Texnologiya → Microsoft və HP şirkətləri Bakıda lisenziyalı proqram təminatlı yüksək texnoloji məhsulların satışı üzrə treninq keçirir
Press-reliz: Microsoft Azərbaycan və HP Azərbaycan şirkətləri Bakıda HP məhsullarının leqal proqram təminatılə satılmasına həsr olnmuş treninq keçirir. Treninq çərçivəsində gündəlik şəraitdə yenidən quraşdırılmış Microsoft OEM lisenziyalı HP məhsullarının satışının effektiv və sadə üsulla artırılmasına dair tədris həyata keçirirlir.
Treninq çərçivəsində “fərdi və korporariv müştərilərə kompüter avadanlığının və lisenziyaların satışı metodologiyası”, “lisenziyalı proqram təminatının dəyəri”, “Microsft-un OEM məhsullarının təsviri”, “HP noutbuklarının təsviri və hər modelin mövqeləşdirilməsi”, “fərdi müştərilərə satış üsulları” və “korporativ müştərilərə satış üsulları” kimi mövzular müzakirə olunur.
Kurs bitdikdən sonra dinləyicilər Microsoft OEM lisenziyalı HP məhsullarının satış həcminin artırılması üçün zəruri bacarıqlara yiyələnəcəklər.
Treninqlərdə satış üzrə menecerlər, müştərilərlə iş üzrə menecerlər, məsləhətçilər, marketinq üzrə mütəxəssislər, həmçinin Micorosft məhsullarının satışı ilə məşğul olan digər əməkdaşlar iştraik edirlər.
Treninqlər 15 dekabr tarixinədək davam edəcək.




Şərhlər (0)
RSS yığmaq / açmaq