Blog: Elliot →  Cavablar.net elektron jurnalı, say 2.


Cavablar e-jurnalının 2-ci buraxılışı işıq üzü gördü. Online rejimdə təqdim edirəm:



Yükləmək üçün bu səhifəyə keçin.
Paylaş :
  • +4
  • 25 октября 2010, 13:47
  • Elliot
  • 6+6

Blog: Elliot →  "Cavablar.net" e-jurnalı, say 1.

Bir neçə gün öncə twitter-də yazmışdım ki, bundan sonra Cavablar.net sual-cavab bazası müntəzəm olaraq e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək. Əsas məqsəd sual və cavabları daha kompakt formada təqdim etməkdir.

50 sual 50 cavabı özündə ehtiva edən ilk sayı buradan yükləyə bilərsiniz.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 16 августа 2010, 11:43
  • Elliot
  • 6+6

Blog: Elliot →  Mobil axtarışda milli hərflərdən istifadə üçün mini-həll

Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn "ən hündür zirvə" ifadəsini «en hundur zirve» yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən mini səhifə düzəltməyə qərar verdim.


Səhifənin ünvanı cavablar.net/m — dir. İstifadə qaydası sadədir. Məsələn "ən hündür zirvə" əvəzinə "e0n hu0ndu0r zirve0" yazmaq kifayətdir. Faydalanmaq istəyənlər telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.
Paylaş :

Blog: Elliot →  Web sual-cavab sistemi

Təklif və məsləhətlər üçün yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualları cavabları ilə birlikdə mərkəzləşdirilmək fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim.




( Ətraflı oxuyun )
Paylaş :