Weboxu →  Weboxu 2011 istifadəçi seçimlərininə namizədlər seçək


İlin sonuna doğru yaxınlaşırıq. Yəqin ki, bu ərəfələrdə blogumuzda ilin yekunları ilə bağlı müxtəlif statistik məlumatlar yazılacaq. Ötən il bu məlumatlarla yanaşı, blogumuz və oxucularımızla birgə biz də öz məlumatlarımızı hazırlamaq qərarına gəlmişdik. Nəticədə «Weboxu istifadəçi seçimləri» deyə bir konsepsiyamız yarandı. Bu konsepsiyanı davamlı etmək qərarına gəldik. Yəqin ki, hər il bunu daha da inkişaf elətdirərik. Hətta bu il üçün nələr edəcəyimizi düşündükcə, maraqlı ideyalar ağlımıza gəlir. Ancaq vaxtı nəzərə alanda onları gələn ilə saxlamaq qərarına gəlirik.
Bu il «Weboxu 2011 istifadəçi seçimləri» üçün oxucularımızın da öz namizədlərini yazmağını qərara aldıq. Bu post altında siz düşündüyünüz namizədləri əgər istəsəniz şərhlər vasitəsi ilə irəli sürürsünüz. Seçimlər haqqında ətraflı məlumatlı olmaq üçün ötən ilki yazıları oxuya bilərsiniz — #1 #2. İstifadəçi seçimləri üçün hələki ötən il olan kateqoriyalarlı fikirləşirik — «Start-uplar», «Tədbirlər», «Yeniliklər» və «Tətbiqlər». Bu kateqoriyalarda oxucularımız sırf 2011-ci ildə açılmış saytları, olan yenilikləri, keçirilən tədbirləri və yazılmış tətbiqləri seçim siyahısına salmaq üçün tövsiyyə edə bilər. Nəzərə alınmalıdır ki, bütün tövsiyyələr ancaq 2011-ci ildə baş verənlər və ancaq yerli resurslar üçün keçərlidir.

«Weboxu 2011 istifadəçi seçimləri» siyahısı necə tərtib olunacaq?
Biz artıq kateqoriyalar üçün bəzi namizədləri nəzərdə tutmuşuq. Bunları əlavə edəcəyik. İstifadəçilərimizin tövsiyyələrini də nəzərə alacağıq və təhlildən sonra, uyğun gördüklərimizi siyahıya əlavə edəcəyik. Tövsiyyələr arasından seçimlər isə ola bilsin bir qədər subyektiv aparılsın. Ancaq bu blogumuzun öz yayım siyasətinə bağlı olaraq aparılacaq. Məsələn tövsiyyə edilən sayt sadəcə bir xəbər saytı, ya da bir əyləncə saytıdırsa biz bunu nəzərə almayacağıq. Tövsiyyə edilənlər, digər resurslardan özünəməxsusluğu ilə müsbət mənada seçilməlidir.
Digər tövsiyyə olunanlar haqqında post yazılıbsa və bu əsas səhifəyə çıxıbsa, seçimdə müsbət rol oynayacaq.

Seçim siyahısı Yeni ildə yayımlanacaq. Tövsiyyələri isə dekabr ayının 30-a qədər qəbul etməyi planlayırıq.

«Start-uplar»
2011-ci ildə açılmış saytları tövsiyyə edin.

«Tədbirlər»
Cari ildə keçirilən İT tədbirlər, yarışmalar və s. Düzü bu siyahının o qədər də uzun olmadığını düşünürəm. Ona görə məncə tövsiyyə edəcəkləriniz artıq nəzərdə tutulanlardır. Ancaq yenə də təəccüblənməyə hazırıq.

«Yeniliklər»
Bu kateqoriya altında 2011-ci ildə texnologiya sahəsində edilən yenilikləri tövsiyyə edə bilərsiniz. Məsələn hansı yeni cihaz çıxdı, hansı şirkət yeni texnologiya tətbiq elədi, hansı sayt gözlənilməz bir xidmətini istifadəyə verdi və s. Nümunə üçün ötən ilə baxa bilərsiniz.

«Tətbiqlər»
Buraya cari ildə yazılmış müxtəlif tətbiqlər daxildir. Bu müxtəlif platformalar üçün ola bilər. Məsələn mobil əməliyyat sistemləri üçün yazılmış — iOS və Android application-lar. Facebook app-ları və ya Wordpress üçün pluginlər.
Paylaş :
  • +1
  • 22 декабря 2011, 03:50
  • Shaig

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.