İnternet →  Dünya Spam şəbəkəsində Azərbaycan adı da çəkilir


Yəqin ki, blogumuzun oxucuları spam barədə kifayət qədər məlumatlıdırlar. Korporativ e-maili olanların isə demək olar ki, spam e-maillər baş bəlasıdır.
Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan New York Times-da Spammerlərin Bankları haqqında bir yazı dərc olunub. Bu yazıda Azərbaycanın da adı çəkilib. Belə ki, spamerlər pul transferləri üçün Azərbaycandan da istifadə edirlər. İstəyən verilmiş linkdən yazını oxuya bilər. Yazının maraqlı məqamlarını isə mümkün qədər tərcümə edək.
Məqalə maraqlı bir fraza ilə başlayır:
Bill Gates-in 2004-cü ilin əvvəlindəki bir ifadəsi ilə — «2 il sonra spam problemi həll ediləcək». O vaxtdan indiyə çox vaxt keçib ancaq həll olunmayıb. Üstəlik indi e-maillərin 70%-ini də spamlar təşkil edir.

( Ətraflı oxuyun )
Paylaş :

Oxatan →  Azercell chat/layır...

Yəqin ki, eşidib bilmiş olarsınız, Azercell növbəti yeniliyini edib(!), mobil saytında chat xidməti açdı. Yox əşşi, nəsə xüsusi SMS-ə alternativ IM servisi filan buraxmayıb. Bildiyimiz chat açıb.
Bu yanaşmanın nədən yarandığı, bu addımın hansı məntiqlə atıldığı qaranlıq qaldı. Chat məsələsiki var, bu əsasən əyləncə seqmenti üçün nəzərdə tutulmuş bir servisdir. Prestiji də belə o qədər yüksək deyil. Hətta artıq bir növ avaraxana statusunu daşıyır. Bir özüm üçün bir daha aydınlaşdırım. Deməli bu m.azercell.com, Azercell.com-un mobil versiyasıdır. Bu Azercell.com isə o boyda böyük, yekə, nəhəng, dinəndə ağız dolusu bazar liderliyindən danışan Azercell Telekomun rəsmi saytıdır. Hansı ki, bu Azercell Telekom da, TeliaSonera-nın şirkətidir (maraqlıdır görən onların xəbəri var?). Yəni korporativ saytdır.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android Market-də pullu app.-lar Azərbaycan üçün də açıldı!

Twitter-də verilən bir sualdan sonra bunu indi yoxladım. Android Market-də pullu applicationları artıq görə bilirəm:

Yəqin ki, bu da Google I/O eventinin nəticəsidir.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  Sosial Media-da tizer reklamlar - növbəti Nar Mobile?

Son günlərdə yəqin ki, dəbdə olan «Tizer Reklamlar»la qarşılaşmısınız.
Əvvəl uzun bir müddət «Kimdəsə hələ yoxdur, bizdəsə artıq var!» reklamı getdi. Bu reklamın rəsmi şəkildə elanından qabaq artıq kimə aid olduğu bilinirdi — KFC. Sosial Media-da — Facebook, Twitter və s. bunun söz-söhbətləri gedirdi. Nəticə heç kimin yanılmadığını göstərdi.

Növbəti tizer reklamı Embawood-a aid oldu. Nə paketlenir? ( nepaketlenir.com/ ) konsepti ilə yola çıxdılar. Rəsmi şəkildə elan olunmamış yenə sosial media-da reklamın kimə aid olduğu bilindi.

İndi isə saytlara daxil olanda Filankəsov Filankəs tizer reklamı ilə qarşılaşırıq.

( Ətraflı oxuyun )
Paylaş :

Bakcell →  Bakcell səs-sədasız manata keçdi

Azercell-dən fərqli olaraq, Bakcell-in konturdan manata keçişi çox səssiz oldu. Ona görə əvvəldən də bu barədə çox məlumat verəsi olmadıq.
Artıq ölkədə bütün operatorlar manatladır. Düşünürəm ki, operatorlar arasında əsl rəqabət bundan sonra başlayacaq. Reklamlarda istifadə edilən sözlərə daha çox diqqət yetirilməli olacaqlar. Yalandan ən sərfəli deməklə «baş aldatmaq» dövrü geridə qalacaq. Ən azından dəqiqənin qəpiklə qarşılığı aydın görünəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Azercell vs Nar Mobile - virus fotolar


Son günlərdə deyəsən kontur-manat söhbətindən çox danışası olacağıq. Kontur məsələsi aktual olan vaxt Nar artıq uzun çəkən qış yuxusundan oyanıb, hesablamanının onlarda əvvəldən bəri manat/qəpik məsələsini xatırlatmasından bu yana arada mübarizələr başlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 30 апреля 2011, 01:07
  • Shaig
  • 2+2

Yazı-Pozu →  Twitter-dən statusların import-u


Twitter artıq Rus və Türk dillərini dəstəkləməyə başlayandan sonra fikirləşirəm ki, istifadəçilər çoxalacaq. Bundan sonra da Twitter-in saytlara import eləmək ehtiyacı arta bilər.
Mən də bunun həlli yollarından biri haqqında qeyd edirəm ki, sonra özümün də yadımdan çıxanda xatırlamaq üçün nəzər salım.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitterdə 2 yeni dil: Rus +Türk dilləri (=Azərbaycan)


Twitter rəsmi blogundan verdiyi məlumatla iki yeni dili əlavə etdiyini istifadəçilərinə çatdırdı. Əslində bu o qədər də təəccüblü məlumat olmazdı. Əksərən belə məlumatları görəndə biz bunu tərcümə edib(şəxsi fikirlər olmadığına görə) weboxu-nun rəsmi hesabı ilə paylaşırıq. Ancaq dillərin Rus və Türk dilləri olmağı məndə əlavə bir iki kəlmə deməyə də ehtiyyac yaradır.
Rəsmi blogda tərcümə haqqında xəbər və hər iki ölkənin tanınmış microbloggerlərindən nümunələr var.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 27 апреля 2011, 00:22
  • Shaig
  • 4+4

Oxatan →  Təngə gətirən Facebook spam dalğası


Son zamanlarda, istifadəçilər arasında olduqca geniş şəkildə Facebook spamları yayılıb. Hətta bezdirib. Əksəri də, istifadəçilərin öz günahındadır. Hər gördüyünüzə gözü yumulu qaçmayın əvvəla diqqət yetirin.

Applicationlar (tətbiqlər)
Facebook spamları əsasən bu platforma üzərindəki applicationlar vasitəsi ilə yayılır. Ən çox da istifadəçilərin ən çox etmək istədiyi mövzular hədəfə alınır. Məsələn, Facebookda hər kəsin elə bilki, bir yaralı yeri var. Onun profilinə kimlər baxıb. Birdəfəlik gözünüzü açıb oxuyun ki, Facebookda profillərinizə kimin baxdığını görmək olmur!.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 24 апреля 2011, 03:01
  • Shaig
  • 4+4

Barcamp →  "Barcamp Azərbaycan"ın təşkilat saytı fəaliyyətə başladı


Uzun müddətdir Barcamp qeyri-konfranslarına fasilə verilmişdi. Ancaq Barcamp-ın partnyorluğu ilə başqa bir sıra proyektlər həyata keçirilirdi. YazYay təlimləri, ötən il Barcamp-ın partnyorluğu ilə Bloqosfer tədbiri baş tutdu.
Bundan sonra Barcamp Azərbaycanın saytında bütün yeniliklər haqqında məlumat almaq imkanınız olacaq.
Barcamp-ın open-source və qeyri-konfrans formatına da uyğun olaraq sayt open-source script Wordpress üzərində qurulub. İstifadə olunan theme isə Barcampın özünə aiddir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 22 апреля 2011, 23:13
  • Shaig
  • 2+2