Blog: SYD → Sosial Yeniliklər Düşərgəsinə ideya verim yoxsa adi iştirakçı kimi müraciət edim?

Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə maraqlananlar bəzən hansı formada iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər, ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirik. SYD-də iştirakın 2 forması var:
1. İdeya sahibi kimi. ndan da göründüyü kimi xüsusi biliklər tələb olunmur, yetər ki, düşərgəyə verilmək üçün ə uyğun olan ideya olsun. İdeya sahibləri ideyalarını reallaşdırmaq üçün proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxsə ehtiyacları varsa və özləri də bütün bu işləri görə bilmirlərsə, onda həmin şəxslər ideyalarını düşərgəyə göndərirlər və özlərinə lazım olan komandanı düşərgədə toplayırlar. Qeyd etməliyik ki, bir şəxs istənilən sayda ideya göndərə bilər, lakin bir nəfərin ən çoxu bir ideyası düşərgəyə seçilə bilər.
( Ətraflı oxuyun )
- 0
- 29 июня 2011, 16:27
- şərh yaz
Blog: SYD → Sosial Yeniliklər Düşərgəsi ilə maraqlananlar üçün görüş
16 may saat 16:00-da Bakı Jurnalistika Məktəbində "" tərəfindən təşkil olunan ilə bağlı görüş keçiriləcək. Görüşdə bu düşərgə haqqında bu məlumatlar veriləcək:* SYD-nin mahiyyəti
* Sosial Yenilik və internetin əlaqəsi
* SYD nə üçündür?
* SYD-nin ana xətti və baş vermə mexanizmi
* SYD-yə hansı formalarda qatılmaq olar?
* İdeyalar hansı suallara cavab verməlidir?
* İdeyalara verilən tələblər
* İdeyalar üçün nümunələr
* SYD nədir?
* SYD nə deyil?
* İştirakçılara verilən tələblər
* Qiymətləndirilmə kim tərəfindən və necə aparılacaq?
* Tədbirdə iştirakçıların hansı xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq?
* Sosial Yeniliklər Düşərgəsinin keçiriləcəyi məkan və tarix
Təlimçi: Emin Hüseynzadə (layihə rəhbəri)
Görüşdə iştirak etmək pulsuzdur, lakin qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat proseduru, görüşün ünvanı və başqa məlumatlar da yer alıb.
- 0
- 14 мая 2011, 03:34
- şərh yaz
Blog: SYD → Növbəti Sosial Yeniliklər Düşərgəsinə qeydiyyata start verildi
2010-cu il sentyabrın 18-19-da ""-ın təşkilatçılığı ilə Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi . Ötən il bu düşərgəyə olan 200-dən çox müraciəti və cəmiyyətdə yaranmış marağı nəzərə alaraq təşkilatçılar bu il də növbəti Sosial Yeniliklər Düşərgəsini təşkil etməyi qərara alıblar. nda bu barədə yerləşdirilib. Hazırda saytda barədə məlumat, düşərgəyə göndərilə bilən , digər ölkələrdə indiyə qədər keçirilmiş eyni tipli düşərgələr haqqında (qalib gəlmiş və ya seçilmiş ideyalar, tədbirlərin veb-səhifələri, düşərgə barəsində çəkilmiş filmlər), və üçün formalar, tədbirlə maraqlanan şəxslərin suallarını, iradlarını, təkliflərini, eləcə də şikayətlərini cavablandırmaq üçün yerləşdirilib. Qeyd edək ki, düşərgəyə seçiləcək ideyaları xarici mütəxəssislər qiymətləndirəcəklər və yalnız ideya müəllifləri tərəfindən yayımlanmasına icazə verilən («açıq») ideyalar ndə yerləşdiriləcək. Tədbir üçün qeydiyyatın son tarixi 25 iyundur. Tədbirin keçiriləcəyi yer və dəqiq tarix bu yaxınlarda açıqlanacaq
- 0
- 4 мая 2011, 02:27
- şərh yaz
Blog: SYD → Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi baş tutdu

Azərbaycanda ilk dəfə nin (SYD) keçiriləcəyi barədə məlumat verilmişdi. Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada işləməsini təmin etməkdir. Daha əvvəllər Böyük Britaniya, Slovakiya, Koreya, Avstraliya, Gürcüstanda keçirilmiş bu düşərgə Azərbaycanda ilk dəfə 18-19 sentyabrda Novxanıda -də keçirildi.
( Ətraflı oxuyun )
- 0
- 21 сентября 2010, 23:29
- 3+3
Blog: SYD → Sosial Yeniliklər Düşərgəsindən son xəbərlər

Sosial Yeniliklər Düşərgəsi yaxınlaşdıqca həyəcan artmaqdadır. Artıq düşərgədə reallaşdırılacaq bu sahədə çoxillik təcrübəyə malik tərəfindən seçilib və saytımızda yerləşdirilib. Seçilmək barədə məktub almış şəxslər cümə günü 17 sentyabr saat 11:59-a kimi iştiraklarını təsdiqləyəcəklər. Məkanımız dəqiqləşdi və yerləşdirildi.
ı izləməkdə davam edin.
- 0
- 15 сентября 2010, 18:31
- 1+1
Blog: SYD → Sosial Yeniliklər Düşərgəsi: Tez-tez verilən suallar

(SYD) nədir?
SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.
SYD kimlər üçündür?
SYD internet və kompüter sahəsində heç bir xüsusi bacarığı olmasa da əla sosial internet layihə ideyası olan istənilən şəxslər, eləcə də proqramçı, veb developer, koder, dizayner, marketoloq, brend mütəxəssisləri, biznes düşüncəli insanlar və bu kateqoriyalara aidiyyəti olan digər şəxslər üçündür.
SYD-yə necə qatılmaq olar?
( Ətraflı oxuyun )
- -1
- 19 августа 2010, 14:29
- 3+3
SYD → Sosial Yeniliklər Düşərgəsi necə baş verir?

Bu günlərdə və saytımızda yer aldı. Bilirəm ki, çoxlarınız SYD-nin saytını səbirsizliklə gözləyirsiz, bu da saytımızın ünvanı:
İndi isə SYD-nin necə baş verməsi haqqında Sizə məlumat vermək istəyirəm.
Proses belə baş verir:
( Ətraflı oxuyun )
- 0
- 5 августа 2010, 23:45
- 3+3
Blog: SYD → Sosial Yeniliklər Düşərgəsi haqqında
Bir neçə gün öncə saytımızda yerləşdirilmişdi. İndi istəyirik Sosial Yeniliklər Düşərgəsinin nə olması barədə Sizi məlumatlandıraq.Müasir dünyada biz insanların ehtiyacını və problemlərini nəzərə almaqla onların tələbatına cavab verəcək texnologiyalar yarada bilərik. Sosial Yeniliklər Düşərgəsi bu texnologiyaların formalaşdırılması məqsədi ilə rəqəmsal dünyada yeniliklərin internet üzərində tətbiq olunması ilə problemlərin həllinə yönəlmiş bir təcrübədir. Bu düşərgədə hansısa sosial problemlərə qarşı olan, eləcə də bu problemi veb alətlər əsasında həll etməyə hazır olan insanlar şəbəkə şəklində birləşib, rəqəmsal alətlərin köməyi ilə, problemə yeni həll yolu axtarırlar. Yeniliklərin rəqəmsal alətlər vasitəsilə həyata keçirilməsinin əsas səbəbi bu vasitələrin nəticəyə çatma prosesini asanlaşdırmasıdır. Burada insanlar konkret nəticə üçün çalışırlar və bütün bunlar cəmisi 48 saat içində baş verir. Düşərgənin ictimai rolu ondan ibarətdir ki, problemlərin həlli dövlət və digər qurumların üzərindən sadə əhali üzərinə yönəlir və problemlərin həlli prosesinə insanlar öz töhfələrini vermiş olurlar. Belə olan halda internet yeni xüsusiyyətlərə malik olmaqla bəzi problemlərin həllinə daha effektiv töhfə verəcək. və keçirilən analoji tədbirlərdən sonra bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarını verdik.
( Ətraflı oxuyun )
- 0
- 2 августа 2010, 20:54
- 2+2
SYD → Sosial Yeniliklər Düşərgəsi gəlir

2 il yarım öncə AzNetdə «BarKamp» sözünə rast gəlməyə başladıq. Bu söz ilk dəfə Azərbaycanın BarCamp Baltics (8-10 fevral, 2008, Riqa, Latviya) tədbirində iştirakından sonra aktuallaşmışdı. Bu hadisə İKT dünyasında çox maraq çəkən hadisə olmuşdu və informasiya agentliyi bu haqda yerləşdirmişdi. Bundan sonra 2 yerli BarKamp Azərbaycan ( və ), və keçirildi.
İndi isə daha maraqlı bir formatda İKT tədbiri — Sosial Yeniliklər Düşərgəsi ölkəmizdə baş tutacaq. Bratislavada və Tbilisidə keçirilən analoji tədbirlərdə Azərbaycanlıların iştirakından sonra bu tədbirin Azərbaycanda keçirilməsi zərurətini hiss etdik və işə başladıq.
Sosial Yeniliklər Düşərgəsi nədi? Nə vaxt olacaq? Harada? Gözdə qulaqda olun! Yaxınlarda biləcəksiz! :)
- +1
- 30 июля 2010, 23:56
- 4+4



