Texnologiya → “Sentr Znaniy Azərbaycan” təhlükəsizlik mütəxəssislərini təlimləndirəcək
Press-reliz: 20-23 dekabr tarixlərində “Sentr Znaniy Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq Cisco-nun MARS məhsulu üzrə treninq keçirəcək. Kursu Sentr Znaniy şirkətinin CCIE Security statuslu təlimatçısı Boqdan Staşuk keçirəcək. B.Staşuk Ukrayna və digər xarici ölkələrin müxtəlif layihələrində geniş iş təcrübəsi var; dörd dildə danışır.“MARS – risklərin idarəolunması, şəbəkə fəallığının monitorinqi və şəbəkə hücumlarına qarşı müqavimət üçün nəzərədə tutulan yüksək məhsuldarlıqlı və miqyaslanan həlldir. Bu, çox mühüm və məzmunlu materialdır, və ona görə də kursun keçirilməsilə məhz Cisco korporasiyasılə ən yüksək tərəfdaşlıq statusuna malik şirkət həyata keçirir”, deyə Cisco Systems şirkətinin Azərbaycandakı nümayəndəsi Rövşən Əkbərov qeyd etdi.
MARS hücumları həm real zaman rejimində təsvir etməyə, həm də keçmişdə baş vermiş hadisələrin təhlili zamanı hücum və insidentlərin sxemlərini yenidən canlandırmağa imkan verir. Bundan əlavə, Cisco Security MARS məhsulu nasazlıqlardan sonra sistemin bərpası planlarının yaradılması, insident və şəbəkə fəallığının təhlili, cari təhlükəsizlik durumunun auditi üçün hesabatların hazırlanmasına imkan verir. Vizual olaraq hesabatları nəinki mətn formasında, həm də qrafik, cədvəl və diaqramlar şəklində konfiqurasiya etmək mümkündür. Həmçinin bir çox xarici standartlara uyğunluq üzrə hesabatların hazırlanması üçün də imkanlar yaradılmışdır. Cisco MARS-ın quraşdırılması üçün əlavə avadanlığa, əməliyyat sistemlərinin yeniləşdirilməsinə, əlavə lisenziyaların alınmasına və ya köməkçi işlərin görülməsinə ehtiyac yoxdur. Sadəcə veb-interfeys vasitəsilə şəbəkə qurğularını və təhlükəsizlik sistemlərini sazlamaq kifayətdir ki, sistem işə tam hazır olsun.
Proqram 4 gün üçün nəzərdə tutulur və MARS-ın imkanlarının və onun əsasında fəaliyyət göstərən həllərin ümumi təsvirini, ilkin variantda quraşdırmanın öyrənilməsini, MARS sisteminə Cisco və digər istehsalçıların müxtəlif qurğularının qoşulmasını, hücumların baş vermə ssenarilərindən asılı olaraq müəyyən hadisələrin hazırlanması üçün şəbəkə qurğularının sazlanmasını və s. əks etdirir.




Şərhlər (3)
RSS yığmaq / açmaqParvizNasirov
Adress də yazılıb ki:
Bakı, AZ 1141, Azərbaycan, Bakı ş, Əhməd Cəmil küç, 64/66
tel.:(994 12) 417-12-20
Shaig
ParvizNasirov