Texnologiya → Bloqosfer 2011 sentyabrda baş tutacaq [müsahibə]

Ötən ilin ən səs-küylü texnologiya tədbirlərindən olan Bloqosfer bu il də baş tutacaq. İkinci bloqosfer tədbiri "" adı altında keçirləcək. Mən belə düşünürəm ki, ötən ilki tədbir Azərbaycan İnternetində Bloqlara və Bloqçuluğa olan baxışları dəyişdirməyə nail oldu. Görək bu il nələri dəyişəcək.
Tədbirin tarixi: 2-4 Sentyabr
Keçirilmə yeri: Nabran
( Ətraflı oxuyun )
- 0
- 21 июля 2011, 22:21
- 2+2
Mobil Texnologiya → Nokia EVOLUTION mağazası və Nokia N9

20 iyulda Nokia Azərbaycanın bir eventi oldu. Bu EVOLUTION mağazasının açılışı idi.
Həmin tədbirdən bir neçə şəkil, və yadımda qalan, mənə maraqlı olan bəzi məqamları paylaşacam.
Deməli əvvəl rəsmi ağızdan mağazanın konsepti barədə:
( Ətraflı oxuyun )
- 0
- 21 июля 2011, 02:12
- 1+1
İnternet → Azərbaycan İnterneti 2011-ci ilin ilk yarımili: Statistikalar, Brouserlər - Opera liderdi
2011-ci ilin ilk yarım ili arxada qaldı. Düşünürəm ki, ilk yarımildə dəyişənlər barədə bir qədər araşdırma etmək olar. Əslində hadisələri baş verdiyi ardıcıllıqla onsuz da yazırıq. Ancaq olanlar barədə bir qədər müqayisəli və ətraflı yazmaq da olar. Texnologiya dayanmadan inkişaf edir və 6 ay əvvəli ilə indiki zaman arasında təəccüblü statistik göstəricilər də rast gəlmək mümkündür. Hesab edirəm ki, ilin sonuna doğru da belə hallar olacaq. Əvvəl bu yazını bir başlıq altında yazmağı qərarlaşdırsam da, sonradan yazının gedərək uzanmağına görə, hissələrə bölmək qərarına gəldim.
( Ətraflı oxuyun )
- 0
- 12 июля 2011, 21:57
- 1+1
Azerfon → Nar Mobile saytını yeniləyib

Azərbaycanın həm sayca, həm də bazar payı ilə müqayisədə 3-cü GSM operatoru Azerfonun brendi olan Nar Mobile yeniləyib. ilə müqayisədə saytın yeni formasında irəliləyiş var. Belə əvvəlkinə baxmış yeni saytı bəyəndim. Xüsusən index-dəki slide-ın flashla yox, ajaxla olmağı xoş təsir bağışlayır. Saytda bir az daha fresh-lik var. Basdırıq deyil. Amma drop-down menu yaxşı alınmayıb. Belə bir az ətraflı incələyəndə xırda müəyyən düzəlişlərə ehtiyac olduğu da görülür.
( Ətraflı oxuyun )
- 0
- 8 июля 2011, 00:40
- 3+3
Texnologiya → Samsung Smart TV təqdim edilib

Bu gün Samsungun, Smart TV-sinin də Azərbaycan üçün təqdimatı oldu.
Əvvəl səhər-səhər mətbuat nümayəndələri üçün təqdimat keçirilmişdi. Obyektiv səbəblərə görə səhərki təqdimatda iştirak edə bilməmişdim. Axşam isə məhsulun başqa təqdimatı reallaşdı.
Bu dəfə hazırlıqsız idik deyə, canlı bloglama imkanı olmadı. Ancaq tədbir boyunca telefonda qeydlər edib, şəkillər çəkirdim. Bu həmdə indi blog yazmağımı asanlaşdırır.
Tədbirdən qeydlərim:
( Ətraflı oxuyun )
- +2
- 5 июля 2011, 23:51
- 2+2
Google → Google+ ilə Facebook və Google arasında rəsmi rəqabət başladı

Bir tərəfdə illərdir internetin nəhəngi olan Google və digər tərəfdə sosial medianın flagmanı Facebook. Artıq Google və Facebook arasında rəsmi şəkildə rəqabət başladı. Google özünün sosial platformasını istifadəyə verir — .
Google bir növ Facebook-dan qorxur. Onun gedərək artan reytinqindən çəkinir. 2 uğursuz cəhddən sonra, artıq 3-cü dəfədir ki, rəqib çıxarmaq istəyir. Bunun aqibətini isə birlikdə görəcəyik.
İlk əvvəl adının Google Me olacağını oxuduq, sonra Google Circles və nəhayət proyekt rəsmi şəkildə açıqlandı — Google+ (plus).
( Ətraflı oxuyun )
- +2
- 28 июня 2011, 23:26
- 11+11
Təhlil → Sona çatan trend - portal

Mənim üçün artıq portal erası rəsmi şəkildə bitdi deyə bilərəm.
Uzun müddətdir internet portal kimi fəaliyyət göstərən saytımız -u da bağladıq. Bu haqda şəxsi fikirləri, .
Qısa deyim ki, saytın sadəcə 4 bölməsi fəaliyyətini davam etdirəcək. Səbəbləri filan barədə də ətraflı qeyd eləmişəm.
Mənim üçün niyə portal öldü?
( Ətraflı oxuyun )
- +3
- 18 июня 2011, 01:39
- 7+7
Təhlil → Azərbaycanda internetdən ən çox qazanan qrup - DST [infoqrafika]

Bu mövzuya çoxdan toxunmaq istəyirdim. Elə oldu ki, ilk əvvəl postda ümumi şəkildə bu barədə yazdım. İndi isə bir qədər daha ətraflı bu barədə yazmaq istəyirəm. Eyni zamanda yazı üçün infoqrafika da . Əvvəl Azərbaycan dilində hazırlayırdıq, sonra fikrimizdən daşındıq ki, ingiliscə olsun (beləcə bəlkə daha geniş auditoriya görə bilər).
( Ətraflı oxuyun )
- +1
- 5 июня 2011, 21:42
- 12+12
Google → Google +1 buttonun istifadəyə verdi

Son günlərdə nəhəng internet saytların yenilikləri dalbadal olmağa başladı. Dünən Twitter barədə . Hələ yaxında başqa servisləri də çıxaracağı .
Dünən isə Google-un +1 buttonu barədə ilkin məlumatı . Nəhayət rəsmi reliz olundu.
( Ətraflı oxuyun )
- 0
- 2 июня 2011, 01:34
- 4+4
Twitter → Twitter Follow Button-u çıxardı

Twitter rəsmi blogundan Follow Button-nu istifadəyə verdiyini .
Rəsmi olaraq bu servis istifadəyə verildi.
Məndə elə təəssürat yaranır ki, Twitter artıq Facebook-a hücum etməyə başlayır. Yenidən CEO olan Jack Dorsey çox iddialı danışmışdı və Twitterin daha çox potensialı olduğunu qeyd etmişdi. Artıq fikrindəkiləri reallaşdırmağa başlayır.
Bir neçə vaxt əvvəl Twitter ilk addımı atdı. Saytı global dillərə tərcümə edə bilmək üçün istifadəçilərə açdı. Beləcə öz-özünə bütün dünyaya yayılacaq.
( Ətraflı oxuyun )
- +3
- 1 июня 2011, 01:53
- 2+2



