Ultra →  Belarus-Azərbaycan İKT forum


Bu barədə artıq çoxlarınızın xəbəri var. İstər mətbuatda öz əksini tapan press-relizlərdən, istərsə də WebOxu`dan. Dünən bir qədər qəribə və hərəkətli bir gün keçdi. Bütün Bakı elektrik enerjisindən məhrum olduğu anda, Belarus və Azərbaycan tərəfi İKT-ni biryerdə inkişaf etdirməyə çalışırdılar. Xoşbəxtlikdən «Park-inn» generatorları sayəsində qonaqların qarşısında yalnız 2-3 san.lik elektik itkisi ilə gözükölgəli olduq. Qalan hər şey isə qrafikə uyğun keçdi.
Tədbirdə əsas maraqlı tərəflər ölkələr (Azərbaycan, Belarusiya) olduğu üçün rəsmi dəstəklə həyata keçən forumda ab-hava da rəsmi olub. Azərbaycanda bir növ «Slikon vadisi» yaratmaq üçün Belarusiya`nın da təcrübəsini öyrənmək və «Elektron Hökumət» layihəsində istifadə olunmağa yarayacaq proqram həllərinin araşdırılması üçün nəzərdə tutulan forum dünən baş tutdu.
Tədbirdə hər iki ölkənin rəsmiləri çıxış etdi. Kimlərin nə dediklərini, xəbər saytlarından və TV-dən izləyə biləcəyiniz üçün mən yazımda həmin yazılara yer verib sizləri yormaq istəmirəm. Məsələ də rəsmi səviyyədə olduğu üçün, həm də biznes sirri olduğuna görə informasiya sızması da o qədər də mümkün deyil. Bəzi şeylər layihələr həyata keçdikcə görünəcək.

Dünənki forumda bir çox İT şirkətər iştirak edirdi (quru sözlər olmasın deyə bəzilərinin saytlarını aşağıda paylaşacam). Təkliflər də bir çox sektou əhatə edirdi, Neft sektorundan tutmuş Səhiyyəyə kimi. Amma məsələ ondadır ki, bəzi şirkətlərin təklifləri və proqram həlləri nə qədər də əhatəli olsa da, lisenziyalar Azərbaycan bazarı üçün bir qədər baha idi, və həmin lisenziyalar alınsa belə Azərbaycanda onu maksimum 4-5 şirkətə təklif etmək olardı. (məsələn: SAP üçün bəzi proqram həllərinin lisenziya qiyməti) Amma hər iki tərəf üçün sərfəli təkliflər də mövcud idi. Saytlarını incələyərək siz də iştirakçı şirkətlər haqqında fikir sahibi ola bilərsiniz.
Forumda iştirakçı olan bəzi kompaniyaların saytları:
park.by
itransition.ru
mikst.by
ozone-oo.com
synesis.ru
st.by
softclub.by
ctxm.by
foranx.by

Əməkdaşlıqlar baş tutdu. Azərbaycandan "Ultra" şirkəti, Belarusiyanın "ST Qrup"(СТ Группа) şirkəti ilə razılaşma əldə etdi. Bu razılaşma sayəsində artıq «Ultra» şirkəti öz fəaliyyət dairəsini biraz da genişləndirib, bank sektoru üçün də öz xidmətlərini təklif edəcək. İlkin olaraq isə proqram həlləri «Milli Bank»`da tədbiq olunmağa başlanacaq. Razılaşma sayəsində "Elektron Hökumət" layihəsinin tədbiqi prosesi biraz da genişlənib sürətlənəcək. Bəlkə də, bir müddət sonra biz də real «internet banking» xidmətlərindən yararlana biləcəyik.
Paylaş :
  • +1
  • 10 февраля 2010, 09:00
  • Sadig

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
0
Razılaşmalar filan, hamsı xeyirli olsun. Ancaq bir məsələ var ki, həllər yenə hamsı İKT şirkətləri, proqram təminatı və bu kimi məsələlərdə olacaq. Yenə internet sektoru ilə bağlı heç nə yoxdur. Ancaq unudurlarki bütün o banking nə bilim bu kimi digər avadanlıqlar camaata ona görə lazımdırki onlar internetdən istifadə eləsinlər.
avatar

Shaig

  • 10 февраля 2010, 09:31
şərhlər silindi

+
0
artıq mərbuatda da yayımlanmağa başladı məlumatlar: day.az/news/hitech/194090.html
avatar

Sadig

  • 10 февраля 2010, 11:58

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.