Blog: KNYAZ →  Youtube yeni musiqi səhifəsi

Dünyanın ən böyük video paylış saytı Youtube yeni music səhifəsini artıq istifadəçilərə təqdim etdi. Youtube-da hər gün fərqli playlistlərin və tövsiyə edilən mahnıların yer aldığı bir səhifədir.Bu səhifə əlavə olaraq konsertlər haqqında da gündəlik məlumatlar yayımlayacaq.



Youtube music həmçinin qeyri peşəkar olaraq musiqi ilə məşğul olanlar üçün görüş nöqtəsi olacaq. Burada siz bəstələdiyiniz mahnıları və hazırladığınız klipləri paylaşa bilərsiniz. Əgər youtube üzərindən musiqiyəq qulaq asmağı sevirinizsə Youtube music-ə mütləq baş çəkin.
Paylaş :

Blog: KNYAZ →  Obama da Foursquare-ə qatıldı


2012 ABŞ prezident seçkiləri yaxınlaşarkən prezident Obama dünyada ən çox sosial şəbəkə saytlarından istifadə edən lider olmağı planlaşdırır.

Twitter və Facebookdan sonra Obama artıq Foursquaredə də görünməyə başlayıb. Mövcud olduğumuz yeri etiketləyərək dostlarımızla paylaşdığımız və olduğumuz yeri bildirdiyimiz Foursquare özünə məxsus bir istifadəçi kütləsinə sahibdir. Obama artıq olduğu yerləri Foursquare ilə paylaşacaq. Obama belə getsə forumlara da üzv olub səs toplayacaq :).
Paylaş :
  • +1
  • 17 августа 2011, 09:32
  • KNYAZ
  • 3+3

Blog: KNYAZ →  Nokia-dan iki ekranlı 3D mobil telefon


3D texnologiyası sürətlə inkişaf etməkdədir. Yaxın gələcəkdə mobil cihazlarda da ras gələcəyimiz bu texnologiya hələki inkişafını tam tamamlamamış olmasına baxmayaraq mobil şirkərlər bu texnologiyaya indidən investisiya ayırmağa başlamışlar.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: KNYAZ →  Google TV qadağan olundu.

Google, TV və interneti bir yerə gətirən istifadəsi rahat yeni bir Google TV xidmətini bu yaxınlarda istifadə etməyə başladı.
Adi bir peyk cihazlarına bənzəyən Google TV ilə televizor kanalları ilə birgə internet üzərindəki videolara da rahatlıqla baxmaq mümkündür.

Məsələn sevdiyiniz bir serialı axtarış verdiyiniz anda online üzərində olan hissələrini tapıb baxa bilərsiniz. Beləliklə istədiyiniz vaxt ürəyiniz istəyən videoya baxa bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 26 октября 2010, 11:51
  • KNYAZ
  • 1+1

Blog: KNYAZ →  Google üçün yeni buton..


Bu günümüzdə bir çox insanlar google-in bir çox xidmətlərindən yararlanır. Gün ərzində Gmail, GoogleMaps, GoogleDocs və s. kimi xidmətlərdən istifadə edir. Bir qrup proqramçılar tərəfindən texnologiya servənlər üçün yeni bir servis yaradıldı. FirefoxChrome üçün adresin boşluğunun sağ tərəfinə yeni bir button əlavə olunur və bu button vasitəsi ilə bütün xidmətlərdən rahatca istifadə etməyə kömək edir.
FirefoxChrome üçün aktivləşməni buradan edə bilərsiniz.
Paylaş :

Blog: KNYAZ →  Internet Explorerin 15 illik tarixi

Dünyanın ən çox istifadə olunan brauzerinin 15 illik inkişaf tarixi.
1 mb həcmində olan Internet Explorer 1. (1995)

1-ci versiya ilə eyni ildə yayımlanan SSL və cookie dəstəyi verən Internet Explorer 2 (1995)

( Ətraflı oxuyun )
Paylaş :

Blog: KNYAZ →  Google 3D Dünyanı İnternetə Daşıyır


Artıq şəhərlər Google Earth ilə 3 ölçülü olacaq! Yaxın gələcəkdə şəhərləri 3 ölçülü olaraq gəzə biləcəyik!
Dünyanın ən məşhur İnternet şirkətlərindən Google, xidmətlərini inkişaf etdirməyə davam edir. Belə ki, bütün dünyada maraqla izlənilən Google Earth daha əvvəl bəzi məkanları 3 ölçülü olaraq qarşımıza gətirirdi. yeni hədəfləri isə, şəhərləri 3 ölçülü hala gətirməkdir.
2005-dən bu yana istifadəçilərə təqdim edilən bu tətbiq, sanki çağ dəyişərək 3 ölçülü olaraq şəhərləri gəzmə imkanı tanıyacaq. İndiyə qədər bir çox şəhərdə, bir çox məkanı 3 ölçülü olaraq modelləşdirən Google, bu tətbiqini genişlədərək şəhərlərin hamısına yayacaq.
Paylaş :
  • -1
  • 28 апреля 2010, 00:01
  • KNYAZ
  • 4+4

Blog: KNYAZ →  Əvvəllər görülməmiş virus

Yaponlar elə bir virus yaratdı ki, kompüterinizə heç bir zərər vermədiyi halda, həyatınızı məhv edə bilər. Bəs bu zərərin xüsusiyyəti nədir?
Qarşımızda, hər zamankindən də təhlükəli, Yapon malı bir virus var: P2P ilə bulaşır, sizə aid tapa bildiyi bütün məlumatları yığır. Xüsusilə internetdə hansı saytlara girdiyiniz etdiyiniz axtarışlardı. Lakin kompüterinizə heç zərər vermir. Tək məqsədi şantaj etməkdir.

Virus, sizə aid bütün məlumatları yığdıqdan sonra bir e-poçt gəlir: Erotik bir məzmunmu axtardınız? Və ya başqa təhlükəli bir element? Əgər, ifadə olunan bank nömrəsinə 10 dollar ödəməsəniz, sizə aid bütün məzmun, şəkillərlə birlikdə bütün tanışlarınıza göndəriləcək. Ən yaxşı ehtimalla utanc yaradacaq, ən pis ehtimalla ayrılıq yaşamaq mümkündir. Məncə çox maraqlı bir virusdur. :)
Paylaş :
  • +2
  • 20 апреля 2010, 10:13
  • KNYAZ
  • 2+2

Blog: KNYAZ →  İntel Ağlımızı Oxuyur


İntel və Carnegie Universitetinin ortaq proyekti, insanların ağılından keçənləri anlayacaq bir proqram inkişaf etdirməyi hədəfləyir. Deyilənə görə, yeni proqram 90% müvəffəqiyyət nisbətinə sahibdi.
Carnegie Universiteti və İnteldə çalışan araşdırmaçılar, insan zehinini oxuya bildiyini iddia etdikləri bir cihaz və proqram inkişaf etdirdiklərini açıqladılar.
İnsan beynində yaranan dəyişiklikləri MRI cizgisiylə görə bilən araşdırmaçılar, hazırladıqları proqram sayəsində insanların o anda nə haqqında düşündüyünü anlaya bildiklərini ifadə etdilər.

90% müvəffəqiyyət
Təcrübədə qarşısına iki ədəd söz qoyan və bunlardan birini düşünmələrini istəyən araşdırmaçılar, inkişaf etdirdikləri proqramın insanların hansı sözü düşündüyünü 90% müvəffəqiyyətlə təsbit edə bildiyini ifadə etdilər.
İntel Labs araşdırmaçılarından Dean Pomerleau bu texnologiyanın, ətrafı ilə ünsiyyət qura bilməyəcək dərəcədə fiziki qüsurlu kəslər üçün istifadə edilməsini planladıqlarını lakin proyektin hələ daha çox başında olduqlarını söylədi.
Paylaş :
  • 0
  • 9 апреля 2010, 17:07
  • KNYAZ
  • 6+6

Blog: KNYAZ →  Dünyada Ən çox İstifadə olunan Şifrə 123456


Rockyou adlı musiqi saytında iştirak edən 32 milyon şifrəni araşdırıldı. Araşdırmanın nəticəsinə görə istifadəçilər ən çox 123456 şifrəsini seçdiyi ortaya çıxdı
Bu araşdırmaya görə, bir çox şifrənin olduqca sadə, qısa və lüğətlərdə rahatlıqla tapılan sözlərdən olduğu təsbit edildi.
Bu olduqca böyük bir təhlükəlidir. Çünki Brute Force tərəfindən Attack adlı üsul sayəsində bu şifrələri qırmaq olduqca asan. Bir Hacker belə bir mühitdə ortalama 110. sınaqda mütləq bir şifrə qırır. 1000 nəfərlik hesab 17 dəqiqədə qırılmış olur.
İstifadəçilərin %30'u maksimum altı xanalı bir şifrə istifadə edir. Araşdırmaya görə istifadəçilərin %60'ı şifrələrində sadə hərf və ədəd istifadə edir. Buna əlavə olaraq şifrələrin təxminən yarısı adlar və ya terminlərdir.

123456 bir çox araşdırmada ən çox istifadə edilən şifrə oldu. Keçən il Hotmail ilə edilən bir araşdırmada da bu şifrə birinci çıxmışdı. Bizi təəccübləndirən digər bir şifrə, Hotmail girişi üçün «Hotmail», Gmail giriş üçün «Google» ya da «Gmail» şifrələrinin də istifadə edilməsidir.
Paylaş :