Blog: battler →  Facebook-da 20 ən uğurlu status yenilənməsi

SocialBakers tərəfindən hazırlanan və nəşr olunan cədvəldə, facebook-un ən çox bəyənilən status yenilənmələri yer alıb. Tanıdığımız texnologiya şirkətləri ilə birlikdə, siyahıda qida istehsalı ilə məşğul olan şirkətlər də, gözə çarpır. Keçən 2 ay ərzində SocialBakers tərəfindən, 1 milyondan çox izləyicisi olan bütün səhifələrdə analiz aparılıb. Və nəticədə belə bir cədvəl ortaya çıxıb. Sıyahıda ən çox Intel şirkətinin status yenilənməsi yer alır — 4 dəfə, daha sonra 3 status yenilənməsi ilə Windows şirkəti gəlir. Siyahıda futbol komandaları arasına, yegə Yuventus FK-nın statusu yer alır.
Paylaş :

Blog: battler →  Google`un "What do you love" servisi

Bugün Tvitterdə bir şəxsin «What do you love» servisi haqda paylaşdığını gördüm. Daxil oldum, test etdim. Maraqlı gəldi. Servis umumilikdə Google`un bütün servislərinin toplusudur deyərdim. Məntiq belədir: sayta daxil oluruq, textbox`a nə sevdiyimizi yazırıq. Və qarşımıza bütün Google məhsullarının verdiyi nəticələr çıxır. Məsələn, mən Azerbaijan yazdım və mənə Azerbaijan sorğusu ilə bağlı google news, google translate və digər servislər vasitəsi ilə nəticələr təqdim olunur. Bir şeyi qeyd edim, Azərbaycan və Rus şrifti dəstəklənmir. Sorğu ancaq inglis dilində olmalıdır. Google servis haqqında rəsmi açıqlamasında belə deyir: «Bir müddət öncə biz, Google`un nələr etdiyini və servislərinin nə dərəcədə faydalı olduğunu göstərmək üçün, kiçik bir servis yaratmaq istəyirirdik. Və sonda biz bu servisi yaratdıq, hansı ki, bizim bəlkə də çoxunu xəbərdar olmadığı servislərimizin faydalılığını sübüt edə bilər… ».
Paylaş :