Blog: adilaliev →  "JAVA ilə obyekt-yönümlü proqramlaşdırma" ACM tədris modulunun nümayişi

ACM-in Bakı Dövlət Universiteti bölməsinin növbəti tədbiri JAVA ilə obyekt yönümlü proqramlaşdırmaya həsr olunub. Tədbirdə ACM üzvlüyünə aid olan kurslardan birinin nümayişi ediləcək və nümayişdən sonra mütəxəssislər iştirakçıların suallarını cavablandıracaqlar.


Tədbir 24 dekabr 2011-ci tarixində saat 13:30-da, Bakı Dövlət Universitetinin yeni tədris korpusunda, Koreya İnformasiya Mərkəzində baş tutacaq. Ətraflı məlumat üçün Facebook səhifəsindən məlumatlana bilərsiniz.

Xatırladaq ki, ACM Student Chapter — Baku State University 2011-ci ilin May ayından fəaliyyətə başlayıb.
Paylaş :

Blog: adilaliev →  Rəqəmli yoxsa rəqəmsal?


Artıq bir neçə ildir ki, «rəqəmli» və ya «rəqəmsal» terminləri arasında seçim etmək məsələsi birmənalı qarşılanmır və bu da mübahisələrə səbəb olur. Kompüterlərin tətbiqi gün-gündən genişləndikcə bizdə də bu termin mübahisəsi eyni templə daha da gərginləşir.

Hər iki terminin tərəfdaşlarına ürəkbulanması yaratmamaq üçün şərti olaraq elə ingiliscə işlədəcəm: digital.

Qarışıqlığın qarşısını əvvəlcədən almaq məqsədilə gəlin bu suala cavab tapaq: Digital nə mənə şeydir?

( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  E-imza hamı üçün deyilmiş


Uzun müddətdir ölkəmizdə e-imza sisteminin qurulması söhbəti gedir və nəhayət qurulub. Lap əvvəldən mən də bir çoxları kimi, izləyirəm ki, hazır olan kimi mənim də e-imzam olsun. Amma…

Bu linkə baxsanız hər şey məlum olar https://hom.e-imza.az/CSP-Web/Public/ESigner.aspx.

E-İmzalayıcı proqramından istifadə etmək üçün kompüterdə aşağıdakı komponentlər instalyasiya edilməlidir:
Microsoft .NET Framework 3.5 SP1
E-imzalayıcı proqramının və .NET Framework komponentinin müvafiq versiyasının quraşdırılması üçün instalyasiya faylını yükləyin və icra edin.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  BlackBerry proqramları havayı olacaq

Son zamanlar BlackBerry xidmətində baş verən problemlərlə əlaqədar RIM şirkəti bütün istifadəçilərə üzrxahlıq olaraq yeni imkan yaradıb.



Belə ki, BlackBerry istifadəçiləri bu ilin dekabrın 31-ə qədər 100$ məbləğində bir çox proqramları pulsuz endirə biləcəklər. Pulsuz təqdim olunan roqramların bütöv siyahısı Oktyabr ayının 19-u açıqlanacaq.

RIM enterprise üzvləri bir aylır pulsuz texniki dəstək imkanı əldə edəcəklər.

Mənbə: http://press.rim.com/release.jsp?id=5214
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 5-ci hissə

(əvvəli ötən yazımda)



Son iştirak etdiyim və mənim üçün ən maraqlı sessiya Ryan Boyd(Developer Advocate, Google) iştirakı ilə OAuth and OpenID for Data Access and Identity in web apps adlı sessiya oldu.

Son vaxtlar bu texnologiyadan tez-tez istifadə etməyimə baxmayaraq bu sessiya zamanı xeyli şey öyrəndim.

Sessiyada əvvəlcə iştirakçıların başa düşməsi üçün təhlükəsizlik, autentifikasiya, avtorizasiya haqqında qısa olaraq danışıldı. Daha sonra OAuth 2.0OpenID Connect haqqında danışıldı.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Kompüter aləmində daha bir itki

Keçən həftə Steve Jobs-un ölümü bir çoxlarını təsirlənmişdi.

Bu gün Rob Pike-ın Google+ profilində C dilinin yaradıcılarından olan, AT&T Bell Laboratories-in pionerlərindən olan Dennis Ritchie-nin rəhmətə getməsi barədə yazılıb.



( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Java SE7 imtahanı açıldı



Oktyabrın 5-i Oracle şirkətinin blogunda Java SE7 imtahanının tezliklə açıq elan olunacağı haqqında deyilmişdi.

Nəhayət bu gün imtahanın beta versiyasının açıldığı elan edildi. İmtahan şərtləri və detallarını keçiddən öyrənə bilərsiniz.

Beta periodunda imtahanın qiyəti 50$-dır. OCA üçün upgrade imkanı verilməyib. OCP üçün isə upgrade etmək imkanı verilib. Adlanmada da yüngülvari dəyişikliklər edilib.
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 4-cü hissə

(əvvəli ötən yazımda)

İştirak etdiyim üçüncü sessiya vençur kapitalistlərin iştirakı ilə maraqlı VC Panel: Entrepreneurship, Incubation and Venture Capital oldu. Sessiyanın aparıcısı Don Dodge idi. Ondan başqa isə 3 nəfər — ABŞda bir neçə startuplar qurmuş və büdcəsini milyonlarla dollara qədər yüksəltmiş, hal-hazırda Rusiyada yeni biznesə başlayan Alex Bakman, Rusiyada vençur kapitalist kimi fəaliyyət göstərən Aleksandr Qaliskiy və Rusiyada digər bir vençur kapitalist şirkətinin cavan bir mütəxəsis(adını xatırlaya bilmirəm) iştirak edirdilər.

Bu sessiyada developmentlə bağlı bir şey yox idi, amma, bir çox developerlərin gələcək planları üçün əhəmiyyətli söhbətlər var idi. Bu sessiya daha çox forum şəklində keçirildi.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 3-cü hissə

(əvvəli ötən yazımda)

Sessiyalar siyahısına baxaraq ilk olaraq Google+ and the +1 Button seçdim. Sessiyanı Ade Oshineye (Google, Developer Advocate) aparırdı.


Əvvəlcə Google+ haqqında ümumi danışdı. Dediyinə görə Google+-un məqsədi odur ki, dostlarınla share edəsən. Bütün idealogiya da bunun üzərində qurulub.

Google+-da Fanpage-lərin olması ilə bağlı suala isə «hal-hazırda belə bir plandan xəbərim yoxdur» deyə cavab verdi. Dedi ki, «fan page-lər facebookda yalnız spamdan başqa bir şey deyil. Bütün günü öz reklamlarını yazmaqla qeyri-etik şəkildə millətin divarlarını korlayırlar». Maraqlı yanaşmadır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  BlackBerry xidməti çökdü

Oktyabr ayının 10-da BlackBerry istifadəçiləri data xidmətləri ilə çətinliklər yaşadı.



Şirkətin dediyinə görə,
«We are working to resolve an issue currently impacting some BlackBerry subscribers in Europe, the Middle East and Africa. We're investigating, and we apologise to our customers for any inconvenience caused while this is resolved.»

Avropa, Orta Asiya və Afrika istifadəçiləri üçün data xidmətlərində problemlər meydana çıxıb.

( Ətraflı oxuyun )
Paylaş :