Blog: AndroidAz →  Android üçün Ubuntu – Bu artıq realdır!


Bu xəbər, əsasən Ubuntu və Android sevənlər üçün gözəl xəbərdir. Ən məşhur əməliyyat sistemlərindən olan Linux’un işlənib hazırlanması ilə məşğul olan Canonical şirkəti – Ubuntu’nu Android smartphone’larına yazmaq istəyirlər. Dünən ictimaiyyətə Android üçün Ubuntu adlı yeni paket təqdim edildi. Şirkət qısaca olaraq, bu haqda bugün danışıb və ümumi olaraq, MWC 2012 sərgisində daha geniş təqdim olunacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Angry Birds Space gəlir!


Angry Birds – Bu oyun hər kəsə məlumdur. Bu oyunun bir neçə versiyası vardır: Angry Birds, Angry Birds Seansons, Angry Birds Rio. Bugün, Rovio şirkəti, Novruz bayramı ərəfəsi-22 martda təqdim edəcəyi, Angry Birds seriyasından olan yeni oyunun video çarxını yayımladı.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android 4.0 1%-i keçdi!


Android əməliyyat sisteminin ən son versiyası olan Android 4.0 Ice Cream Sandwich get-gedə yayılmağa davam edir. Amma, göründüyü kimi, hələ artmaq üçün qarşısında uzun bir yol var. Hal-hazırda ən çox diqqəti çəkən, ən aktual versiya olan Android 4.0 hələ gözlənilən yerə çata bilməyib. Cihazların bu versiyaya yenilənməsindən sonra, bu versiya, diaqramda artıq xırda hissə ilə yox, yavaş-yavaş böyük hissə olacağını inanırıq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Samsung yeni Galaxy Tab 2 (7.0) modelini təqdim etdi!


Cənubi Koreya şirkəti Samsung Electronics 7 inçlik ekranla təchiz edilmiş və Android 4.0 (Ice Cream Sandwich) əməliyyat sistemi ilə işləyən Samsung Galaxy Tab 2 (7.0) yeni planşetini təqdim etdi. İki il bundan əvvəl Samsung Galaxy Tab’ın birinci planşetini təqdim etmişdir. O vaxtdan şirkət planşetləri müxtəlif korpuslarda, dizaynda istehsal edir. Samsung Electronics şirkətinin IT & Mobile Communications bölməsinin prezidenti JK Shin bildirmişdir ki; “Samsung Galaxy Tab 2 istifadəçilərə çox gözəl multimedia və rabitə imkanlarını verəcək”.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android vs iOS


Bu sualları demək olar, bircə dəfə də olsa, hər kəs düşünüb, zənnimcə. Niyə məhz Android? Android’in özəlliyi nədir? iPhone telefonlarından fərqi nədir kimi suallar həmişə verilib. Hər nə qədər cavablar verilsə də, iPhone sevənlər haqqı təkzib ediblər. İndi isə, Android və iOS arasında olan fərqi nəzərinizə çatdıracam.

Xüsusilə hansı platformanın seçəcəyinizə görə, aşağıdakıları diqqətlə oxuyun. Android istifadə edənlər, bunları yaxşı bilsə də, təkrarlamaq hərdən lazım gəlir :)

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  2012-ci ildə 500 milyondan çox smartphone 100$-dan az olacaq!


Mobil texnologiyalar həvəskarları növbəti ayda keçirələcək, Mobile World Congress sərgisinə hazırlanırlar ki, yeni smartphone'lara öz diqqətini yönəltsinlər. Deyilənə görə, 2012-ci ildə smartphone'lar öz məşhurluğunun pik səviyyəsinə qalxacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android Gingerbread - 50%


Google şirkəti, hər ay Android versiyalarının hansı mövqedə olduğu barədə hesabatları dərc edir. Bu hesabatda əsasən, hər versiyanın faiz miqdarları dərc olunub. Google, Android Gingerbread versiyasının (2.3.3-2.3.7) artıq ikinci yarımildə 50% olduğunu təsdiqləyib.

Artıq, bütün android smartphone'ların demək olar ki yarısı bu əməliyyat sistemində işləyir. İkinci yerdə isə Froyo tutur və Android Market'də 35.3%-lik paya malikdir. Qeyd edək ki, Froyo özünə düşən bazar payında hisəssini itirməyə davam edir, çünki, bu sistemdə olan bir çox ağıllı telefonlar, artıq Gingerbread'də işləyirlər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  USB Tethering və Wi-Fi HotSpot istifadə qaydası


Android telefonlarında olan USB TetheringWi-Fi HotSpot xüsusiyyətləri ilə telefonunuzu kabelli və ya kabelsiz modem kimi istifadə edərək internetə daxil ola bilərsiniz. Hal-hazırda bütün operatorlarda, 3G dəstəklədiyindən bu yazımız, sizin üçün maraqlı olacağını ehtimal edirik. Bu yazımızda USB Tethering və Wi-Fi HotSpot'un istifadəsi ilə əlaqədar detallı məlumat verəcəyik…

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android 4.0 200% browseri sürətləndirir!


Android 4.0 Ice Cream Sandwich'in gəlməsi, əsasən bir çox yenilikləri ilə cəlb edir. Androidin yeni versiyasında Google developerləri browser'in optimallaşdırılmaları üzərində əla işləyiblər.

Google'un mobil əməliyyat sisteminin browser'i WebKit «mühərriki» əsasında hazırlanmışdır. Bu «mühərrik» müasir mobil əməliyyat sistemlərinin əksəriyyətinin browser'lərində istifadə olunur. IOS, Android, WebOS, MeeGoBada. Bundan başqa WebKit Google Chrome və Apple Safari'dən başqa, «stolüstü» browser'lərdə qismən istifadə olunur. Təəccüblüdür ki, bu uğurlu «mühərrik», şəbəkə imkanı ilə hətta müasir televizorlarda da istifadə olunur.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android:Dünya smartphone bazarının yarısı


Mobil elektronika bazarının öz analitik tədqiqatlarıyla məşhur olan Gartner şirkəti, öz hesabatında bildirir ki, Google Androidin payı üçüncü rübdə 52.5% göstəriciyə nail oldu.

( Ətraflı oxuyun )
Paylaş :