Təhlil → Nar Mobile-ın yeni rəngləri (?!)

Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim .
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.
( Ətraflı oxuyun )
Sosial Media → Sosial Mediada reklam kampaniyaları

Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız.
Azərbaycanda təəssüf ki, Sosial Media kampaniyasını çox adam Facebookda şəkil yarışması kimi qəbul edir. Kampaniyada da iştirak edənlər də insanlardan «Like» istəyərək çox insanı bezdirir. Məncə belə kampaniyalar gedərək həmin yarışmanı keçirənlərə də antipatiya yaradır. Kimdən ki «Like» istəyib bezdirirlər, o yarışmanı təşkil edən brand-ı, ondan «Like» istəyəni də lənətləyir.
( Ətraflı oxuyun )
Mobil Texnologiya → 3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing
Həftənin birinci günü (23 yanvar) əməkdaşları tərəfindən bizə (la mən) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir.
İlkin təcrübələrimdən sonra, qarşıma qeyd etməyə maraqlı nəsə çıxdıqca onları da şərhlərdə bölüşəcəm. Nəsə xüsusi bir təcrübə əldə etsəm də haqqında post yazaram.
Başlayacaq necə deyərlər "Unboxing«dən. Bu demək olar ki, mənim cihazları ilk „Unboxing“ postumdu.
( Ətraflı oxuyun )
Weboxu → Weboxu istifadəçi seçimlərinin nəticələri #infoqrafika #html5
İlin sonlarına həsr olunmuş, 2011-ci ilin istifadəçi seçimləri başa çatdı. Tərəfimizdən müəyyən namizədlər arasından oxucularımız daha çox bəyəndiklərini seçdilər.
Daha maraqlı məsələ biz seçimləri . 2 gün kimi qısa bir müddətdə hazırladığımızdan qüsurların olmağı normaldır. Bu HTML5-ə Chrome və FireFox-da baxa bilərsiniz. HTML5 və CSS3 qrafiklərini ən yaxşı bu brouserlər dəstəkləyir. URL —
Təəssüf ki, vaxt az olduğundan testlərini çox kompüterdə edə bilmədik. Klaviyaturadakı sağ və sol düymələrinin köməkliyi ilə də idarə edə bilərsiniz.
( Ətraflı oxuyun )
- +3
- 18 января 2012, 15:08
- 2+2
Weboxu → Weboxu 2011 istifadəçi seçimləri başladı
2011-ci il də sona çatdı. 2010-cu ilin bitimində istifadəçilərimiz arasında seçim . Bu il də həmin ənənəni davam etdirmək qərarındayıq. Bu bayram günləri ərzində ötən ilə nəzər saldıq. Aralarından qısa bir siyahı hazırladıq. Kimsə istədiyi halda, seçimlər üçün təklif verə biləcəyi barədə post . Ancaq gələn təkliflərin bəziləri comment olaraq yox, Facebookda PM, e-mail və s. vasitəsi ilə gəldi. Biz də public elanlar olmadığı üçün onları nəzərə almadıq. Sadəcə öz seçdiklərimizi yerləşdirdik.
Qeyd edim ki, bu tamamilə subyektiv müzakirədən yaranan qısa listdir. Əsasən ötən ildə meydana gəlmiş məhsullardan ibarətdir və bunlar arasında qeyd etməyə dəyərlərdir (sıradan xəbər, əyləncə və s. saytlar yox). İstisna etmirik ki, gözdən qaçanlar ola bilər.
( Ətraflı oxuyun )
- +5
- 7 января 2012, 04:09
- 12+12
Sosial Media → Yeni ilin online təbrikləri

Bu il diqqətimi çəkən bəzi reklam agentliklərinin yeni il təbriki zamanı «online» platformaları istifadə etməkləri oldu.
İlk əvvəl Mak.az-da AA&M-in işini . Yollanan offline açıqcalardan oxudulan QR code sayəsində hazırlanmış xüsusi saytın — URL-ini əldə edib daxil olmaq mümkün hala gəlir. Mobile-dan daxil olanda da, saytın açılır. Burada oxudur. Açıqcanı alanlar əvvəldən seçilmiş 50 mahnıya qulaq asırlar.
( Ətraflı oxuyun )
- +4
- 28 декабря 2011, 20:01
- şərh yaz
Təhlil → Azərbaycanda "qrup satınalma" xidmətləri - endirim saytları

Azərbaycanda Qrup satınalma sahəsinin ilk addımları ötən atılmağa başladı. Bu sahədə ilk ciddi iş isə Poni.az tərəfindən . Arada keçən vaxt ərzində isə bu sahəyə maraq daha da artdı. Son həftələr ərzində qarşıma çıxan bu tipli çox saylı saytları görüb onlar haqqıdna blog yazmaq qərarına gəldim.
Əvvəla ondan başlayım ki, ilk ciddi oyunçu artıq bir az daha sistemini təkmilləşdirərək işinə davam edir. Linklərini verəcəyim bəzi saytlar artıq fəaliyyətə başlayıb, bəziləri test mərhələsindədir, bəziləri isə hələ hazırlanır. Hər halda bu sahəyə maraq çoxdur.
Mənə maraqlı olan isə bu tip servislərin əsasən böyük şəhərlərdə, ölkələrdə daha sərfəli biznes olduğu halda Azərbaycan və ələxsus da Bakı kimi balaca bir yerdə bu tip servis saytların bir az çoxluğudur. Mənim müşahidə etdiklərim:
( Ətraflı oxuyun )
- +5
- 26 декабря 2011, 02:00
- 13+13
Weboxu → Weboxu 2011 istifadəçi seçimlərininə namizədlər seçək

İlin sonuna doğru yaxınlaşırıq. Yəqin ki, bu ərəfələrdə ilin yekunları ilə bağlı müxtəlif statistik məlumatlar yazılacaq. Ötən il bu məlumatlarla yanaşı, blogumuz və oxucularımızla birgə biz də öz məlumatlarımızı hazırlamaq qərarına . Nəticədə «Weboxu istifadəçi seçimləri» deyə bir konsepsiyamız . Bu konsepsiyanı davamlı etmək qərarına gəldik. Yəqin ki, hər il bunu daha da inkişaf elətdirərik. Hətta bu il üçün nələr edəcəyimizi düşündükcə, maraqlı ideyalar ağlımıza gəlir. Ancaq vaxtı nəzərə alanda onları gələn ilə saxlamaq qərarına gəlirik.
( Ətraflı oxuyun )
- +1
- 22 декабря 2011, 03:50
- şərh yaz
Ilkaddimlar.com → Ilkaddimlar.com saytının təqdimatı keçirildi
Bu gün Caspian Plazada -un təqdimadında iştirak etdim. Yazacaqlarımı təqdimat və videolarla əvəz etmək visual baxımdan oxuyucular üçün daha rahat olar. Sadəcə bir-iki məqama toxunmaq istəyirəm.Təqdimatda həm Ə.Rəşad çıxış etdi. Proyekt haqqında, onun başlanması və davamiyyət planları haqqında danışdı. Həm də təqdimatın başqa maraqlı cəhəti bir qədər müzakirəyə çevrilməsi oldu. Bir növ ümumi «Brainstorming» aparıldı. Hər kəs müəyyən təkliflər irəli sürdü. Həmin təkliflərdən bir başqasında yeni ideya yarandı. Məncə təqdimatlar həmişə bu şəkildə olsa resursa daha faydalı olardı. Yəni həm rəsmi, həm də səmimi ab-hava.
Təqdimata həm bəzi Universitetlərdən, həm də dövlət orqanlarından insanların iştirakı proyektin gələcəyinə də nikbin baxmağa imkan verir.
Təqdimat slide-ında maraqlı statistikaları da görmək olar. Ümid edirəm rəqəmlərin sonundakı 0-lar daha çox olar.
( Ətraflı oxuyun )
- 0
- 16 декабря 2011, 20:30
- 1+1
Bakcell → Bakcell və Opera ilə "Limitsiz internet" yeniləmə#1

Bu gün, ilə -nın tədbirinə dəvət almışdıq.
Tədbirdə Bakcell ilə Opera arasında olan əməkdaşlıq barədə məlumat verirdilər. Bundan sonra Bakcell istifadəçiləri, Opera Mini browseri ilə internetdə daha sərfəli vaxt keçirəcəklər. Tədbirdə həm Bakcell CEO-su Riçard Şirer, həm də Operadan MDB üzrə General Manager Mikhail Ilin əməkdaşlıq barədə məlumat verdilər.
İnternetdə limitsiz gəzmək imkanını aylıq 1.99 manata və ya gündəlik 19 qəpiyə əldə etmək mümkün olacaq.
Yeniləmə#1: Opera üçün hazırlanmış səhifədə — «2011-ci ilin Dekabr 1-dən- 2012-ci ilin Martın 1-ə kimi müddətdə Siz Opera Mini ilə 1 aylıq limitsiz İnterneti cəmi 1.99 AZN-ə əldə edə bilərsiniz» deyə qeyd edilir. Bu da ola bilsin ki, kampaniya xarakteri daşıyır. Çünki, cədvəldə aylıq qiymət başqa formada göstərilib. Əgər bir dəyişiklik olsa bu barədə yenidən düzəliş edərəm.
Limitsiz internet paketlərinə qoşulmaq üçün SMS ilə 1 (1 gün üçün) ya da 30 (1 ay üçün) yazaraq 6464-ə yollamaq lazımdır. Yəqin ki, qısa müddətə Bakcell-in saytında tariflər və əməkdaşlıq barədə daha ətraflı məlumat verilər.
( Ətraflı oxuyun )
- +3
- 1 декабря 2011, 13:56
- 3+3



