Opera → Opera Mini, App Store lideri

Ötən ay App Store`da yerini alan və bir neçə gün əvvək Apple tərəfindən rəsmi olaraq təsdiqlənən Opera Mini demək olar ki hər kateqoriyada liderliyi ələ keçirib. Uzun bir vaxt idi ki, Apple, Safar`inin bütün göstəricilərinin yerində olduğunu və əlavə browserə ehtiyac olmadığını deyərək başqa browseri App Store`a qəbul etmirdi. Qısa müddətdir əlavə olunmasına baxmayaraq istifadəçilərin böyük rəğbəti ilə qarşılaşıb. Elə bil Appke istifadəçiləri Opera`nı gözləyirmiş
Apple istifadəçiləri, hələ bir neçə gün olmasına baxmayaraq Opera Miniyə böyük maraq göstərdi. Ən çox endirilən və ən çox səs verilən ödənişsiz tətbiqlər kimi kateqoriyalarda bu aralar açıq olaraq birinci olan Opera Mini, bu sayədə bazar payını da bir xeyli artırmış olacaq.
- +1
- 15 апреля 2010, 02:24
- 3+3
AİF → AİF tərəfindən RİTN`ə və Delta Telecom Şirkətinə müraciət göndərilib
AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.Ötən gün AİF tərəfindən Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasova və Delta Telekom Şirkətinin rəhbəri Ramazan Vəliyevə müraciət göndərilib.
Müraciətdə internetin keyfiyyətsizliyi ilə bağlı səbəblərin aradan qaldırılması istiqamətində zəruri olan informasiyaların açıqlanmasına diqqət yönəldilib.
( Ətraflı oxuyun )
- +1
- 14 апреля 2010, 16:04
- 3+3
Texnologiya → BakuTel NETTY2010-nun yeni partnyorudur
Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Regionda ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan BakuTel müsabiqəyə qoşuldu. Sərgi “İlin İT-hadisəsi” müsabiqədən kənar nominasiya üzrə mükafatın partnyoru oldu. Bu nominasiyada Akademiya tərəfindən seçilən müsabiqənin qalibi BakuTelin təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq. Qeyd etməliyik ki, Bakutel 16 il fəaliyyət dövrü ərzində İnformasiya-Kommunikasiya Texnologiyalarının illik sammitinə çevrilib və onun vasitəsilə ildən ilə İKT bazarına yeni texnologiyalar və avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr qurulur, yeni şirkətlər yaradılır.
Əlavə olaraq bildiririk ki, “İlin İT-hadisəsi” nominasiyasında layihəni təqdim etmək üçün saytında xüsusi forma vasitəsilə və ya info@netty.az ünvanına məktub yazmaqla həyata keçirmək olar. Həmçinin ərizənin təqdim edilməsi sosial şəbəkələr və ya forum vasitəsilə həyata keçirmək olar
NETTY2010 dəstəyə görə öz təşəkkürünü bildirir və maraqlı olan bütün tərəfləri layihədə iştirak etməyə və nominasiya iştirakçılarını dəstəkləməyə çağırır. Müsabiqənin cari nominasiyaları və onların partnyorları barədə bu ünvanda məlumat ala bilərsiniz. İştirak etməyə dəvət edirik.
- 0
- 8 апреля 2010, 14:51
- 7+7
AİF → AIF`in Məlumatı: .az domainləri, internet keyfiyyəti və internet müsabiqəsi
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Milli İnternet Müsabiqəsinin Əsasnaməsinin təkmilləşdirilməsi, .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
AİF tərəfindən İnternetin keyfiyyəti ilə bağlı aparılan Monitorinqin nəticələri acıqlanıb. Toplantıda son illərdə internetin qiymətinin xeyli dərəcədə endirilməsi bir daha müsbət hal kimi dəyərləndirilib və bunun nəticəsində genişzolaqlı istifadəçilərin sayının xeyli artdığı bildirilib. Bununla belə Azərbaycan internetinin keyfiyyət probleminin son dövrlərdə kəskin dərəcədə pisləşdiyi bildirilib. Müvafiq qurumlar tərəfindən bu istiqamətdə yetərli və təsirli tədbirlərin görülmədiyi qeyd edilib. Müzakirələrin yekunu olaraq keyfiyyət probleminin aradan qaldırılması üçün səmərəli Təkliflər hazırlanıb və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.
( Ətraflı oxuyun )
- 0
- 8 апреля 2010, 11:24
- 2+2
Azerfon → Azerfon İlin Mobil Operatoru elan edildi

Press-reliz: Azerfon MMC Caspian Integration Award Beynəlxalq mükafatının qalibi elan edildi. Təqdim olunan mükafat Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) tərəfindən təsis edilib və hər il beynəlxalq şirkət və təşkilatlara təqdim edilir. Mükafatın qalibləri Xəzər – Qara Dəniz və Baltik regionlarında fəaliyyət göstərən 32 ölkənin 1 500 şirkətində çalışan 7 500 TOP-menecer arasında aparılan sorğu nəticəsində təyin olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev CEİBC – nin fəxri sədridir.
( Ətraflı oxuyun )
- 0
- 8 апреля 2010, 11:07
- 4+4
Texnologiya → “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi
Press-reliz: 6 apreldə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi. 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi internet-səhifəsi ünvanında yerləşdirilmişdir. ( Ətraflı oxuyun )
- 0
- 6 апреля 2010, 12:19
- 6+6
İnternet → NETTY2010-da iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixində başa çatacaq

Press-reliz: NETTY2010 Azərbaycan Milli İnternet Mükafatında iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixinədək davam edəcək. Bu tarixdə saytların və virtual jüri üzvlərinin yığımı qəbulu tam şəkildə sona yetəcək. Hal-hazırda iştirak etmək məqsədilə 400 veb-layihə öz ərizələrini təqdim edib, onlardan 310 milli sayt müsabiqədə iştirakını davam etməyə buraxılıb. 100 istifadəçi jüridə iştirak etməyə hüququnu qazanıb.
Bu anda layihələrin çoxu iştirakçıların təxminən bərabər sayı ilə “Elm və Təhsil”, “İnformasiya və xəbərlər”, “Servis-saytlar” və “Əyləncə” nominasiyalarında qeydiyyata alınıb, iştirakçıların sayı ən az olan nominasiya isə hələlik “Dövlət saytı”dır.
( Ətraflı oxuyun )
- 0
- 5 апреля 2010, 13:16
- 4+4
Texnologiya → Əməliyyat sistemlərinin mart ayı nəticələri açıqlandı

Bazardakı 5-ci ayını tamamlayan Windows 7, Mart 2010 sonu etibarı ilə 10.23% bazar payı əldə edibdi. Bu nisbət, növbə ilə 64.46% və 16% paya sahib XP və Vista əməliyyat sistemlərindən ayrılan istifadəçilər sayəsində artdı. Ən böyük keçiş isə 1% ilə XP-dən 7-ə doğru yaşandı.
Eyni zamanda, Mac OS X`in nisbəti 5.33%, Linuxunku isə 1% olaraq qeyd edildi. Hər iki «alternativ» sistemdə də bir əvvəlki aya görə artım olub. Bazara ümumi baxsaq, Microsoftun əməliyyat sistemləri cəmdə 0.54% eniş yaşasa da, 91.58% istifadə nisbətiylə 1 nömrədəki yerini qorudu.
- 0
- 2 апреля 2010, 14:49
- 1+1
Texnologiya → Azerfon və Azercell - Ölkədə ilk operatorlar arası MMS

Press-reliz: 01 Aprel, 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə MMS göndərə biləcəklər.
AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər.
Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək.
Abunəçilərin ünsiyyətini daha da rahat və rəngarəng etmək üçün Azerfon-Vodafone yerli və xarici operatorlarla MMS müqavilələrin sayını artıracaqdır.
Xidmət haqqında əlavə məlumat almaq üçün 077 200 11 77 nömrəsinə zəng etmək və ya internet səhifəsinə müraciət etmək kifayətdir.
- 0
- 1 апреля 2010, 16:53
- 4+4
Texnologiya → Azərbaycan müəlliməsi Microsoft korporasiyasının Ümumdünya Innovativ Müəllimlər Müsabiqəsinə vəsiqə qazandı [foto]
Press-reliz: İ.Əkbərova Avropa Innovativ Müəllimlər Müsabiqəsinin innovativ müəllimlərinin ilk “iyirmiliyinə” daxil oldu Bakının 8 saylı orta məktəbinin müəlliməsi İlhamə Əkbərova Microsoft korporasiyasının Berlində keçirdiyi Avropa Innovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə, ilk “iyirmiliyə” daxil olub. İ.Əkbərova Azərbaycanı “Məzmunda İnnovasiyalar” (“Innovation in Content”) nominasiyası üzrə “Çoxüzlülər bizim ətrafımızdadır” layihəsi ilə təmsil edirdi. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edirdi.
( Ətraflı oxuyun )
- +2
- 31 марта 2010, 10:15
- 1+1



