Reytinq
0.00
səsıər:
0
avatar

Wikipedia  



Wikipedia →  Vikipediyada yazmaq istəyənlər üçün: Tez-tez verilən suallara cavablar


WebOxu-nun daimi oxucuları yəqin bir neçə gün öncə Vikipediya haqqında yazdığım məqaləni xatırlayırlar. Həmin yazıdan sonra Vikipediyada yazmaq istəyənlərin və buna maraq göstərənlərin əslində çox olmasını hiss etməyə başladım. Ona görə də mənə ən çox verilən suallara yazdığım qısa cavablarə və müvafiq keçidləri təqdim edirəm:

* Vikipediyada yazmaq üçün məndən nə tələb olunur? Bu suala sayt özü cavab verir: Yazmaq istəyirsənsə, cəsur ol!

* Vikipediyada yazı yazmaq istəyirəm, amma daha əvvəl bunu etməmişəm, nədən başlayım? Vikipediya bu məqsədlə Yeni istifadəçilərə kömək səhifəsi hazırlayıb.

* Yazdığım məqaləni və ya başqalarının yazdıqlarını necə redaktə edə bilərəm? Vikipediyada Məqalələrin redaktə qaydaları ilə tanış olduqda görürük ki, bu olduqca asandı və adi mətn yazmaq qədər sadədi.

( Ətraflı oxuyun )
Paylaş :

Wikipedia →  Texnologiya və Vikipediyamız


Yəqin ki, hamımızın Vikipediya (www.wikipedia.org) resursundan xəbərimiz var, ondan yəqin ki, faydalanmayan insan yoxdur. Xüsusən onun ingilis dilli versiyası daha populyardır və müşahidələr göstərir ki, Google-da ingiliscə hər hansı sözü və ya ifadəni axtararkən nəticələrdə Vikipediyanı ilk yerlərdə görmək adi hala çevrilib. Bu versiyada ən adi anlayış və gündəlik əşyalardan tutmuş (məsələn, orada «Qələm» üçün ayrıca geniş məqalə var) ən son elmi anlayışlara qədər bütün növ suallara cavab tapmaq mümkündür. Ona görə də xarici ölkələrdə təhsil alan tələbələr, ziyalılar və adi şəxslər bir çox suallara cavab tapmaq üçün Vikipediyaya müraciət edirlər. Vikipediya açıq resurs olduğu üçün orda istənilən şəxs əlavə və dəyişikliklər etmək imkanına malikdir. Buna görə də bəzən iddia olunur ki, bu orada yanlış informasiyaların yer almasına səbəb olur. Lakin qeyd etməliyik ki, orda yerləşdirilən bütün məlumatlar etibarlı mənbələrə istinad göstərilərək yerləşdirilir, statistikalar, yerləşdirilmiş məlumatlar dəyişdikcə istifadəçilər tərəfindən yenilənir, beləcə orda olan səhvlərin sayı minimuma enir. Artıq 2005-ci ildə araşdırmalar göstərdi ki, bu açıq ensiklopediya təxminən «Britannica» qədər dəqiqdir.

( Ətraflı oxuyun )
Paylaş :