Twitter →  Twitter iki komandayla birdən müqavilə imzaladı

Həm Google həm də Bing, Twitterlə razılaşdıqlarını açıqladılar.

Bir müddət əvvəl xəbər yayılmışdıki axtarış sistemləri twitterlə razılaşmağa çalışırlar. Artıq bu məsələ yekunlaşıbdı. Həm Google həm də Microsoft Bing, bir anda milyonlarla «tweet» istehsal edən mikro blogun məzmununu axtarış mühərriklərində istifadə edəcək.

Twitterdə yayımlanan bütün yazıları dərhal istifadə etmə haqqı qazanan iki nəhəng şirkət, bu xüsusiyyəti nə vaxt aktiv hala gətirəcəkləri açıqlanmadı. İki axtarış sisteminində nə vaxt bu xüsusiyyəti aktivləşdirəcəyini gözləyirik. Fikir olaraq onu bilirik ki, axtarışlarda yazar, tarix, mövzu kimi parametrlərdəndə də istifadə olunacaq.
Ancaq bunlar qarşılığında twitterə pul ödənməyibdi. Təbii ki söhbət nəğd puldan gedir. Bu tip bir razılaşmada twitter pulsuz qalmaz. Necə deyərlər «nəğd puldan daha dəyərli şeylərdə var həyatda» — reklam gəlirləri, şirkət səhmləri və s. kimi :)
Paylaş :

Google →  Google şirkəti 2010-cu ildə elektron kitablar satışa çıxaracaq

Google daha aktiv yüksək texnologiyalarla bazara çıxmağa başladı. İnternet-nəhəngi təsirini öz əsas biznesindən- internet axtarışından daha uzağa yaymaq istəyir. Google şirkəti Google Editions internet mağazasını 2010-cu ilin birinci yarısında açmağı planlaşdırır. Burada kitabların elektron versiyası satılacaq.

Şirkətin planlarına görə, əvvəl mağazada 400 mindən 600 minədək nəşrlər satışa çıxarılacaq. Siyahı daimi təzələnəcək. Bununla onları hər bir veb- brauzer olan qurğuya yükləmək asan olacaq. Oxucular kitabları bilavəsitə Google Editions saytında sifariş edə və yaxud Amazon.com, Barnes&Noble.com kimi partnyor mağazaların vasitəsi ilə ala bilərlər.


( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google-nin yeni musiqi xidməti istifadəyə veriləcək

Google iş sahəsini artırmaqda davam edir. İndi də musiqi biznesinə girməyi planlaşdırır. “One Box” adlı musiqi xidməti bu yaxınlarda istifadəyə veriləcək.

Googlenin yeni xidmətinin vəzifəsi musiqi parçalarını axtarmaq, Albomları son istifadəçiyə təqdim etmək, mahnı sözləri, Videolar, demolar və sənətçilər haqqındakı məlumatları pərəstişkarlara çatdırmaq olacaq. Google, yeni musiqi xidməti üçün Warner Music, Sony Music, EMI və Universal Music ilə razılaşma əldə edib. Google onsuz da MP3-ləri satmaq istəmir.


( Ətraflı oxuyun )
Paylaş :

Oxatan →  Düzgün işləməyən Alexa reytinqi başlıq-keçid

Bu dəfə oxumuzun ünvanı Alexa olacaq. Fikrimcə ziyarətçilərimizin böyük əksəriyyətinin bu reytinq haqda kifayət qədər xəbəri var. Alexa reytinqinin güvənilməz olduğunu dəfələrlə müzakirələr zamanı qeyd etmişəm. Onu deyim ki, Alexa`nın ölkələr üzrə reytinq siyahısı var. Buradan da hansı ölkədən ən çox hansı saytları ziyarət ediblər görmək olur. Əsasən ilk 100 saytı verirlər. Bəzi statistik məlumatlarda isə həmin siyahı əsas götürülür.
Paylaş :

Oxatan →  Mobil bazarımızda inqilab – Mobile Advertising başlıq-keçid

Yəqin çox internet istifadəçisinə məlumdurki Azərbaycanda internet reklamçılığı demək olarki mövcud deyil. Heç bir online ads sistemimiz yoxdur. Bəzi ölkələrdə hətta bu tip sistemlər bir neçə dənədir. Amma bizim internet bazarında heç biri də yoxdur. (Yumroo`nunkini heç hesaba qatmıram. O formalnı bir şeydir) . Bu tip adds`lərin olması inkişafa böyük kömək edir.
Paylaş :
  • 0
  • 19 октября 2009, 23:50
  • Shaig
  • 1+1

Oxatan →  Ilk10-dan yeni xəbər var – Bakıya köçdü. başlıq-keçid

Uzun müddətdir Azərbaycan internetində fəaliyyət göstərən saytlardan biri olan ilk10.az`dan yeni xəbərimiz var. Düzü bu səhər ilk10-dan ilk olaraq pis xəbər almışdım. Twitterdən gələn xəbərə görə sayta index atılmışdı. Sonra bu xəbəri Qwertydə də gördüm. Amma əsas xəbər bu deyil. Əsas xəbər:
Paylaş :

Oxatan →  Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq başlıq-keçid

Bu dəfə yayı çəkib, oxu atırıq sosial platformalar tərəfə. Bildiyimiz kimi MilliNet`imizin ən papulyar modası mıx.az tipli saytlardır. Deyəsən artıq getdikcə onunda rəqibi yaranır. İndi yeni modamız Sosial Şəbəkələrdir.
Paylaş :

İnternet →  Yeni yaranmış saytlardan hansını uğurlu sayırsınız?

Səslər: 6. Bitərəflər: 1

Bu saytlardan hansı haqqında rəyiniz müsbətdirsə ona səs verin.
Paylaş :

İnternet →  Ermənistan və Azərbaycan - saytlar başlıq-keçid

Bu yaxınlarda FireFox brozuerimdə işlətdiyim Alexa Sparky Add-on-unun yeni versiyasını yükləyəndən sonra, alexa-nın saytına daxil olub araşdırma aparmaa barədə fikirləşirdim. Axır ki bu gün alexa-ya daxil oldum. İlk olaraq Alexa Sparky-nin yeni əlavə edilmiş maraqlı bir funksiyası barədə qısa bir məlumat verim.
Paylaş :
  • 0
  • 17 октября 2009, 10:06
  • Shaig
  • 2+2