Blog: KoLGe →  YouTube server problemləri

YouTube Hacklayiblar?

Hal-hazırda sayta daxil olmaq olmur.



500 Internal Server Error

Sorry, something went wrong.

A team of higly trained monkeys has been dispatched to deal with this situation.

If you see them, show them this information.
Paylaş :

Yazı-Pozu →  Windows 7 bəzi ”hoqqalar” (tricks :)


Microsoftun son əməliyyat sistemi Windows 7 Vistadan fərqli olaraq həqiqətən də çox uğurlu alınıb məncə.

Bu yazıda Windows 7-dəki bəzi hoqqaları sizinlə paylaşacağam.


( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 3 апреля 2010, 10:56
  • KoLGe
  • 8+8

Yazı-Pozu →  Windows 7-də 1C v7.7 işləməsini təmin edək.

Bildiyiniz kimi Azərbaycanda mühasibat proqramı olaraq ən çox istifadə olunan proqram 1C Mühasibat Uçotu proqramıdır. Son versiya 8.1 olmasına baxmayaraq şirkətlərin 90 faizi hələ də 7.7 versiyasını işlədir.

Deyək ki, 1C 7.7 istifadə edən şirkətdə VVindovs 7 əməliyyat sisteminə 1C 7.7 yazmalı olduz… Proqramı işə salanda SQL bazaya qoşulmaqda problem yaranacaq və proqram işləməyəcək… Çıxış yolu Əməliyyat sistemini pozub XP yazmaq deyil :)

1C 7.7 Proqramını install edirik.

"Для доступа к базе данных требуется ODBC-драйвер для MS SQL Server версии 3.50.0303 или старше."



( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 2 апреля 2010, 15:29
  • KoLGe
  • 1+1

Yazı-Pozu →  Mouse-u klaviatura ilə hərəkətə gətirək.

Bu dəfə klaviatura düymələri ilə Mouse-umuzun ox işarəsini hərəkətə gətirəcəyik.

(Bəlkə də deyəcəksiz ki, bu nəyə lazımdır ?! :) Heç vaxt heç vaxt deməyin :)) Mouse olmayan bilgisayarda lazımınız olar :))

1. Sol ALT + Sol SHİFT + Num Lock basın. Sağ tərəfdə saatın yanında Mouse işarəli bir ikon peyda olacaq. Üzərinə iki dəfə tıklayın.



( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Şəbəkədəki Printeri istifadədə problem. (Windows 7)

Bu dəfə sizə az öncə rastlaşdığım bir problemin həlli yolunu təqdim edirəm. Deməli bir şəbəkəmiz(bu şəbəkədə bircə vindovz 95 yoxdu :D ) var. Bu şəbəkədə server(windows 2003) clientlər isə Windows XP və Windows 7 işlədən bilgisayarlardır.

Problem:
A bilgisayarı — Windows XP — Printer qoşulub.
B Bilgisayarı — Windows 7

A bilgisayarına HP markalı printer qoşulub. Başqa otaqda olan B bilgisayarı A bilgisayarındakı printerə çap əmri vermək istəyir. Amma A-dakı printer paylaşılsa da, bu printeri B bilgisayarına yazmaq mümkün olmur, çap əmri vermək də mümkün olsun.

Printeri əlavə etmək istəyərkən bu error çıxırdı.



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 24 марта 2010, 16:46
  • KoLGe
  • 4+4

İnternet →  Yahoo! ilə Twitter əməkdaşlıq edəcək.

Yahoo! indi də Twitter ilə anlaşdı :) Bundan sonra Twitter-ə Yahoo-nun içindən əlimiz çatacaq.



Tweet-ləri Yahoonun servisərindən istifadə edərkən izləyə, dəyişə bilinəcək. Yahoonun axtarış nəticələrində tvviterdən real-time nəticələr veriləcək.

P.S. Google BUZZ deyəsən hürkütməyə başlayır rəqiblərini :-)

Mənbə: mashable.com/2010/02/23/yahoo-twitter-2/
Paylaş :
  • +1
  • 25 февраля 2010, 21:09
  • KoLGe
  • 7+7

Google →  Google elektrik enerjisi alıb satmaq hüququ əldə etdi!

Bu gün oxuduğum xəbərə mat-məəttəl qaldım :)



Google artıq elektrik enerjisini alıb-satmaq hüququnu əldə edib. Deyilənə görə indiki halda Google sadəcə özünü keyfiyyətli enerji ilə təmin etmək barəsində düşünür. Amma bazara satıcı olaraq girə də bilərlər çox yaxında.

Buradan ətraflı oxuya bilərsiz: news.cnet.com/8301-11128_3-10456435-54.html
Paylaş :

Google →  Windows-a Chrome yazmaq problemi (XƏTA: 0x8004071c)

Windows 7-də Google Chrome yazmaq istəyərkən əcaib errorla rastlaşdım.



İnternetdə bir az qurdalandıqdan sonra məsələnin həllini tapdım. Sizinlə də paylaşım dedim :)

Deməli, Run -a daxil oluruq. Regedit yazıb Enteri basırıq.


( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 20 февраля 2010, 13:25
  • KoLGe
  • 8+8

Blog: KoLGe →  AzəriBlog bağlan(ıb)mayıb(?)! [YENILƏNİB!]

AzeriBlogun bağlanıb-bağlanmadığına aydınlıq gətirildi. Özü də bir başa AzeriBlog-un Admini güneyli qardaşımız Fərhad bəy tərəfindən. Fərhad bəy, yazıb bildirdi ki, «Sizin baxdığınız AzerBlog-dur və AzeriBloga heç bir aidiyyatı yoxdur.» Həqiqətən də elədir.

P.S. Yazını yorğun iş günündən sonra, gecə saatlarında hazırlamışdım. Üzrlü hesab edin həqiqətən də bircə simvolda səhv etmişəm "İ". Səhifədəki yazının fars əlifbasına oxşaması, google translate-de Fars dilində tərcümə olunması məni lap çaş-baş saldı. :) Diqqətsizliyimə görə üzr istəyirəm.

Dərin hörmətlə.

AzNET-də bir canlılıq hiss olunur son vaxtlar. Birdən yadıma Azəriblog düşdü… Ki girim görüm bəlkə nəsə yenilik gördüm… Amma gördüyüm tanımadığım əlifba ilə yazılmış yazı oldu.

قوللانیلمادی، قاپاتیلدی


Google Translate ilə tərcümə etdim… Belə bir yazını oxudum… Kullanılmadı, Qapadıldı...

Tərcümə üçün tıkla

Heyif. Öz üzərilərində işləyib inkişaf etmək əvəzinə tez bezdilər görünür…
Paylaş :

PHP-Fusion →  PHP-Fusion

PHP-Fusion PHP proqramlaşdırma dilində yazılmış, MySQL Məlumat bazası istifadə edən sürətli, təhlükəsiz Açıq Qaynaq Kodlu(Open Source) CMS(Content Management System — Tərkib İdarəetmə Sistemi)-dir.



4 ilə yaxındır ki, bu script-dən istifadə edirəm. Çox razıyam. Kodları aydın və səliqəli yazılıb. Çoxlu modulları var. İstənilən dəyişikliyi etmək mümkündür. Mənfi cəhəti odur ki, tənbəl malı deyil. Hər şeyi bir tıkla həll olunmur vördpress-dəki kimi :)

Scriptin tərcüməsi mənə aiddir(bəzi düzəlişlərə görə Qoşqar Məmmədova təşəkkürlər). Scriptlə bağlı tərcümə və paylaşımlarımı bundan sonra burada paylaşacağam.

Rəsmi Sayt: www.php-fusion.co.uk
PHP-Fusion Endir

Azərbaycan Dil fayllarını yüklə

Vaxt elədikcə burada paylaşımlarımı yerləşdirəcəyəm.
Paylaş :