Blog: Antonio →  Bloqerler jurnalistdirlər?!


10-12 sentyabrda (red. )Bloqsfer2010 keçirildi. Çox təəssüf edirəm ki, o tədbirdə iştirak edə bilmədim. Növbəti dəfə iştirak etməyə çalışacam. Amma, bloq və saytlardan tədbirin maraqlı keçdiyi vurğulanır. Hər bir bloqqer öz blogunda tədbir haqda öz təəsüratını yazır. Yaxşı bir addım hesab etmək olar. Osman Gündüz Bloqsfer haqda müsahibəsində “Həbsdə olan bloggerlərin problemi ifadə azadlığı problemidir”… Söhbət çox uzatmıram. Maraqlanmaq istəyənlər müsahibəni xeberler.az saytından oxuya bilərlər. Məqsədim nə Osman Gündüz nə də həbsdə olan bloggerlər haqdadır. Məqsədim bloggerlər haqqdadır. Bloqqerləri jurnalist adlandırmaq olar yoxsa yox…

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Antonio →  Mədəniyyət obyektlərinin nəyə görə saytları yoxdur??!!


Artıq XXI əsrdə yaşayırıq. Bu əsrdə mədəniyyət obyektlərinin saytlarının olmaması məncə utancvericidir. Sayt açmaq demək olar ki, pulsuzdur… Azərbaycanda fəaliyyet göstərən teatrlar öz saytlarını belə qurmaq istemirlər. Kişicik bir araşdırma apardım və doğurdan da mədəniyyət ocaqlarının saytının olmaması məni çox üzdü. azdrama.az, muzkomediya.az bu saytlar bir müddət fəaliyyət göstərirdi, ama sonda nədənsə bağlandı. Digərlərinin isə ümumiyyətlə saytları yoxdur. Opera ve Balet teatrı, Kukla teatrı, Gənc Tamaşaçılar Teatrı, Muğam Teatrı və s. (əsas bunlardır deyə, bunları qeyd etdim)

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Antonio →  Plagiatlıq davam edir


Azərbaycanda internet yeni olduğundan "özəl şirkət" rəhbərləri pullarına qənaət məqsədilə hazır saytların skriptlərini götürüb özləri üçün istifadə edirlər. Bu da onu gpstərir ki, Azərbaycan interneti hələ də oturuşmamışdır. Sizlərə bir saytın necə ustalıqla COPY PASTE olunduğunu göstərəcəm. ATLAS Yurtdışı Eğitim Danışmanlığı özü üçün əziyyət çəkib sayt yaradır. Digərləri isə bundan sui istifadə edir. ACEEC Tələbələrin xaricdə təhsil və digər proqramlar təklif edir. Məncə 300-400 manat pul vermək çox olduğundan plagiatlıq etməyə dəyməz… Nəticəni isə siz çıxarın
Paylaş :