Blog: Zhala_Najafova →  Sosial Bloq Yazıları 3 müsabiqəsinin nəticələri açıqlandı

19 yanvar Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.

“Sosial Bloq Yazıları 3” müsabiqəsinə digər – birinci və ikinci müsabiqədən daha çox yazılar daxil olmuşdur. Sevindirici haldır ki, üçüncü müsabiqə Azərbaycanın müxtəlif regionlarından (Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan, Tovuz) daha çox bloqçu iştirak etmişdir. Bu dəfəki müsabiqədə, ümumilikdə 116 bloq yazısı təqdim olunmuşdur.

Bundan başqa müsabiqələrin ən azı ikisində iştirak etmiş ən yaxşı bloqu olan 10 nəfərə pulsuz domen və Sahil İT şirkətindən 1 illik hostinq hədiyyə olundu.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  II Sosium sosial bloq yazıları müsabiqəsi

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi sosial bloq yazıları müsabiqəsi elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün bloqerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqçu və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqənin ümumi mükafat fondu 700 AZN təşkil edir.

Mükafatlar:

I yer 200 AZN
II yer 150 AZN
III yer 100 AZN
IV-VIII həvəsləndirici yerlər hər biri 50 AZN.

Müsabiqəyə 1 oktyabr – 10 dekabr 2010-cu il saat 23:00-a qədər yazılmış bloq yazıları qəbul olunur. Müsabiqəyə istənilən bloqda və ya sosium.com saytında yazılmış və qaydalara cavab verən bütün yazılar təqdim oluna bilər.

Maraqlananlar müsabiqə ilə bağlı bütün suallarınızı yazyay@gmail.com ünvanına yaza bilərlər.

Qeyd etmək istərdik ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.
Paylaş :

Blog: Zhala_Najafova →  "Gənc Bloqçular Şəbəkəsi" layihəsinə start verildi

Sentyabr ayından etibarən “Gənc Bloqçular Şəbəkəsi” fəaliyyətə başlamışdır. Bu layihə çərçivəsində 5 ay müddətində regionlarda seminarlar, təlimlər və digər müxtəlif tədbirlər keçiriləcəkdir. Gənc Bloqçular Şəbəkəsinin məqsədi Azərbaycan regionlarındakı aktiv gəncləri sosial bloqçuluğa cəlb edərək öz fəaliyyətlərində, ictimai həyatda, sosial məsələlərin işıqlandırılmasında İnternet, Yeni Media vasitələrindən daha geniş və effektiv istifadəyə cəlb etməkdir.

Oktyabr ayında keçiriləcək seminarların siyahısı ilə tanış ola bilərsiz.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  Sosium-sosial bloq yazıları müsabiqəsi

AEGEE-Bakı Avropa Tələbələr Forumu təşklilatı tərəfindən həyata keçirilən “YazYay Məktəbi” çərçivəsində iyun ayında “Sosium” sosial bloq yazıları müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək, onların yazı və yaradıcılıq qabiliyyətlərini artırmaqdır. Müsabiqə açıqdır və bütün blogerlər iştirak edə bilər.

Yazılar müəlliflərin öz bloqlarında və ya www.sosium.com saytında yerləşdirilə bilər. Müsabiqənin münsiflər heyəti yeni media və jurnalistika sahəsində tanınmış şəxslərdən ibarətdir. Yazıların qiymətləndirilməsi zamanı yazılara məhz bloqçuluq tərəfdən düzgün yanaşmağa, işıqlandırılmış məsələnin reallığına

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  YazYay Məktəbi-Bloqlar haqqında təlim

AEGEE-Bakının Yaz-Yay Məktəbi — Bloq yazmaq istəyən, bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün təlimlər layihəsi davam edir.

Üç günlük təlim ərzində öyrənəcəksiniz:

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  Facebook sosial şəbəkəsində online aksiya

Avropa Tələbələr Forumu İnformasiya texnologiyaları işçi qrupu Facebookda geniş həcmli online aksiya keçirir və hər kəsi bu aksiyaya qoşulmağa dəvət edir. Facebookdakı mənasız paylaşımlardan bezmisiniz? (applicationlar, sizə aid olmayan şəkillərə və vidolara tag olunmaq, mənasız qruplara və fan pagelərə dəvət olunmaq və s.) Onda online aksiyamıza qoşulun və facebook şəbəkəsinin daha səviyyəli və keyfiyyətli məlumat resursuna çevirməkdə sizin də rolunuz olsun :)

Aksiya nədən ibarətdir?


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  Tbilisidə İnternet Televiziyası konfransı 16/29 aprel

Gürcüstanın Açıq Cəmiyyət İnstitutu Singular Qrup adlanan qurum ilə birlikdə Gürcüstanda ilk dəfə İnternet Televiziyası adlanan konfransın keçirilməsinə hazırlaşır. Konfransın 16/29 apreldə Köhnə Tbilisi Otelində baş tutması nəzərdə tutulur.

Məqsəd media ilə məşğul olanların, blogerlərin,vlogerlərin, dizayner və developerlərin İnternet Televiziyası haqqında bilik və bacarıqlarını artırmaqdır. Gürcüstan, Böyük Britaniya və Sinqapurdan qonaq mütəxəssislər internet televiziyasını bütün detallarını müzakirə edəcəklər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  YazYay Məktəbi-Bloqlar haqqında təlimlər

Avropa Tələbələr Forumunun “YazYay Məktəbi” layihəsinin komandası Bloqlar haqqında başlanğıc biliklərə aid təlimlərdən sonra daha birbucür təlimlərin keçirilməsinə hazırlaşır. Çoxlarına məlum olduğu kimi bu təlimlər tələbələr, bloq yaratmaq və yazmaq istəyənlər, gənc jurnalistlər üçün əla bilik mənbəyidir. Təlimlərə qatılmaqla siz bloqun nə olduğunu, bloq yazmağın nəyə lazım olduğunu, idarə olunmasını, məşhurlaşdırılması, oxucuların cəlb edilməsi, bloqdan qazanc əldə etməyin yollarını öyrənə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  2Y “Yaz-Yay Məktəbi” Bloqlar haqqında təlim

AEGEE-Bakı Avropa Tələbələr Forumu 2Y “Yaz-Yay Məktəbi” Yeni media və İnternet haqqında təlimlər layihəsinə davam edir.

İlk təlim Bloq yazmaq istəyən, Bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün nəzərdə tutulmuşdur.
Üç günlük təlim ərzində öyrənəcəksiniz:

* Bloq nədir? Nə üçün YAZmaq lazımdır?
* Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
* Məşhurlaşdırmaq və YAYmaq (oxucuların cəlb olunması)
* Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
* Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi, )
* Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  Facebook rəhbərliyi bloqerlərin tənqidinə tuş gəlib

Rəqəmli hüquqların qorunması ilə məşğul olan qruplar və bloqerlər Facebookun konfidensiallıq siyasətində edilən dəyişiklikləri kəskin tənqid ediblər.
Tənqidçilərin fikrinə görə, dəyişikliklər xoşagələn deyil, çünki insanlar məlumatları yenilədikdə onlara daha da geniş internet kütləsi ilə bölüşməyə çağıran mesajlar gəlir, hansı ki, axtarışa verildikdə şəxsi məlumatların asanlıqla tapılmasına şərait yaradır.

9 dekabrda Facebooka daxil olan istifadəçilərin qarşısına birdən-birdən birə çıxan yazılar onlardan öz şəxsi məlumatlarını yeniləməyi tələb etmişdir. Bunun nəticəsində insanlar özləri də bilmədən özlərinə aid böyük bir informasiyanı bölüşürlər.
Facebook isə deyir ki, bu dəyişikliklər istifadəçiləri şəxsi məlumatlarını daha geniş kütlə ilə bölüşməyə vadar eləmir, əksinə userlərə bölüşmək istədikləri məlumatlarını idarə etməkdə kömək edir.


( Ətraflı oxuyun )
Paylaş :