Ultra →  NEXUS “DocPad” adlı sensor ekranlı planşet hazırlayıb

İlk milli noutbuk brendi olan NEXUS istehlakçıların təlabatlarına uyğun premium planşet hazırlayıb. DocPad planşetləri 11.6” HD Glare sensor ekranlı, İntel PieneView-M N450 prosessorlu, 2GB əməli yaddaş qurğulu olaraq Windows 7 əməliyyat sistemində hazırlanıb. DocPad planşetləri müasir, cəlbedici dizayna malik olaraq sinfinin digər planşetlərindən HDMİ, WiMax kimi texnologiyalarla təchiz olması ilə fərqlənir. DocPad planşetləri həm fərdi istifadə, həm də müasir və premium hədiyyə kimi yararlıdır. Çünki, sözügedən məhsul NEXUS-un A kateqoriyalı sinfinə daxil olaraq özünəməxsus, milli ornamentlərlə dizayn edilmiş qutu-qablaşdırılması vardır. DocPad planşetlərinin qiyməti 599 AZN-dır.

DocPad planşet modelin tam texniki xarakteristikası: CPU:Intel Pineview-M N450 (1.66GHz, 667MHz, 512K of L2) RAM: 2GB DDR II 800MHz Display: 15.6" (39.62cm) HD (1366x768) Video Adapter:Integrated GMA3150 Graphics, Discrete 1080p HD Video Accelerator HDD: 32GB SSD Network:WiMax Kilmer Peak 6250, WIFI Integrated 802.11b/g/n Web Camera: 1.3Mpixel Ports: Interface DC-in x1, USB port x2, OMTP jack x1, SDHC slot x1, SIM card slot x1, Mini-HDMI (upscaling 1080p from 720p source) x1, 26 pins connector (for Docking) x1 Touch panel: Capacity Multi Touch (Real Two points) G-Sensor: Display orientation (three-axis sensing) Audio: Built-in Speaker (1.5W) x2 + Microphone Battery: Lithium-ion Polymer 2-cell (7.4V, 5000mAh) Size: 295mm x 195mm x 14mm Weight: 990gr + Window 7 + 1il Zəmanət

Fotoları:













Fotolar InfoCity Facebook Page-dən götürülmüşdür.
Paylaş :

Şərhlər (8)

RSS yığmaq / açmaq
+
0
Bu tip yerli markanın olmağı müsbət haldır. Təbriklər. Uğurlu olsun.

Bəzi məsələləri isə qeyd eləmək istərdim. Ultranın Microsoft-un partnyoru olmağı məcburən əməliyyat sisteminində Windows olmağına gətirib çıxarır. Məncə Bununla birgə Androidli model çıxarıla bilər. Partnyorluq üçün ilkin versiya Windows oldu bəs edər).

Windows-un indiki halda mənfi cəhəti, onun planşetlər üçün versiyasında olmamasıdır. Bu özü ilə birlikdə Application çatışmamazlığı və lazımı mobil təcrübəni ala bilməməyə gətirib çıxarır. Amma ümid edirəm ki, Windows 8 ilə planşetlərə gələcək yeni Windows DocPad-da da istifadə edilə biləcək. Update-ləri çıxacaq. Məncə bu nəzərə alınar.
avatar

Shaig

+
0
İnşallah
avatar

malikrashidov

+
0
Bənzəri Çin noname brandlari təxminən 2 dəfə ucuza almaq olar. Nexus hər şeydən öncə qiymət siyasətinə diqqət etməlidir və ümumiyyətlə alıcıya yeni bir şey təklif etməyən Nexus'a bazarda ehtiyac varmı?
avatar

ata

+
0
Yerli marka kimi, ən azından gələcəkdə nəsə edə bilmə ehtimalı ilə Nexus lazımdır. Ancaq qiymət siyasıti məsələsi düzdür.
avatar

Shaig

+
0
Bu gələcəyin brendidir.

Heç asan deyil kiçik, çox az müddətli olan müstəqil ölkədə innovation technology yaratmaq və bazarda inam qazanmaq. Özüdə bizim vətəndaşlara təsir edən xarici fikirlərlə, heç asan deyil.
avatar

malikrashidov

+
0
Çin? Noname? Brendsiz bir marka özüdə çin istehsalı, güvənimsiz, zəmanətsiz məhsul hara 2 il zəmanətlə, tam texniki servis təminatı, bu komfiqurasiya, bu dizayn, bu tərtibatdaki planşet hara…

Siz çox güman ki, NEXUS-un yeniliklərindən heç xəbəriniz yoxdur. Dünyanın ən böyük noutbuk istehsalçıları hansı yenilikləri edirsə, Azərbaycan brendi olaraq onlardan geri qalmır. Dünyada hələ heç bir neçə brendin ən slim, ultra light noubuku çıxmayanda NEXUS bunu etdi. Tablet hər brenddə olmayanda (söhbət iri brendlərdən gedir) NEXUS bunu etdi, indi də planşet.

Siz yeniliyi nədə görürsünüzki? Ət çəkən maşın istehsalına keçək? Ya bəziləri kimi noutbuk brendi deyib başqa sahənin avadanlıqlarını istehsal edək?

avatar

malikrashidov

+
0
Azərbaycanda belə bir planşetin istehsalı yaxşı haldır.Amma buna birdə tanışlıq videosu çəkilsəydi daha yaxşı olardı.
avatar

MCahandar

  • 21 февраля 2012, 22:05
+
+1
Bu haqda Malik müəllimə 2 həftə bundan əvvəl demişdim. Hələ də gözləyirik :)
avatar

farxadus


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.