Blog: Teodor86 → 2011-ci ildə internet istifadəçilərinin sayı 2 milyardı ötüb

“The Royal Pingdom” resursu tərəfindən dərc edilmiş məlumata əsasən, 2011-ci ildə internet-istifadəçilərin sayı 2 milyardı ötüb və hal-hazırda təxminən 2,1 milyard insan təşkil edir. Resursun məlumatına əsasən, Asiyada 922,2 milyon, Avropada 476,2 milyon, Şimali Amerikada 271,1 milyon, Latın Amerikası və Karib dənizi ölkələrində 215,9 milyon insan internetdən istifadə edirlər.
( Ətraflı oxuyun )
- 0
- 19 января 2012, 17:31
- şərh yaz
Blog: Teodor86 → ABŞ-da HokieSpeed superkompüteri yaradılıb

Virciniya Politexnik universitetində (Virginia Tech, ABŞ) hibrid arxitekturaya malik HokieSpeed superkompüteri qurulub.
Hesablayıcı kompleks 209 qovşaqdan ibarətdir, onların hər biri 2,4 QHz takt tezliyi ilə işləyən 2 ədəd altınüvəli Intel Xeon E5645 prosessoruna və 2 ədəd nVidia Tesla M2050/C2050 kartına malikdirlər. Kompleksin pik sürəti tək dəqiqliklə olan hesablamalarda 455 teraflops (saniyədə trilyon əməliyyat ) və ikiqat dəqiqliklə olan hesablamalarda isə 240 teraflopsa çatır.
( Ətraflı oxuyun )
- 0
- 22 декабря 2011, 13:18
- şərh yaz
Blog: Teodor86 → Çarlz Bebbic
Çarlz Bebbic (ing. Charles Babbage; 26 dekabr 1791, London, İngiltərə — 18 oktyabr 1871) — ingilis riyaziyyatçısı, ilk analitik hesablama maşının ixtiraçısıdır. Tabulyasiya üçün maşın (1820-22) qurmuş və hazırlamışdır. 1822-ci ildən fərq maşınının yaradılması üzərində işləyib. 1833-də universal rəqəmsal hesablama maşınının layihəsini — müasir EHM nümunəsini hazırlayıb.Çarlz Bebbic 1791-ci il dekabr ayının 26-da Londonda anadan doğulub. Onun atası, Bencamin Bebbic bankir idi. Uşaq vaxtlarında Çarlzın sağlamlığı zəif olub. Onu 8 yaşında Alfinqtonda yerləşən şəxsi məktəbə göndəriblər. O zaman onun atasının maddi imkanı Çarlzın şəxsi məktəbdə təhsil almasına imkan verirdi.
Çarlz məktəbi bitirdikdən sonra «Enfild»də yerləşən akademiyaya göndərilir. O, məhz burada əsl təhsil alır. Bebbic riyaziyyata maraq göstərməyə başlayır.
Bebbic akademiyada təhsil aldıqdan sonra 2 repetitordan dərs alır. Repetitorlardan biri Kembric yaxınlığında yaşayan keşiş idi. Çarlzın sözlərinə əsasən, əgər digər repetitor olmasaydı, keşiş ona lazımi bilikləri öyrədə bilməzdi. Bebbicin digər repetitoru Oksforddan idi. O, Bebbicin kollecə daxil olması üçün ona əsas klassik bilikləri öyrədə bilir.
( Ətraflı oxuyun )
- 0
- 20 декабря 2011, 09:57
- şərh yaz
Blog: Teodor86 → ABŞ Energetika Nazirliyi 100 Qbit/san sürətində olan superkompüter şəbəkəsi istifadəyə verir

ABŞ Energetika Nazirliyi bu gün rəsmi olaraq yeni Advanced Networking Initiative kompüter şəbəkəsini elan edir. Yeni şəbəkə 100 Qbit/san sürətində olan 3 superkompüter mərkəzini birləşdirir. Yeni şəbəkə bir sıra innovasiya texnologiyalarından istifadə edir. Bu texnologiyalar ona bu gün istifadə edilən ən qabaqcıl ticarət internet-şəbəkələri ilə nisbətdə 10 dəfə daha sürətli işləməyə imkan yaradır.
( Ətraflı oxuyun )
- 0
- 15 ноября 2011, 09:46
- şərh yaz
Blog: Teodor86 → Honda konserni Asimo robotunun təkmilləşdirilmiş versiyasını təqdim edib

Yaponiyanın Honda Motor sənaye konserni bu günlərdə artıq Honda-nın simvollarından biri olmuş məşhur Asimo robotunun yenilənmiş modelini təqdim edib. Robotun yeni versiyası daha ağıllıdır, özünü kələ-kötür səthlərdə tarazlaya, bir ayaq üstündə tullana, soyuq və isti suyun təsirinə məruz qala və hətta yüksək radiasiyalı, məsələn Fukusima Atom Elektrik Stansiyasındakı obyektlərdə bəzi əməliyyatlar yerinə yetirə bilər.
( Ətraflı oxuyun )
- +1
- 10 ноября 2011, 11:50
- şərh yaz
Blog: Teodor86 → Yaponiyada 1400 dollar dəyərində kürəşəkilli uçan robot yaradılıb
Yaponiyanın Müdafiə Nazirliyi yeni kürəşəkilli uçan robot təqdim edib. Uçan robot həm üfüqi, həm də şaquli hərəkət edə bilir. Yeniliyin tərtibatçıları bildiriblər ki, qurğu satışda mövcud olan komponentlərdən yaradılıb, uçuş zamanı robot 40 kilometr/saata qədər sürətini artıra bilər, monitorinq və nəzarət vasitələrinə malikdir. Qiyməti 1400 dollardır.
Tərtibatçılar bildiriblər ki, hal-hazırda robotun mövcud versiyası operator tərəfindən idarə olunur, lakin yaxın vaxtlarda maşın məkanda operativ istiqamətlənərək özü uçuş proqramlarını yerinə yetirə biləcək.
Mənbə:
Tərtibatçılar bildiriblər ki, hal-hazırda robotun mövcud versiyası operator tərəfindən idarə olunur, lakin yaxın vaxtlarda maşın məkanda operativ istiqamətlənərək özü uçuş proqramlarını yerinə yetirə biləcək.
Mənbə:
- 0
- 4 ноября 2011, 09:10
- şərh yaz
Blog: Teodor86 → Ən güclü K superkompyuteri daha da gücləndirilib

Cari ilin may ayında tərtib edilmiş güclü kompyuterlərin TOP-500 rəsmi reytinqə əsasən, Fujitsu şirkəti və RIKEN tədqiqat laboratoriyası tərəfindən hazırlanmış Yaponiyanın K Computers superkompyuteri bu gün dünyada ən güclüdür. Gələn həftə TOP-500 reytinqi yenilənəcək və K Computer superkompyuterinin Çin rəqibi Tyan'e-1a və çoxsaylı amerika superkompyuterlərini qabaqlayaraq yenidən lider olacağı gözlənilir.
Lakin bir gün əvvəl Yaponiyada elan edilib ki, K superkompyuterinin gücü maksimal göstəricilərə qədər artırılmış və saniyədə üzən vergüllə 10,51 kvadrillion əməliyyat (10,51 petaflop/san) yerinə yetirməyə nail olub. Beləliklə, K dünyada 10 petaflop/san həddinin öhdəsindən gəlmiş ilk superkompyuter olub.
( Ətraflı oxuyun )
- +1
- 3 ноября 2011, 14:01
- şərh yaz
Blog: Teodor86 → Internet Explorer səyyahının payı sürətlə azalır

Əgər hazırkı dinamika davam etsə, o zaman 2012-ci ilədək Internet Explorer səyyahının payı ilk dəfə olaraq 50%-dən aşağı düşəcək. Net Applications şirkətinin yeni məlumatlarına əsasən, son ay ərzində Microsoft korporasiyası səyyahının populyarlığı demək olar ki, 2% — 54,39%-dən 52,63%-ə qədər azalıb.
( Ətraflı oxuyun )
- 0
- 2 ноября 2011, 08:30
- şərh yaz
Blog: Teodor86 → Amazon şirkəti elektron kitablar üçün yeni format təqdim edib

Amazon şirkəti elektron kitablar və növbəti nəsil jurnalları üçün Kindle Format 8 (KF8) formatını elan edib.
HTML5 və CSS3 kimi standartlara əsaslanan KF8 formatı Mobi 7 formatını əvəz edəcək. Amazon şirkətinin bəyanatına əsasən, KF8 formatı naşirlərə 150-dən çox müxtəlif formatlaşdırma funksiyaları təqdim edəcək.
( Ətraflı oxuyun )
- 0
- 26 октября 2011, 14:52
- şərh yaz
Blog: Teodor86 → Windows XP əməliyyat sisteminin 10 yaşı tamam olub

2011-ci il oktyabr ayının 25-də Windows XP əməliyyat sisteminin 10 yaşı tamam olub. Məhz 2001-ci ilin bu günü proqram platformasının satışları başlanıb.
Windows XP əməliyyat sisteminin yaradılması ilə fərdi kompüterdə işə baxış dəyişib; o, daha maraqlı, daha sürətli olub. Bir sıra orijinal funksiyalar — yeni interfeys, audioformatların dəstəklənməsi, şəkillərlə (XP ilk dəfə istifadəçilərə şəkillərin kameradan kompyuterə ötürülməsi üçün interfeys təqdim edib) sadə iş imkanı təqdim edilib.
( Ətraflı oxuyun )
- +1
- 26 октября 2011, 09:30
- şərh yaz



