Blog: Elliot →  WordPress-də email başlıqlarını dəyişmək

wp
Wordpress CMS-i istifadə edən developerlər yəqin ki, ordakı wp_mail() funskiyasından xəbərdardırlar. Funksiyanın adı tanış gəlməsə belə gördüyü iş hamıya məlumdur. Bu funksiya vasitəsilə sistem emailləri göndərilir. Yəni yeni şərh olduqda, yazınıza şərh yazıldıqda, qeydiyyatdan keçdikdə, parolu unutduqda və.s. emailləri bu funksiya göndərir.
Bu funksiyanın header-başlıqları(Göndərənin adı, email ünvanı) Wordpress-in nüvə fayllarından birində yerləşdiyindən(konkret desək wp-includes/pluggable.php) onu redaktə etmək əlverişli deyil, çünki redaktə etsək belə Wordpress-in növbəti update-ində nüvə faylları yeniləri ilə əvəz olunacaq və əziyyət hədər gedəcək. Ona görə də bu məsələni ya pluginlə(qoşma) həll etmək lazım, ya da theme-in functions.php faylında hook filterlər(hook filter CMS-lərə aid termindir və izahı bu mövzuya aid deyil deyə üstündə dayanmayaq) yazmaq lazım. Biz 2-cini seçərək asan yolla bu problemi həll edək.


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 6 сентября 2011, 10:56
  • Elliot
  • 5+5

Xaricidil.net →  Online rus dili tədrisi - ilk mərhələ

Xaricidil.net saytı ilk fəaliyyət göstərdiyi 2 il ərzində yalnız ingilis dilini tədris edirdi. Saytın strukturu tam oturuşmalı idi ki, yeni dillərə də keçə bilək. Artıq ötən iki ildə təkamüllə formalaşan platformanın əsas etibarilə stabilləşdiyini düşünərək yeni dillər haqda düşünməyə qərar verdik. Saytda səsvermə keçirdik, yekun nəticəni də tvitlədik. Nəticəyə görə 1024 nəfərdən 50%-i saytda növbəti dil kimi məhz rus dilini arzu etdiklərini bildirdilər.
Beləliklə ilk olaraq bu yay starter-tanışlıq səviyyədə sıfırdan öyrədən 10 dərs hazırlamağa qərar verdik. 1 ay ərzində dərsləri hazırlayıb sayta yerləşdirdik və facebook səhifəmizdə bu haqda bildiriş də yazdıq:
Nəhayət Xaricidil.net saytına 2-ci dil də qədəm qoydu! Rus dili ilə ilkin tanışlıq üçün sıfırdan dərslər artıq sizin ixtiyarınızdadır. Verilmiş 10 dərsdə əlifbadan başlayaraq fonetik təhlilə qədər faydalı olacaq əsas ilkin baza təqdim olunur. Yaxın gələcəkdə isə rus dili üzrə daha yuxarı səviyyələr üzrə tam dərslər (qrammatika+test+oxu+audio və.s.) və testlər planlaşdırılır. Uğurlar.

Bu ilk mərhələ idi, yaxın gələcəkdə yuxarı səviyyələr üzrə dərslər də planlaşdırılır. Bundan əlavə bildiyiniz kimi saytda ingilis dilində virtual conversation club fəaliyyət göstərir, buna analoji olaraq rus dili üçün də Beseda adlı conversation club bölməsi açdıq ki, rus dilində cümlə qurmaq praktikası az olanlar sərbəst şəkildə bir-birlərinə dəstək olaraq biliklərini artırsınlar.
Beləliklə rus dili bölməsi ixtiyarınızdadır.
Paylaş :
  • +4
  • 24 августа 2011, 13:22
  • Elliot
  • 1+1

Blog: Elliot →  Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar «Electronic ink display» yazıb axtarış edə bilərlər.


( Ətraflı oxuyun )
Paylaş :

Wordpress →  WordPress kateqoriyalarının Google chart ilə qrafik təsviri

Bu postda kiçik bir kod parçası paylaşmaq istəyirəm, bu kod wordpress bloqunuzun kateqoriyalarını yazı sayına görə qrafik təsvir edəcək, kod parçasını statistika ilə maraqlanan istənilən şəxs öz bloqunda yerləşdirə bilər.
Kod aşağıda yazılanlardan ibarətdir:

//Author: Elvin Haci
//Author url: http://webania.net
$ch_cats = get_categories(array('orderby'=>'count','order'=>'desc') );
$sayy= count($ch_cats);
$chd=''; $chl='';
for ($i=1;$i<=$sayy;$i++)
{
$chd=$chd.','.$ch_cats[$i-1]->count;
$chl=$chl.'|'.$ch_cats[$i-1]->name.'('.$ch_cats[$i-1]->count.')';
}
$chd=substr($chd,1);
$chl=substr($chl,1);
$ch_title="Yazı sayına görə mənim bloq kateqoriyalarım"; 
$ch_size="450x200"; // Şəklin ölçüsüdür, dəyişə bilərsiniz.
echo '<img src="http://chart.googleapis.com/chart?chtt='.$ch_title.'
&cht=p3&chd=t:'.$chd.'&chs='.$ch_size.'&chl='.$chl.'">';


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Elliot →  Cavablar.net-in 1 ili.


Təxminən 1 il əvvəl Weboxu-da yeni eksperimental bir saytın, IT sual-cavab sistemi olan Cavablar.net saytının fəaliyyətə başlaması haqda yazmışdım.
Saytın ilk öncə web sahəsinə aid suallara həsr olunduğunu get-gedə bütün İT sferasını əhatə etməsini planlaşdırıldığını da qeyd etmişdim. Şərhlərdə bir sıra faydalı məsləhətlər olmuşdu, onlar da operativ şəkildə reallaşdırılmışdı. Bəzi dostlarda aznetdə sual-cavab tipli saytın baş tutacağına, uzun müddət yaşaya biləcəyinə inam az olsa da, fikrimcə Cavablar.net bunun əksini göstərə bildi və avtomatik işlək mexanizmə çevrilə bildi. Beləliklə artıq 1 il müddət keçib. Bu 1 ilə aid qısa hesabat xarakterli məlumat vermək istəyirəm.

( Ətraflı oxuyun )
Paylaş :

Xaricidil.net →  Azərbaycanda online ödəmə və ödənişli xidmətlər


Bu yazıda online ödəniş sistemi və online ödənişli xidmətlərin bizim milli internetdəki durumundan qısaca bəhs etmək istəyirəm. Əlavə fikirləri olanlar şərhlərdə mövzunu davam etdirsələr, çox yaxşı olar.
Xaricidil.net saytında 01.06.2009-01.06.2011 aralığından 34 mindən bir qədər çox, 1 ildən bir qədər çox müddətdə olan facebook səhifəsində isə 11 minə yaxın üzv var.
Saytda 1 ildən bir qədər artıqdır ki, Azericard tərəfindən təqdim olunan online ödəniş sistemi mövcuddur və istənilən istifadəçi plastik kartla online ödəmə ilə saytdakı e-pul balansını artıra bilər. Balans isə 3 istiqamətdə xərclənir. Standart istifadəçi statusunu Gold statusla əvəz edib üstünlüklər qazanmaq, testlərin düzgün cavabını əldə etmək, testlərin izahlı həllini sifariş etmək. Bu müddətdə bir neçə yüz ödəmə olmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :

Xaricidil.net →  Xaricidil.net rəsmi bloqu fəaliyyətə başladı [infoqrafika]


Xaricidil.net saytı üçün bir müddətdir ki, rəsmi bloq fikirləşirdik. Sonda müstəqil bloq açmaqdansa, Weboxu bloq sistemi daxilində kanal açmaq qərarına gəldik. Bundan sonra ara-sıra saytı özünə dair, statistik analiz, sahəmizə yaxın maraqlı mövzularda yazılar yerləşdirməyə çalışacağıq. İlk yazını təkcə salamlamadan ibarət olmasını istəmədik, ona görə də maraqlı ola biləcək statistik məlumatları da sizinlə bölüşmək istəyirik. Belə ki, dünən saytın facebook səhifəsi üçün əlamətdar gün oldu, belə ki səhifə öz 10 000-ci üzvünü qəbul etmiş oldu. Hazırda səhifədəki üzv sayı 10 129 nəfərdir. Etiraf edək ki, Aznet miqyası üçün yaxşı göstəricidir. Saytın öz üzv sayı isə 33.4 min nəfərdən bir qədər artıqdır. Buna görə də qərara aldıq ki FB səhifəmizə və saytın öz bazasına əsaslanaraq kiçik bir infoqrafika qurub ilk yazımızda oxucularla paylaşaq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Elliot →  Cavablar.net elektron jurnalı, say 3.

Cavablar e-jurnalının 3-cü buraxılışı işıq üzü gördü. Bu say vaxt məhdudiyyəti üzündən vaxtından gec hazır oldu, məhz vaxt amili üzündən görünüş baxımından tələsiklik hiss oluna bilər, üstündə ciddi iş aparılmayıb. Amma fikrimcə əsas olan məzmundur və bu sayda xeyli sayda maraqlı sualların cavabları yer alıb.



Yükləmək üçün bu səhifəyə keçin.
Paylaş :

Blog: Elliot →  Phototag Wordpress Plugini

phototag
İlk WP pluginim olan HEXAM plugininin bir qoşqu proqramı kimi özünü doğrultması(müxtəlif ölkələrdən xeyli sayda developerdən təşəkkür və yeni update üçün təkliflər aldım)  növbəti pluginləri reallaşdırmağa stimul verdi. Növbəti plugin üçün ideyalar çox olsa da ilk olaraq şəkildə obyekti tag etmək üçün vasitə olan bir plugin yazmaq qərarına gəldim(Facebook şəkillərindəki tag sisteminin oxşar variantı). Əvvəlcə mövcud pluginləri araşdırdım və bir neçə oxşar işləri görən pluginlərlə rastlaşsam da o pluginlərin yeni versiyaları dəstəkləmədiyini, qaneedici olmadıqlarını görüb bu plugini reallaşdırmağa başladım. 3 gün öncə vaxt imkanı tapıb işə başladım və dünən bitirdim.  Artıq bu gün plugini Wordpress.org-a göndərdim və dərhal qəbul edildi. Plugin artıq rəsmi Wordpress saytındadır, buyurub yükləyə bilərsiniz: Yükləmə ünvanı.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Elliot →  HEXAM - yeni Wordpress plugini


Son zamanlar wordpress platformasında daha çox işlədiyimdən öz php class-larımı, kod parçalarımı wordpress-ə keçirmək barədə qərara gəlmişdim. İnline-php kimi çox faydalı plugini(wordpress page,post daxilində php kodların işləməsini təmin edir) aktiv etməklə və theme fayllarına lazımi php kodlar yazmaqla istədiyimiz nəticəni plugin olmadan da almaq olar. Amma təbii ki Plugin məsələnin universal həll yoludur və bu zaman php ilə iş təcrübəsi olmayan developer belə yazdığımız class-ın gördüyü işdən bəhrələnə bilir. İlk plugin olaraq online test,sınaq, psixoloji test və.s. keçirmək üçün bir plugin yazmaq qərarına gəldim. Plugin HEXAM adlanır( HE-müəllifin soyadı,adı; + EXAM-imtahan :) ) və artıq Wordpress.org tərəfindən qəbul edilərək plugin bazasına əlavə olunub: wordpress.org/extend/plugins/hexam/
Plugin install etmək çox sadə bir şeydir və o haqda ətraflı yazmıram. (qısaca: Dashboard-da admin menyuda Plugins->Add plugin, axtarışda pluginin adını yazıb çıxan nəticədə İNSTALL, daha sonra Activate.)
Plugin dünən əlavə olunub hələ ki yaxşıca test edilməyib, ona görə də hansısa bug-ların olma ehtimalı var. Belə hallar üzə çıxdıqca dərhal həll ediləcək.

Yaxın zamanda istifadə etdiyim digər maraqlı həlləri plugin formasına salaraq wordpress-ə əlavə etmək fikrindəyəm.

Pluginin Wordpress.org-a əlavə edilmə prosesi ilk dəfə üçün çətin prosesdir və bu barədə də izahlı yazı yazmaq lazımdır, imkan olan kimi yazacam. Ümid edirəm ki digər php proqramçılar da bundan sonra öz universal həllərini plugin standartına keçirib wordpress-də yerləşdirər.

Indi isə gələk HEXAM pluginin istifadəsinə:


( Ətraflı oxuyun )
Paylaş :