Blog: Amidos →  “MultiLingual Keyboard” – Android üçün çoxdilli klaviatura (Yeni versiya)

Android üçün çoxdilli klaviaturamızın yeni versiyası hazırdır. Yeni versiyanı çox bəyənəcəyinizə əminəm çünki bu versiyanı bütün Android cihazları (telefon vəya Tablet) dəstəkləyir, yeni dil seçimləri əlavə edilib və daxilində azərbaycan dili üçün lüğət mövcuddur hansi ki, sizə yazarkən söz seçimləri verərək yazmanı daha da rahatlaşdıracaqdır. Bütün cihazlar dəstəkləyir deyərək 100% söz vermirəm amma test etdiyimiz cihazların hamısında uğurla sınaqdan keçdi.


( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 20 декабря 2011, 10:38
  • Amidos
  • 1+1

Azercell →  Artıq @Azercell 3G-yə keçdi. #3gmax


Bu yaxınlarda axir ki, Azercell-in 3G lisenziya alması barədə yazmışdıq. Bu yazıdan sonra yaranan ilk sual «Bəs 3G xidməti nə vaxt aktiv olacaq?» olmuşdu. Bu gün bu suala Azercell cavab verdi.

Artıq hər bir Azercell abonenti 3G yazıb 2525-ə göndərərək xidməti öz telefonunda aktivləşdirə bilər. Azercell 3G-nin əsəs üstünlüyü onun əhatə dairəsidir. Şəkildən göründüyü kimi demək olar ki, Azərbaycanın bütün şəhərlərini əhatə edir.

( Ətraflı oxuyun )
Paylaş :

AzerDict →  AzerDict iOS Tətbiqi

AzerDict lüğətinin iPhone versiyasi artıq hazırdır. Görünüşü və funksionallığı demək olar ki, Android versiyası ilə eynidir. Yani applicationda Azərbaycan-English və əksinə tərcümə bölümü və sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölümü mövcuddur. Applicationun necə işlədiyini görmək üçün aşağıdakı videoya baxın.



( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 30 сентября 2011, 11:36
  • Amidos
  • 5+5

AzerDict →  AzerDict Android tətbiqi


Yerli layihələrimizi dəstəkləməyə davam edirik. Növbəti addımımız AzerDict Android tətbiqidir. AzerDict-in nə olduğunu hələ də bilməyənlər üçün qısaca deyim ki, AzerDict Azerbaycanca-İngiliscə-Rusca lüğət saytıdır. Eyni zamanda saytda Azərbaycanca sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölməsi də var. Hal-hazırda rusca lügət Beta olduğuna görə Android tətbiqində Azərbaycanca-İngiliscə lüğət və Orfoqrafiya bölməsisi hazırlamağı qərara aldıq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Amidos →  “Multik” Android üçün çoxdilli klaviatura.

İki həftə öncə Şaiq ilə Android haqqında qısa söhbətdən sonra Azəri Keyboard yazmaq fikrinə düşdüm. Android SDK-nı araşdırdıqdan sonra keyboard yazmağın mümkün olduğunu gördüm. Androidin saytında developerlər üçün faydalı nümünələr var. Keyboard yazmaq istəyənlər bu nümünəyə mütləq baxsınlar. Bu nümunə mənə çöx kömək etdi.

Qısa zamanda tək azəri dilində olan keyboardı düzəltdim. Amma Androidin sistem fontu DroidSans "Ə" hərfini dəstəkləmədiyi üçün bu hərf nə klaviaturada nədə yazı yerlərində düzgün görsənmirdi. Ona görə də bu versiyanı paylaşmağa tələsmədim və bu yolda araşdırma apardım. "Ə" problemi və həll yolları haqqında ən sonda yazacam. Hələlik isə gələk əsas məsələyə…

«Multik» — Multi Language Keyboard deməkdir. Yani çox dilli klaviatura. Bu versiyada qərara aldım ki, tək Azəri hərfləri olan klaviatura istifadəçi üçün faydalı olmayacaq. Azəri istifadəçisinə belə, tez tez ingilis hərfləri və rus hərfləri lazım olur. Ona görə cox dilli klaviatura hazırlamaq daha məqsədə uyğundur. Bu versiyaya Azərbaycan, İngilis və Rus dilləri daxildir.

Applicationu yüklədikdən sonra Settings/Language&keyboard -a girin. Oradan «Multik»-i aktiv edin. Istəsəniz «Multik Settings»-ə girib mövcud parametrləri dəyişə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Amidos →  iPhone 4 satışa çıxır [foto] [video]

Yəqin ki, çoxlarınız mənim kimi neçə aydır bu xəbəri gözləyirsiniz. Artıq Apple Inc rəsmi olaraq iPhone 4-ün satış tarixini elan edib. Yeni iPhone-u 24 iyun tarixində Apple Storelerdən ve internetdən almaq mümkün olacaq amma artıq 15 iyundan sifariş verme imkanı da olacaq. Dizayndatexniki spesifikasiyada və əlbəttə funksionallıqda nəzərə çarpan dəyişikliklər və yeniliklər edilib. Bir sözlə yeni Apple əsəri!!!



( Ətraflı oxuyun )
Paylaş :

Blog: Amidos →  MilliNet saytına injection cəhdləri.

Müsabiqə başlayan gündən saytda kiçik log sistemi quraşdırdım. Mənim üçün maraqlı idi sayta nə cür hücumlar ediləcək vəya belə deyək, ümumiyyətlə ediləcək mi? Log sistemi əsasən linki yoxlayır və link vasitəsi ilə mudaxilə (injection) cəhdlərini qeydə alır.

22 Oktyabrdan etibarən demək olar ki, hər gün sayta xirda müdaxilə cəhdləri edilirdi. Bəziləri linkdəki dəyişənlərə (variable) boşluq qoyurdu, bəziləri hər hansı bir simvolu. Bütün bunlar o qədər də maraqlı deyildi.


( Ətraflı oxuyun )
Paylaş :