Twitter →  Retweet.com satıldı və Twitter rəsmi URL qısaltma servisini çıxardı - twt

Retweet.com Flippa üzərindən edilən hərracda 55 min dollardan satışa çıxarılmışdı.Dünən sayt $250 min qarşılığında satıldı. 45 təklif nəticəsində qiyməti $202 min səviyyəsinə çatan xidmət daha çox gözləyərək risk almaq istəməyən biri tərəfindən $250 min qarşılığında «dərhal al» qiymətiylə satın alındı.
Twitter`in «retweet» xüsusiyyətini öz içinə qatmasıyla ana xüsusiyyətini itirən start-up populyarlıq əldə edə bilmədən hərraca qoyulmuşdu. İndi gözlər Retweet.comun rəqibi və bu sahədəki ən məşhur sayt olan Tweetmemeyə çevrilibdi. Retweetin satışının ardından Tweetmeme`nin gələcəyinin necə olacağı da internet aləminin marağındadır. Yeri gəlmişkən Tweetmeme verdiyi API servisindən biz də istifadə edirik və çox razıyıq. Fikrimcə servis çox ucuza satılıbdı. Əgər dərhal almaq xidmətindən istifadə edilməsə idi qiyməti ən az 1 milyona qədər qalxa bilərdi. Yadımdadırki servis satışa qoyulanda onun developerləri demişdilər ki, biz texniki adamlarıq, marketing edə bilmədik və nəticədə satmaq qərarına gəldik. Yəni marketing bacarıqları olsa idi yəqinki daha baha qiymətə satardılar.


Twitter`dən olan tək xəbər bu deyil. Bu xəbər isə bir URL qısaltma servislərinin hüç ürəyincə olmadı. Dünən bloglarından yazdıqları xəbərə görə öz URL qısaldıclarını sayt istifadəyə veriblər. Twitter, ötən həftə istifadəçilərinin «direct messages» yolu ilə aldıqları phishing hücumlarına qarşı belə bir tədbir gördüyünü dilə gətirir. Hələlik yalnız direct message alındığında, göndərilən e-poçt elanlarında URL qısaltma xidməti istifadə edilsə də (twt.tl) bir müddət sonra bütün sayt içindəki veb əlaqələrində Twitter xidmətinin istifadə edilməsi ehtimalı var.
Düzü mən yoxladım, nəsə görə bilmədim həmin domainlə olan qısaltmaları. Ola bilsinki bu böyük saytların ənənəvi xüsusiyyəti olaraq ancaq müəyyən mərhələdə istifadəçilərə aktiv olur.

Belə bir vəziyyət təbii ki Bit.ly, Tr.im, Ow.ly kimi çox url qısaltma xidməti üçün ola biləcək ən pis xəbərdir. Url qısaltma xidmətlərinin necə karlı bir hala çevriləcəyi düşünülərkən, bir anda Twitter kimi bir qaynağın xaricində qala bilmək təhlükəsi, sahiblərinin əhvalını olduqca pozacaq. Ancaq fikrimciə müxtəlif clientlər öz istədikləri URL qısaltmanı saxlaya bilərlər. Beləcə də URL qısaltmalarla, clientlər arasında da ayrı bir bazar yaranar.

Twitter cəbhəsindən baxdığımızda isə işlərin yaxşı getdiyini görmək olar. API ilə başqa insanlar tərəfindən düşünülmüş iş planlarını sayt öz əsas xüsusiyyətlərinə əlavə edərək, saytın funksionallığını daha da artırır. İndi bunun gələcəkdə servisin sadəliyinə necə təsir edəcəyi də sual altındadır. Hər halda Twitter sadəliyindən vaz keçməz. Daha yaxşı olardı ki, bəzi xüsusiyyətləri əlavə saytlar üzərindən etsinlər.

Mənbələr: 1, 2, 3
Paylaş :
  • 0
  • 10 марта 2010, 22:02
  • Shaig

Şərhlər (9)

RSS yığmaq / açmaq
+
0
Amidin bazar ölür
avatar

kataloq

+
0
Öldü deməzdim. Sadəcə daha maraqlı funksialar fikirləşmək lazım gələcəkdi. Çünki Tvvitterdən olunan share`lərdə uzun linkləri ancaq qısaldır, elə qısa linklər qısa olaraq qalacaqdı.
avatar

Shaig

+
0
Men oyreshmishem bit.ly — ya nedense. ona gore de bashqalari yadima dusmur hec. amma twittere webdeb daxil olanda STATUS UPDATE-in yaninda teshkil etse bunu, yani saytdan cixmadan, yaxud browser extensionu istifade etmeden Ajax-la ishi hell etse, he onda twitterin servisin istifade etmek olar.
avatar

Elliot

+
+1
Amma bəzi istifadəçilər Twitterin belə dəyişikliklər etsə öz sadəliyini itirəcəyi fikrindədir. Ona görə saytın özündə elə bir funksiya əlavə edərlərmi tərəddüdlüyəm. Birdəki artıq bəzi developerlər Twitter`in hilə işlətdiyini düşünməyə başlayırlar, beləki APİ`lərlə hamıya Twitter üzərində yeni ideyalar tətbiq etməsinə imkan versə də sonradan uğurlu fikirləri özü mənimsəyir =). Twitmeme`nin ReTweet`in «tutduğunu» görüb sayt öz funksiyaları arasına ReTwit funksiyasını əlavə etdi, indi də URLl`rı özü qısaltmağa başlayacaq deyə qorxu keçirirlər )
avatar

Sadig

+
0
Bugün elə birini də tapdım. alsat.az :)
avatar

kataloq

+
+1
domen adi chox ughurludur shortener service uchun :))
avatar

Elliot

+
0
Məndə də "əsl" url shortner servisi üçün yaranılmış addı )
avatar

Sadig

+
+1
bir dene axtarish motoru chixmishdi e Xaos.az. logosu da Combats oyunu logosuna benzer, o nece axtarish idise bu da elece shortenerdir :)
avatar

Elliot

+
0
Hmm, nə mənası varki belə əlaqəsiz domainlərlə url qısaltmanın. 5 hərifli domainlərlə qısaltma olmurki.
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.