Blog: Dilmanc →  Dilmanc onlayn lüğəti istifadəyə verilmişdir


Dilmanc layihəsinin saytında yeni Onlayn Lüğətin ilk versiyası yerləşdirilib. Bu lüğətin digər elektron lüğətlərdən fərqi odur ki, lüğətdə yalnız söz köklərinə görə deyil, həmçinin istənilən söz-forma üzrə axtarış aparmaq mümkündür. Misal üçün, lüğətə пришел sözü daxil etdikdə həmin sözün kökü olan придти sözü avtomatik tapılaraq istifadəçiyə tərcüməsi göstərilir. Bu imkan xüsusilə xarici dili bilməyən istifadəçilər üçün əhəmiyyətlidir, çünki həmin istifadəçilər üçün sözün kökünü tapıb lüğətə daxil etmək çətinlik yaradır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Dilmanc →  Dilmanc mətnin səsləndirilməsi sistemi istifadəyə verilmişdir


Dilmanc layihəsi çərçivəsində yaradılmış mətnin səsləndirilməsi sistemi (Text to Speech) dilmanc.az səhifəsində onlayn istifadəyə verilmişdir. Səhifədə Azərbaycan dilində mətn daxil edərək onun səslənməsinə qulaq asmaq mümkündür. Bundan əlavə, səslənmə faylını mp3 formatında endirmək imkanı da əlavə edilmişdir ki, bu da həmin mətnə sonradan telefonda və ya pleyerdə qulaq asmaq imkanı yaradır.

( Ətraflı oxuyun )
Paylaş :