Yazı-Pozu → Windows 7 bəzi ”hoqqalar” (tricks :)

Microsoftun son əməliyyat sistemi Windows 7 Vistadan fərqli olaraq həqiqətən də çox uğurlu alınıb məncə.
Bu yazıda Windows 7-dəki bəzi hoqqaları sizinlə paylaşacağam.
1. Resource Monitor — Task Manager-in üstün versiyasıdır. CPU, Memory, Disk və s. haqqında çox ətraflı məlumat verir.
START-a daxil olun, "Search Programs and files" RESMON yazıb ENTERi basın.

2. God Mode(əstağfurullah amma bu adı mən fikirləşməmişəm :)) — Control Panel sizə can sıxıcı və qəliz görünürsə hər şeyi bir qovluğun içindən idarə etmək istəyirsinizsə, bu tam sizə görə bir şeydir.
Hər hansı bir qovluq açın və adını bu cür qoyun. everything.{ED7BA470-8E54-465E-825C-99712043E01C} adı bu cür yazdıqdan sonra Enteri basın. QOvluğun Adı Everything olaraq görünəcək. Bircə qaldı o qovluğa daxil olmaq :)

3. Win + TAB — Bu effekti izah etmək üçün ha söz axtardım tapammadım )))
4. Win + UP(klaviaturadakı yuxarı ox) — Pəncərəni «maximaze» edir.
5. Win + Down — (klaviaturadakı yuxarı ox) — Pəncərəni «minimaze» edir.
6. Win + Left — Pəncərəni sol küncə yapışdırır.
7. Win + Right — Pəncərəni Sğ küncə yapışdırır.
8. Win + T — Taskbar-dakı proqram və qovluqlar arasında keçid edir.
9. Win + P — Əgər Proyektor və ya iki monitor istifadə edirsizsə, bu qısa yol işinizə yarayacaq.
10. Win + + Bu qısa yol ilə «lupa» ilə desktopu böyüdə
11. Win + - Bu qısa yol ilə isə böyütdükdən sonra əks əməliyyat edir.
Ardı var :)




Şərhlər (8)
RSS yığmaq / açmaqShaig
Panda
Sadig
Panda
raminorucov
Panda
MRenat
Məndə də default rusca idi, ingiliscəni yüklədim. Amma kompu söndürəndə və ya yandıranda rusca sözlər yazılır, baxmayaraq ingilis dilini seçişəm. =)
kiber