Reytinq
+2.84
səsıər:
2
avatar

Ultra  



Ultra →  Ultra şirkəti Azərbaycan Respublikası İqtisadi İnkşaf Nazirliyində "HRM – Kadrların İdarə olunması" sistemini tətbiq etdi

Ölkənin aparıcı İT şirkətlərindən biri olan Ultra şirkəti inteqrasiya sistemləri üzrə həllər təqdim etməkdədir. Şirkət Azərbaycanda Respublikası İqtisadi İnkşaf Nazirliyində “HRM – Kadrların İdarə olunması” sisteminin tətbiqi prosesini artıq başa çatdırmışdır. Bu sistem nazirlikdə tətbiq olunan “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulub və onunla inteqrasiya-məlumat mübadiləsi sxemində çalışır.

“HRM – Kadrların İdarəolunması” sistemin tətbiqi nəticəsində aşağıdakı üstünlüklər əldə olunmuşdur:

• Kadrlarla bağlı məsələlərdə səmərəliliyin artırılması üçün vahid məlumatlar mühitindən istifadə imkanı;
• Əməkdaşlar haqqında məlumatların toplanması və sonradan bunun əsasında hesabatların avtomatik formalaşdırılması;
• Əmrlərin və əmək müqavilələrinin şablon əsasında avtomatik yaradılması;
• Sənəd dövriyyəsi sistemi ilə inteqrasiya;
• Ştat cədvəli üzrə hesabatların formalaşdırılması;
• Personalla əlaqədar hesabatların formallaşdırılması;

Sistem bir neçə moduldan ibarətdir ki, bu da təşkilatda kadların idarə edilməsi biznes-prosesləri üçün kifayət qədər funksional imkanları təmin edir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu


Azərbaycan İT şirkətləri sırasında sistem inteqrasiya sahəsində aparıcı şirkət olan – Ultra şirkəti distribusiya sahəsi üzrə də daim irəliləyişlər etməkdədir. Ultra şirkəti daim innovasiya təqdim etmək üçün yüksək statuslu tərəfdaşlıqlar qurmaqdadır. Şirkət “Oracle Gold Partner”“Cisco Premier Certification Partner” statuslu tərəfdaşı oldu.

Oracle Gold Partner statusu — Ultra şirkətinin Oracle həllərinin tam satış hüququna malik olmasını bildirir. Bundan başqa, Gold Partner statusu — Oracle həlləri üzrə mütəxəssisləri olan və Oracle həllərin tətbiqini edən şirkətə verilir.

Cisco Permier Certification Partner statusu ilə Ultra şirkəti avtorizə edilmiş Cisco avadanlıqların tətbiqi ilə yanaşı, simsiz şəbəkə və texnologiya təhlükəsizliyinin inteqrasiyasını təmin edəcəkdir.
Paylaş :

Ultra →  Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi

2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər. Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur.

Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi üçün Gimnaziyanın bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  ULTRA-nın dəstəyi ilə “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən Treninqlər başa çatıb. Treninqdə müxtəlif KİV-lərdə çalışan 25 nəfər jurnalistlər və jurnalist-tələbələr iştirak edib.

Sonuncu Treninqdə Sahil şirkətinin direktoru Vahid Qasımov "İnformasiya Təhlükəsizliyi" mövzusunda və İnfotex təşkilatının nümayəndəsi, ekspert Firudin Əhmədov "İKT və Azərbaycan dili " mövzularında Jurnalistlər qarşısında çıxış ediblər. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi "E-Sənəd Dövriyyəsi" sistemini tətbiq etdi


Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sistemini tədbiq etdi. Bu haqda İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev xəbər vermişdir.

Onun sözlərinə əsasən sistemin tətbiqi lazımi ünvanlara müvafiq sənədlərin hazırlanması və göndərilməsinin daha operativ həyata keçirilməsinə imkan yaratdı və həmçinin insan resurları və kağız daşıyıcılardan isitfadə dərəcəsini azaltdı.

Hal-hazırda korporativ səviyyədə müəssisədə elektron imza da tətbiq edilir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  ULTRA Elektron layihələrin növbəti mərhələsinə doğru addımlayır

Müsahibiiz ULTRA şirkətinin baş direktoru Tahir Mirkişilidir.

— Tahir müəllim hazırda Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi İT sahəsində də sürətli inkişaf var. Bu inkişafda Ultra şirkətinin hansı payı var?

— Həqiqətən də bu gün iqtisadiyyatın inkişafını informasiya texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnformasiya texnologiyaları rəqabət sahəsində və ölkə imicinin dəyişilməsi üçün zəmin yaradan ən mühüm faktora çevrilmişdir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu sahənin mühüm rolunu ön plana çəkərək ölkədə prioritet sahə elan etmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Ultra şirkətindən ADİU müəllim və tələbələri üçün güzəştli kredit aksiyası


Ultra şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim heyəti və I, II kurs tələbələri üçün güzəştli kredit aksiyasına başlamışdır. Aprelin 5-dən iyun ayına kimi ADİU müəllim və tələbələri banka getmədən, faizsiz və ilkin ödənişsiz NEXUS TeachBook seriyasından olan noutbuk modellərini kreditlə almaq imkanı qazanır.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS LED texnologiyalı televizorların istehsalına başlayacaq


İndiyə kimi LCD televizorlar ilə istehlaçıların təlabatını ödəyən Azərbaycanın ilk noutbuk istehsalçısı olan NEXUS şirkəti artıq növbəti aydan LED texnologiyalı televizorların istehsalına başlayacaqdır.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  ULTRA şirkəti “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütorluq statusunu aldı

Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan ULTRA Computers şirkəti daim innovasiya göstərir. Şirkət distribusiya sahəsində yeni irəliləyiş mərhələsindədir. Şirkət beynəlxalq tərəfdaşlarının siyahısına daha bir tərəfdaş əlavə etmişdir.

ULTRA şirkəti EMC korporasiyasının tərkibində olan “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütoru olmuşdur. İOMEGA şirkəti innovativ saxlama avadanlıqları və kiçik biznes, ev ofisi və digər istehlakçıların təlabatını ödəyən şəbəkə həlləri üzrə sərt disklər, multimediya avadanlılarının istehsalı üzrə beynəlxalq lider şirkətlərdən biridir. Şirkət 1980-ci ildən bəri 410 milyondan çox rəqəmsal saxlama diskləri və sərt diskləri satmışdır. Hal-hazırda İOMEGA şirkəti multimediya avadanlıqlar, rəqəmsal daşıyıcı disklər, eksternal disklər və interaktiv multimediya saxlayıcıları istehsal edir.
Artıq ULTRA şirkəti İOMEGA korporasiyasının məhsullarını Azərbaycan istehlakçılarına təqdim etmək iqtidarındadır.
Paylaş :

Ultra →  Belarus-Azərbaycan İKT forum


Bu barədə artıq çoxlarınızın xəbəri var. İstər mətbuatda öz əksini tapan press-relizlərdən, istərsə də WebOxu`dan. Dünən bir qədər qəribə və hərəkətli bir gün keçdi. Bütün Bakı elektrik enerjisindən məhrum olduğu anda, Belarus və Azərbaycan tərəfi İKT-ni biryerdə inkişaf etdirməyə çalışırdılar. Xoşbəxtlikdən «Park-inn» generatorları sayəsində qonaqların qarşısında yalnız 2-3 san.lik elektik itkisi ilə gözükölgəli olduq. Qalan hər şey isə qrafikə uyğun keçdi.
Tədbirdə əsas maraqlı tərəflər ölkələr (Azərbaycan, Belarusiya) olduğu üçün rəsmi dəstəklə həyata keçən forumda ab-hava da rəsmi olub. Azərbaycanda bir növ «Slikon vadisi» yaratmaq üçün Belarusiya`nın da təcrübəsini öyrənmək və «Elektron Hökumət» layihəsində istifadə olunmağa yarayacaq proqram həllərinin araşdırılması üçün nəzərdə tutulan forum dünən baş tutdu.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 10 февраля 2010, 09:00
  • Sadig
  • 3+3