Weboxu → Yeni funksiyalar: facebook inteqrasiya və bildirişlər
Saytda bir sıra funksiyalar istifadəyə verildi. Çoxdan planda olan yenilikləri bir bütün şəklində hazırlamaq və sonda saytı yeniləməyi düşünürdük, lakin vaxt azlığı bunu çox yubadırdı. Biz də hissə hissə hazırlayıb istifadəyə verməyi qərarlaşdırdıq. Beləliklə, həm istifadəçilər mənimsəyər, həm də istifadə zamanı ortaya çıxan nasazlıqlar tez aradan qaldırılar. Sosial platformalar (facebook, twitter) ilə inteqrasiya hazırkı veb aləmi üçün mən deyərdim ki, zəruri olan funksiyadır. Bu istifadəçiləri yenidən qeydiyyat əziyyəti çəkmədən sayta daxil olmasını və eyni profili bir çox saytda işlətnəsini təmin edir. 2006-cı ildə ortaya atılmış OpenId və OAuth hal hazırda bütün böyük platformalarca mənimsənib və bunlar bir çoxlarına məlum olduğundan bu haqda uzun yazmıram. Saytdakı yeniliklər nələrdir?
( Ətraflı oxuyun )
- +3
- 28 сентября 2010, 12:34
- 6+6
Twitter → Twitter Hack Olundu

Twitter Iranian Cyber Army Deyə bir qrup tərəfindən hack olundu. Farsca yazılan yazıdakı mesaj aşağıdakı kimidir:
Iranian Cyber Army
THIS SITE HAS BEEN HACKED BY IRANIAN CYBER ARMY
iRANiAN.CYBER.ARMY@GMAIL.COM
U.S.A. Think They Controlling And Managing Internet By Their Access,
But THey Don’t, We Control And Manage Internet By Our Power,
So Do Not Try To Stimulation Iranian Peoples To….
NOW WHICH COUNTRY IN EMBARGO LIST? IRAN? USA?
WE PUSH THEM IN EMBARGO LIST
Take Care.Yeniləndi 1: Xak bizim saatla 10 -a qalmış baş verib. Və 15 dəq bundan əvvəl eyni qrup başqa saytı da hack edib.
Yeniləndi 2: Məsləhət görülür ki, twitter ilə eyni olan başqa accountlarınız əsas da emilinizin şifrəsini dəyişin
Yeniləndi 3: Saat 11:05 radələrindən Azerbaycanda da twittere daxil olmaq mümkün oldu
- +2
- 18 декабря 2009, 09:41
- 18+18
İnternet → Rockyou hack edildi!

sosial platformalar üçün tətbiqetmələr (applic ation) yazan bir şirkətdir. Myspace, Facebook, Bebo kimi aparıcı sosial şəbəkələrdə çox populyardır. Təkcə facebookda 52 milyon aylıq istifadəçi bu şirkətin tətbiqetmələrini işlədir. Bugün -dan oxuduğum qədərilə Rockyou'da olan «sql injection» xətasına görə 32 milyon istifadəçinin məlumatları ələ keçirilib. Daha ətraflı
- 0
- 15 декабря 2009, 15:12
- 1+1
Google → Google redesign ?

Artıq bir müddətdir ki sol sidebar-ı istifadəyə veribdi. Şəxsən mənim çox xoşuma gəlmişdi və işimi asanlaşdırdı. İndisə həm dizayn həmdə strukturu tamamilə sol sidebar üzərinə qurmaq fikrindədir deyəsən.
- 0
- 26 ноября 2009, 23:27
- şərh yaz



