Blog: texnoshop →  Köhnə kompyuteri gətir, yenisini apar!

Kompyuteriniz artıq günün tələblərinə cavab vermir və yenisini almaq fikrindəsinizsə
Texnoshop tərəfindən təqdim edilən F5 kampaniyası tam ürəyinizcə olacaq!


Köhnə komyuterinizi bizim ünvanımıza gətirin, mütəxəssislərimiz tərəfindən fiziki durumuna və parametrlərinə əsasən qiymətləndirilsin.

İstədiyiniz yeni kompyuteri seçin və
Şəxsiyyət vəsiqəsi ilə
ilkin ödənişsiz,
24 ay müddətinə kreditlə kompyuterinizə sahib olun!

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android üçün Ubuntu – Bu artıq realdır!


Bu xəbər, əsasən Ubuntu və Android sevənlər üçün gözəl xəbərdir. Ən məşhur əməliyyat sistemlərindən olan Linux’un işlənib hazırlanması ilə məşğul olan Canonical şirkəti – Ubuntu’nu Android smartphone’larına yazmaq istəyirlər. Dünən ictimaiyyətə Android üçün Ubuntu adlı yeni paket təqdim edildi. Şirkət qısaca olaraq, bu haqda bugün danışıb və ümumi olaraq, MWC 2012 sərgisində daha geniş təqdim olunacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: hatams →  Sizə əməliyyat sisteminizin neçə saniyəyə yükləndiyi maraqlıdır?


Məncə əməliyyat sisteminin neçə saniyəyə yüklənməsini öyrənmək hər bir istifadə üçün maraqlı olar. Bunun üçün əlavə proqramlardan istifadə edə bilərsiz, amma mən əməliyyət sistemini əlavə proqramlarla yükləməyi məsləhət görmürəm və bunu Windows 7-nin daxili imkanları ilə edilməsini göstərmək istəyirəm.

Windows 7 əməliyyat sistemində yüklənmə vaxtını dəqiq öyrənmək çox asandır və bunun üçün aşağıdakiları etmək lazımdır.


1.Əvvəlcə klaviaturanızda «WIN + R» düymələrini basın. Açılacaq pencərəyə eventvwr daxil edin və «ok»-ə basın.



( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Angry Birds Space gəlir!


Angry Birds – Bu oyun hər kəsə məlumdur. Bu oyunun bir neçə versiyası vardır: Angry Birds, Angry Birds Seansons, Angry Birds Rio. Bugün, Rovio şirkəti, Novruz bayramı ərəfəsi-22 martda təqdim edəcəyi, Angry Birds seriyasından olan yeni oyunun video çarxını yayımladı.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android 4.0 1%-i keçdi!


Android əməliyyat sisteminin ən son versiyası olan Android 4.0 Ice Cream Sandwich get-gedə yayılmağa davam edir. Amma, göründüyü kimi, hələ artmaq üçün qarşısında uzun bir yol var. Hal-hazırda ən çox diqqəti çəkən, ən aktual versiya olan Android 4.0 hələ gözlənilən yerə çata bilməyib. Cihazların bu versiyaya yenilənməsindən sonra, bu versiya, diaqramda artıq xırda hissə ilə yox, yavaş-yavaş böyük hissə olacağını inanırıq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: hatams →  Talk O'clock sistemi haqda.

Bu gün çox maraqlı bir xidmət haqqında xəbər aldım və dərhal qərara gəldim ki, bu haqqda yazım. Bu "Talk O'clock" xidmətidir.



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 16 февраля 2012, 12:38
  • hatams
  • 8+8

Blog: hatams →  Windows 7 əməliyyat sistemində "Send to" menyusunun dəyişdirilməsi.

«Send to» menyusundan tez-tez istifadə edirsizsə, bu yazı sizin üçün faydalı ola bilər. Tez-tez istifadə etdiyiniz qovluqlar varsa onda onların birini, ya da ki, bir neçəsini «Send to» siyahısına əlavə edə bilərsiz. Gəlin başlayaq.

İstədiyinziz faylın üstündə sağ düyməni basıb «Send to» menyusuna keçəndə belə bir siyahı açılır. İndi biz bu siyahıya bir qovluq əlavə edəcəyik.




( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  Azərbaycan dilində WP pluginlər – WP-PageNavi 2.82

Blogun Səhifələnməsi haqqında.

Blogda məqalələrin sayı çoxaldıqca bütün məqalələri Ana Səhifəyə yerləşdirmək məqsədəuyğun deyildir. Belə ki, Ana Səhifədə məqalələrin sayı nə qədər çox olarsa, məlumatlar bazasına sorğuların sayı da çoxalacaqdır ki, bu da internet sürəti zəif olan ziyarətçilərin hövsələdən çıxaraq blogunuza bir daha qayıtmama halı yarada bilər. Bunun üçün məqalələrin ümumi sayını müəyyən statik hissəyə bölüb, bu saydan sonra növbəti səhifəyə keçid vermək çox əlverişlidir. Məsələn: ilk 5 məqaləni birinci səhifədə, sonrakı 5 məqaləni isə ikinci səhifədə və ilaxır. Bunu avtomatik etmək üçün WordPress Admin Panelində Settings->Reading bölməsinə daxil olub, Blog pages show at most -> 5 seçmək olar ki, hər 5 məqalə növbəti səhifəyə keçid vasitəsilə yerləşdirilsin. Keçid vasitəsiylə məqalələrin hər səhifədə eyni sayda yerləşdirilməsi, yəni səhifələnmə (pagination) bir çox WordPress temalarda çox primitiv formada olur. İstifadəçi üçün səhifələnməni daha funksional etmək üçün WP-PageNavi adlı mükəmməl bir plugin mövcuddur. Bu plugin tərəfimdən Azərbaycan dilinə tərcümə olunmuşdur. İlk öncə onu qeyd edim ki, WP pluginlərinin Azərbaycan dilində görüntülənməsi üçün WordPressin təməl papkasındakı wp-config.php faylında:

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Samsung yeni Galaxy Tab 2 (7.0) modelini təqdim etdi!


Cənubi Koreya şirkəti Samsung Electronics 7 inçlik ekranla təchiz edilmiş və Android 4.0 (Ice Cream Sandwich) əməliyyat sistemi ilə işləyən Samsung Galaxy Tab 2 (7.0) yeni planşetini təqdim etdi. İki il bundan əvvəl Samsung Galaxy Tab’ın birinci planşetini təqdim etmişdir. O vaxtdan şirkət planşetləri müxtəlif korpuslarda, dizaynda istehsal edir. Samsung Electronics şirkətinin IT & Mobile Communications bölməsinin prezidenti JK Shin bildirmişdir ki; “Samsung Galaxy Tab 2 istifadəçilərə çox gözəl multimedia və rabitə imkanlarını verəcək”.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Dilmanc →  Dilmanc onlayn lüğəti istifadəyə verilmişdir


Dilmanc layihəsinin saytında yeni Onlayn Lüğətin ilk versiyası yerləşdirilib. Bu lüğətin digər elektron lüğətlərdən fərqi odur ki, lüğətdə yalnız söz köklərinə görə deyil, həmçinin istənilən söz-forma üzrə axtarış aparmaq mümkündür. Misal üçün, lüğətə пришел sözü daxil etdikdə həmin sözün kökü olan придти sözü avtomatik tapılaraq istifadəçiyə tərcüməsi göstərilir. Bu imkan xüsusilə xarici dili bilməyən istifadəçilər üçün əhəmiyyətlidir, çünki həmin istifadəçilər üçün sözün kökünü tapıb lüğətə daxil etmək çətinlik yaradır.

( Ətraflı oxuyun )
Paylaş :