Google →  Youtube yerində dayanmaq fikrində deyil

Demək olarkı, 1-2 gündən bir Google`un hansısa bir yenilik etdiyini, ya yeni hansısa bir məhsul çıxardığını və ya köhnə məhsullarına nəsə biryenilik etdiyini eşitmək artıq bizi təəccübləndirmir. İndi də Google Youtube`da yenilik etməsi barədə öz rəsmi Youtube profilində bir video paylaşıb.

Paylaş :
  • 0
  • 23 ноября 2009, 19:54
  • Sadig
  • 1+1

Google →  Ənənəvi media Google`a qarşı...

Google`un getdikcə böyüməsi, intensiv və ektensiv inkişafı istifadəçilərin nə qədər xoşuna gəlsə də, bəzilərinin görünür ki narahatçılığına səbəb olur. Narahat olanlardan biri də Rupert Murdoch olub. Onu dünya ənənəvi medyanın «imperatoru» kimi tanıyır. Belə ki, o ən elitar nəşrlər hesab olunan Wallstreet Journal, Sun, Times`dan başqa 44 qəzet, 30 jurnal, CNET`lə IGN`in də daxil olduğu 32 internet saytı və dünya səviyyəsindəki Fox kanal və studiyalarının da sahibidir.
Hamıya məlumdur ki, Google əsas istiqamət olaraq axtarışı götürüb və internetdə olan məlumatları axtarır. Rupert`in fikrncə bu prosesdə heç də müəllif hüquqları tam qorunmur. Bunun üçün də o sahibi olduğu bütün medya orqanlarının saytında Google`un məlumatları indeksləməsinə icazə verməyəcək. Yəni Googleda axtarış etdiyimizdə hətta Fox kanalında yayımlanan teleseriallar barədə belə məlumat tapa bilməyəcəyik. Bu qədər mediya orqanına sahib olan birinin bu qərarı əlbəttə Google üçün məlumat itkisi baxımından böyük zərərə sala bilər.
Bəlkə də Rupert`ın 78 yaşı olduğunu nəzərə alsaq yeni web 2.0 mühitdə belə qəribə bir qərar verməsini başa düşmək olar, amma yenə də fikirləşəndə ki, Google axtarış zamanı saytlara birbaşa keçid verir, onda məlumatı yazan saytların istifadəçi itirdiyini yox hətta qazandığını belə düşünmək olar.

Mənbə: shiftdelete.net
Paylaş :
  • 0
  • 11 ноября 2009, 23:27
  • Sadig
  • 1+1

Mobil marketing →  İnternet marketinqin gələcəyi - Mobil marketinqlə sərhədlərin itməsidirmi?

Bu gün internetdə «Mobil marketinq»lə əlaqəli bir video gördüm. Əvvəla onu qeyd edim ki, məlumatın mənbəsinə gedib çıxanda videonun «Turkcell»in rəsmi video blugundan gəldiyini görəndə, Azərbaycandan kənarda markaların interneti necə aktiv istifadə etdiklərini görmək məni bir balaca «qısqandırdı»…
Videonu yerləşdirməzdən əvvəl sürəti videonu rahat izləməyə imkan verməyənlər üçün bir iki cümləlik qısa xülasə edim. Əvvəlcədən deyim ki, video əsasən «Mobil marketinq» barəsində olsa da, söhbət mobil marketinqin gələcəyindən getdiyinə görə sonu internetə gəlib bağlanır. Birdə məlum olur ki, mobil sektorda hər kəs 2013-cü ili gözləyir. Belə ki, «ağıllı cihazlar»ın və 3G sisteminin bazarda geniş vüsət almasından sonra artıq adət etdiyimiz statik reklamlar belə mobil cihazlarin köməkliyi ilə hərəkətli reklamlara çevriləcək. Artıq qəzetlərdəki, jurnallardakı hətta afişalardakı statik reklamlar aktiv informasiya ötürmə gücünə malik olacaq. Məlumatlar telefona ötürüləcək və telefonda audio və ya video formaya çevrilərək, statik reklamlar «canlanacaq». Videodan belə başa düşdüm ki, artıq deyilən texnologiya ümid vəəd edəcək qədər hazırdır.

Video türk dilindədir, amma fikrimcə maraqlananların işinə yarayacaq.
Paylaş :

AİF →  Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.

Bu gün AİF tərəfindən Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.
AİF prezidenti, Müsabiqənin Təşkilat Komitəsinin nümayəndəsi Osman Gündüz mətbuat konfransını açaraq Milli Net haqqında, Müsabiqənin məqsədləri və mərhələlərin haqqında məlumat verib. O, Mükafatın hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə veriləcəyini bildirib. O, Müsabiqəyə HP, Azercell, Delta Telecom şirkətləri tərəfindən dəstək verildiyini bildirib.
Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğu qeyd olunub. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcəyi vurğulanıb.


( Ətraflı oxuyun )
Paylaş :

Barcamp →  Barcamp 2009da olan təqdimatların bəziləri:

Avquts ayında Barcamp sisiləsindən olan növbəti tədbir keçirildi. Tədbirdə bir çox iştirakçılar müxtəlif mövzularda təqdimatlar etdilər. Həmin təqdimatlardan bəzilərinə baxa bilərsiniz.

BarCamp Azerbaijan 2009-da olunan təqdimatlar

Qalanlarına bu ünvanda baxmaq olar.
www.slideshare.net/search/slideshow?q=barcampaz09



( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 14 октября 2009, 21:00
  • Sadig
  • 1+1

Bakcell →  “Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

Azərbaycanın birinci mobil rabitə operatoru “Bakcell” şirkəti ölkə infrastrukturuna sərmayə yatırmağa davam edir.

Şirkətin baş ofisindən verilən məlumata görə, bu il “Bakcell” şəbəkə dairəsinin kütləvi olaraq genişləndirilməsinə və müasirləşdirilməsinə başlayıb. Bu layihənin çərçivəsində “Bakcell” Naxçıvan Muxtar Respublikasında da əhatə dairəsini əsaslı şəkildə genişləndirib. Bu il ərzində “Bakcell” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikasında 22 yeni baza stansiya quraşdırılıb və istifadəyə verilib, nəticədə MR-də mövcud olan stansiyaların ümumi sayı 42-yə çatıb. Bu şəbəkə genişləndirilməsinin nəticəsi olaraq “Bakcell” Muxtar Respublikanın əsas nəqliyyat arteriyalarını əhatə etməyə başlayıb. Hazırda “Bakcell”in əhatə dairəsinə Sədərək, Şahbuz, Culfa, Badamlı, Sirab, Babək, Ordubad və bir sıra digər rayonlar daxildir.

Bundan başqa, “Bakcell” şəbəkəsinin əhatə dairəsinə daxil olan Naxçıvan MR-in ərazisində EDGE-sürətli internet texnologiyasından istifadə etmək mümkün olacaq. Naxçıvan MR ərazisində şəbəkə dairəsinin və platformaların genişləndirilməsi prosesi 2010-cu ildə də davam edəcək.

“Bakcell” Azərbaycan mobil rabitə bazarında 1994-cü ildən etibarən fəaliyyət göstərir. Hazırda mobil rabitə operatoru Azərbaycan ərazisinin 80%-dən çox hissəsini əhatə edir və 2 milyona yaxın abunəçiyə xidmət göstərir.
Paylaş :
  • +1
  • 14 октября 2009, 20:42
  • Sadig
  • 2+2