
- 3+3
AzTWI → Twitter ötən həftə
Yeni bloqumuzda birinci yazımızı (giriş yazını çıxsaq) keçən həftənin «qaynar» mövzularına həsr etməyi qərara aldıq. Ola bilsin ki, bu rubrika dövri olacaq və saytdakı qaynar mövzularla yanaşı aznet-də son həftə boyu müzakirə olunan əsas mövzuları cəmləşdirəcək.
( Ətraflı oxuyun )
- +2
- 27 марта 2011, 23:58
- 1+1
AzTWI → AzTWI layihəsinin rəsmi bloqu açıldı

Budur, nəhayət ki bizim «korporativ» bloqumuz fəaliyyətə başladı. Əlbəttə biz hər hansı korporasiyanı təmsil etmirik, amma hər halda aztwi.com proyekti üzərində işləyən komanda qərara gəldi ki, artıq yeniliklərimizi təkcə 140 simvolluq tvitlər ilə etməyək. Sosiallaşma yönündə bu bloqla yanaşı həmçinin facebook səhifəsi də yaradıldı: Odur ki istifadəçilərin qarşılıqlı əlaqə imkanları artıq az deyil. Layihə haqda ilk dəfə eşidənlər və ya çox az məlumatı olanlar üçün qısa məlumat verək.
( Ətraflı oxuyun )
- +3
- 25 марта 2011, 10:42
- 5+5
İnternet → Azərbaycanda internet istifadəçilərin statistikası: 45% hardan əmələ gəlib?!

Son zamanlar Azərbaycanda internet istifadəçilərinin statistikası tez-tez xəbərlərdə qeyd olunur. Və ged-gedə qeyd olunan rəqəmlər artır. Bu yaxınlarda «Azərbaycan Marketinq Cəmiyyəti»-də tədqiqat və hesablayıb kı ölkə əhalisinin 45%-i internetdən istifadə edir. Bu rəqəmdən şübhələnib Internet World Stats saytına və oradada bu rəqəmin 44,4% qalxmasının şahidi oldum (ilin əvvəli ~30% idi). Təbii ki, gündən-günə Azərbaycanda userlərin sayı artır, amma məncə statistik rəqəmlər xeyli şişirdilib. Və bunu bir nümunədə göstərmək istəyirəm.
( Ətraflı oxuyun )
- +2
- 26 октября 2010, 15:48
- 12+12



