Google →  "Chrome OS" yeniləndi


Google, Chrome OS-u yenilədi. Sistemin interfeysində 2010-dakı yeniləmədən bu yana ilk dəfə böyük dəyişiklik baş verdi.

TechCrunchun xəbərinə görə, Chrome OS-in yeni interfeysi ilə birlikdə ənənəvi əməliyyat sistemi görünüşünə bənzədi.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook, Instagram-ı 1milyard dollara satın aldı


Facebook-dan gözlənilməz xəbər: Instagram foto paylaşım tətbiqini 1 milyard dollara satın alıblar. Bu barədə Mark Zuckerberg Facebook statusunda məlumat verib. Artıq Instagram-ın rəsmi blogunda da bu barədə məlumat verilib.
Satış prosedurasının 1 aya bitməyi gözlənilir.


( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  NETTY 2012 başlayır - əsas yenilik "Ekspert Şurası"


Azərbaycan internetinin ən qocaman mükafatı olan NETTY-nin 2012-ci il mükafatlandırmaları başlayır.
NETTY mükafatı 2004-cü ildə təsis edilmişdir və bu il artıq səkkizinci dəfədir ki keçirilir. Netty saytında yazılanlara görə səsvermə sistemində də dəyişikliklər edilib. Saytda gördüyümüz qədəri ilə əlavə olaraq Ekspert şurası mövcud olacaq. Ötən illərdə təkcə Virtual JüriAkademiya mövcud idi.

Səsvermədə prinsipi bu cür aparılacaq:

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  “Azərbaycanda mobil biznes imkanları” konfransı baş tutdu - #mobiz



Press-reliz: Aprelin 6-da “Park İnn Azərbaycan” mehmanxanasında Bakıda ilk dəfə olaraq “Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçirildi.

Azərbaycanın ilk mobil biznes portalı olan “Mobiz.az”-ın təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycanda telekommunikasiya sektorunun inkişaf dövrü, ölkəmizdə mobil internetin mövcud vəziyyəti və perspektivləri, internet bazarı, mobil tətbiqlər dükanı, təhsil sahəsində mobil texnologiyalardan istifadə, mobil internet istifadəsi və s. mövzularda çıxışlar dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılıb.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Samsung-un reklam platforması bu il fəaliyyətə başlayacaq


Mobil sektorun ən böyük oyuçularından biri halına gələn Samsung, əlindəki gücdən maksimum fayda əldə etmək adına işlərini davam etdirir. The Wall Street Journalın xəbərinə görə; Samsung, OpenX Technologies ilə şəriklik edərək bir reklam platforması qurma yolunda işlərə başladı.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook daha yaxşı axtarış üçün çalışır


800 milyondan artıq istifadəçisiylə ən böyük sosial şəbəkə mövqeyindəki Facebook axtarış xüsusiyyətlərini daha çox inkişaf etdirmək üçün işlər aparır. Facebook-un axtarış tərəfi olduqca zəifdir. Ən çox Facebook daxili açıq statuslarda, səhifələrdəki commentlərdə olan axtarışlar istənilən səviyyədə deyil. Axtarılan məlumatlar çətin tapılır və ya heç tapılmır.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Instagram-ın Android tətbiqi (application) istifadəyə verildi


Sosial Medianın parlaq ulduzlarından biri də, Instagram-dır. Başlanğıca yalnız iOS cihazlar üçün aktiv olan tətbiqin, təqribi yarım ildir Android versiyasının çıxacağı xəbərləri gəzirdi.
Qısa müddət əvvəl, Instagram öz saytında Android üçün bölmə hazırlamışdı. Burada tətbiqdən xəbər almaq istəyənlərə e-maillərini yazmaqları üçün bir seçim verilirdi. Artıq gözlənilən vaxt gəlib çatdı. Instagram təkcə iOS-lar üçün olan bir tətbiq deyil. Android versiyası da aktivdir.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitter hashtag-lərində Azərbaycan şriftlərini dəstəkləyir - #əıöüğçş


Twitter microblog-unun ən vacib hissələrindən biri də hashtag-lərdir. Hashtag-lər əsasən ingilis şriftlərindən istifadə edilərək yazılırdı.
Bu günki Twitter müşahidələrindən görmək olur ki, Azərbaycan şirftləri də artıq hashtag-lərdə dəstəklənir.
Əvvəl Azərbaycan şriftlərini hashtag-də istifadə etdikdə, şriftlər işlənən yerə qədər link yaranır, şrift işlənəndə isə, ondan sonrakı simvollar linkdən kənarda qalırdı. Bu da Azərbaycan şriftlərindən hashtag kimi istifadəni əlverişsiz hala gətirirdi.
Twitter istifadəçilərindən isə şriftlərin artıq bir aydır ki, hashtag-lərdə istifadənin mümkün olduğunu bildirir.
Azərbaycan şriftlərinin dəstəkləməsi ilə birgə həm axtarışlarda, həm də fikirlərin daha aydın çatdırlmasında istifadəçilərə böyük kömək olacaq.
Paylaş :

Google →  Google saytlar üçün, "comment" xidməti açacaq (?)



İl sonunda 400 milyon istifadəçi hədəfinə çatmağa çalışan Google-un sosial şəbəkəsi Google+, Facebooka rəqib olacaq yeni bir sistem üzərində işləyir.

Səudiyyə ərəbistanı mənşəsili internet saytı Tech-WD-nin xəbərinə görə; Google, Facebookunkuna bənzər bir şərh sistemi istifadəyə verməyə hazırlaşır. Xəbərdəki məlumatlar, ötən oktyabr ayında bu mövzuyla əlaqəli olaraq WebProNews tərəfindən nəşr olunan sözləri də təsdiqləyir. Sistemin, açıqlanmayan başqa xüsusiyyətlərlə birlikdə, Ciddedəki G — Səudiyyə ərəbistandakı Google konfransında müzakirə edildiyi təxmin edilir.
Təəssüf ki Google, mövzu ilə əlaqədar detalları açıqlamır.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google I/O 2012


Hansı sahədə olmağına baxmayaraq, bir eventin insanlar üçün əhəmiyyətini müəyyən edən meyarladan biri də həmin eventin biletlərinin tükənmə müddətidir. Hətta İT dünyasındakı eventlərdə də bu belədir.

Google-un bu ilki I/O konfransının (27-29 İyun) biletlərinə maraq da diqqət çəkən məqamlardandır. Biletlər cəmi 28 dəqiqə içərisində satıldı.

Google I/O 2012 bildiyimiz kimi Google-un developerlərə istiqamətli təşkil etdiyi və yeni məhsullarının təqdimatının reallaşdırıldığı başlıca eventlərdən biri, hətta son illərdəki məşhurluğunu nəzərə alsaq ən əhəmiyyətli eventidir.

( Ətraflı oxuyun )
Paylaş :