Reytinq
0.00
səsıər:
0
avatar

Yazı-Pozu  



Yazı-Pozu →  Azərbaycan şriftləri və @font-face barədə


Bu yaxınlarda bir layihədə işləyərkən font (yəni şrift) anlayışı ilə ətraflı maraqlanmalı oldum. Topladığım qeydləri və informasiyaları burada səliqəli şəkildə qeyd edirəm ki, hamılıqla çatışmamazlıqları qeyd edək və yeni nəsə öyrənək. Yazı biraz uzun alına bilər amma çalışacam yararlı informasiyalar olsun, söz yığını yox. (çünki bu post bir növ özüm üçün də qeyd xarakteri daşıyır)

Məndən tələb olunan Azərbaycan şriftlərini dəstəkləməyən bir şrifti dilimiz üçün istifadəyə yararlı hala gətirmək idi. İlk olaraq köməyimə Weboxuda`kı “Şriftlərdə çatışmayan "Ə" hərfinin düzəldilməsi” yazısı çatdı. Amma mən yazıdakından fərqli olaraq təkcə Ə hərfini yox bütün Azərbaycan şriftlərin əlavə etməli idim. Ona görə biraz daha araşdırma aparmalı oldum. Belə aydın oldu ki, dilimizin çətin dəstəklənən simvolları, “Unicode işarələr siyahısı”da (List of Unicode characters) Latin-1 (Ç-00C7 / ç-00E7, Ö-00D6 / ö-00F6, Ü-00DC / ü-00FC), Latin Extended A (Ğ-011E / ğ-011F, Ş-015E / ş-015F, İ-0130, ı-0131), Latin extended-B (Ə-018F)IPA Extensions (ə-0259) bölmələrində (kodları ilə) sinifləndiriliblər.

Tipoqrafiya ümumiyyətlə çox geniş və dərin anlayışdı. Öz fontunuzu yaratmaq üçün araşdırıb internetdə əkrəsən ingiliscə çox maraqlı və faydalı məlumatlar tapa bilərsiniz. Məktəblər, cərəyanlar, konsepsiyalar filan araşdırılıb öyrənilməsi gərəkən bir çox amillər var.
Amma mən mövcud font`a Azərbaycan şriftlərin əlavə etməli idim. Yazıda qeyd edildiyi kimi mən şrifti “redaktə” üçün Fontlab programını seçdim. Problem ondan ibarət idi ki, şrift o qədər də sadə formaya malik deyildi və Fontlabın imkanları mənə bir qədər məhdud göründü istədiyim nəticəni ala bilməyim üçün.


( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Affilate Marketing nədir?


Affilate Marketing Azərbaycan dilində tərcümədə Satış ortaqlığı mənasını verir. Əslində bu sistem dünyada ən köhnə işlərdən biri sayılır.Yəni bir başqa insanın məhsulunu satarsınız və bunun qarşılığında komisyonunuzu alarsınız.Beləliklə Affilate Marketing bu işin internet üzərindən aparılmasına deyilir.

( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Twitter-dən statusların import-u


Twitter artıq Rus və Türk dillərini dəstəkləməyə başlayandan sonra fikirləşirəm ki, istifadəçilər çoxalacaq. Bundan sonra da Twitter-in saytlara import eləmək ehtiyacı arta bilər.
Mən də bunun həlli yollarından biri haqqında qeyd edirəm ki, sonra özümün də yadımdan çıxanda xatırlamaq üçün nəzər salım.

( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Massivlər


Tez ya da gec hər bir proqramçı massiv deyilən bir anlayışla qarşılaşır. Massivi geniştərkibli dəyişən kimi başa düşmək olar. Massivlər array() konstruksiyası ilə müəyyən olunur. Mötərizə daxilində onun qiymətləri yazılır.

( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Galaxy S-in Kies-ə qoşulma problemi


Yəqinki, Galaxy S istifadəçilərinin Kies proqramından xəbərləri var. Bu Samsungun proqramıdır və telefonla PC arasında rahat əlaqə saxlamaq üçün istifadə edilən bir proqramdır. Düzdür elə-belədə telefonu kompüterə qoşmaq olur. Bu proqram vasitəsilə backuplar götürmək, əməliyyat sistemini update etmək və s. kimi vacib əməliyyatları yerinə yetirmək mümkündür. Galaxy S-in üzərində gələn Android versiyası 2.1 Eclair-di. Onu Froyoya update isə mümkündür. Amma əvvəl gərək Kiesə qoşulaq. Bu zaman da error verirdi. Qəti şəkildə qoşulmurdu. Videoda görülən problem yaranırdı.

( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Koderlər üçün qısa məsləhətlər

Mənim bu yazını yazmağıma əsas səbəb bu yaxınlarda Cavablar.net`də ünvanlanan bir sual oldu. Həmin sualda problemin əsas məğzi tam qeyd olunmadığı üçün qısaca məlumat verdim və düşündüm ki, bu barədə özüm üçün etdiyim qeydləri paylaşmaq işə yaraya bilər. Demək olarki indi etdiyim qeydləri daha səliqəli şəkildə bura yazacam. Yazı uzun alınsa da çalışacam yararlı məlumatlar verim.



( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Android üçün browserlər

Android üçün müxtəlif browserlər var. Hərəsinin də özünə görə xüsusiyyəti var. Onlar haqqında ümumi yazmaq istəyirəm. 4 browseri sınadım və nəticələri, xüsusiyyətləri haqqında bir az cızma-qara edirəm.
İlk olaraq əlbəttə Androidin öz default browserindən başlayım. Saytları açmaq sürəti yaxşıdır. Səhifələri olduğu kimi göstərir. Ümumi götürdükdə əgər internet bağlantısında problem və limit yoxdursa istifadə etmək olar. 4 browseri eyni vaxtda açdım, eyni sayta daxil oldum, 21 MB RAM-dan yeyirdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 4 октября 2010, 00:49
  • Shaig
  • 8+8

Yazı-Pozu →  Facebook Page-i üçün xüsusi tab

Facebook artıq günümüzdə bir çox digər sosial hadisələrlə birgə marketinq üçün də aktiv istifadə edilən bir alətə çevrilib. Azərbaycandan da böyük şirkət və markalar bundan məharətlə istifadə edirlər. Məsələn Azercell, Unibank, Nexus.
Bu marketinq və PR vasitəsini isə bəzi şirkətlər öz istəklərinə uyğun dəyişdirirlər. Məsələn: Porsche, Starbucks, Coca-Cola.
Bunun üçün əsas olaraq Facebook-un FBML adlanan sistemindən sıx istifadə etmək lazım olur. Yüngül olaraq bir balaca yoxladıq və alındığını gördük. Əvvəl daha geniş ekran genişliyi və imkanı var idi. Ancaq avqustun 23-dən etibarən Facebook bir sıra məhdudiyyətlər gətirib. Buna baxmayaraq yenə də səhifəni istəyə uyğun müəyyən qədər dəyişmək mümkündür.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 4 сентября 2010, 00:18
  • Shaig
  • 7+7

Yazı-Pozu →  PHP browser detect

Bu gün browser detect üçün bəzi məlumatlar lazım oldu. Söhbət Mobile-dan gedir. Normalda HTTP_USER_AGENT ilə bunu etmək mümkündür. Sadəcə browser-lərin parametləri lazım olur. Ona görə dedim ki, bir yerə qeyd edim, sonra yenə lazım olar. Az browserdə test elədim, lazım olan nəticəni verdi.

( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Windows 7 bəzi ”hoqqalar” (tricks :)


Microsoftun son əməliyyat sistemi Windows 7 Vistadan fərqli olaraq həqiqətən də çox uğurlu alınıb məncə.

Bu yazıda Windows 7-dəki bəzi hoqqaları sizinlə paylaşacağam.


( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 3 апреля 2010, 10:56
  • Panda
  • 8+8