Texnologiya → “Sentr Znaniy Azərbaycan” Mərkəzi Bankın İT mütəxəssislərinin təlimi üzrə tenderdə qalib gəldi

Press-reliz: Sentyabrda Azərbaycan Respublikasının Mərkəzi Bankı kompüter və informasiya texnologiyaları üzrə mütəxəssislərin bir neçə istiqamət üzrə təlimi üçün tender elan etdi. Tenderdə dörd şirkət iştirak etdi. Tender komissiyasının qərarına əsasən “Sentr Znaniy Azərbaycan” doqquz istiqamətin yeddisi üzrə qalib elan olundu.
“Proqram təminatı və şəbəkə avadanlığının satışı üzrə dünyanın aparıcı təchizatçıları ilə geniş beynəlxalq təcrübə, ən yüksək səviyyəli biliklərə malik olan ixtisaslı təlimatçılar, əlbəttə ki, siniflərimizdə quraşdırılmış ən müasir avadanlıq kimi üstünlüklərimizi nəzərə alaraq Mərkəzi Bank seçimini məhz şirkətimizin xeyrinə etdi”, deyə “Sentr Znaniy Azərbaycan” şirkətinin direktoru Sabina Legeyda qeyd etdi.
Mərkəzi Bankın İT mütəxəssisləri “Sentr Znaniy Azərbaycan”da keçiriləcək təlimlərə oktyabrın ortalarında başlayacaqlar. Bu müddət ərzində məxsusən onlar üçün ITIL v3 əsasları üzrə kurslar, Oracle verilənlər bazalarının idarəetməsi üzrə bir neçə kurs, həmçinin Windows Server 2008 ilə iş üzrə bir sıra ixtisaslaşdırılmış kurslar təşkil olunacaq. Təlim dekabr ayının ortalarınadək davam edəcək və yekinda Azərbaycanın Mərkəzi Bankının mütəxəssisləri sertifikatlarla təmin olunacaq.
SENTR ZNANIY HAQQINDA
“Sentr Znaniy” 2002-ci il 1 dekabrda təsis edilmişdir. Tədris mərkəzinin əsas ideyası İT-mütəxəssislərin peşəkar səviyyəsinin artırılması, Ukrayna bazarına yenicə gələn ən müasir informasiya texnologiyalarının öyrənilməsi idi. Öz fəaliyyətinə 2002-ci ildə Ukraynada Cisco-nun ilk avtorizasiyalı kurslarının keçirilməsilə başlayan “Sentr Znaniy” layihələşdirmə, şəbəkələrin dəstəklənməsi və idarəedilməsi, təhlükəsizlik, İP-telefoniya və əlaqə-mərkəzləri, həmçinin Cisco həllərinin saışı üzrə 5000-dən çox Cisco mütəxəssislərini hazırlamışdır.
2004-cü ildə “Sentr Znaniy”də yeni istiqamət açılmışdır – Microsoft-un avtorizasiyalı kurslarının keçirilməsi, Microsoft Certified Partner for Learning Solutions (MCPLS) statusu əldə olundu. 2004-cü ildən “Sentr Znaniy”də ITIL metodikaları üzrə İT-rəhbərlər də hazırlıq keçirlər. 20 ədəd Sun iş stansiyası və serverindən laboratoriya yaratmaqla “Sentr Znaniy” Sun Solaris 9 və 10 administrasiyası üzrə kurslar təqdim edir. 2007-ci ilin sonunda “Sentr Znaniy” MDB bazarında İsveçin Apis şirkətinin eksklüziv tərəfdaşı oldu.
2010-cu ilin martında “Sentr Znaniy” Azərbaycanda nümayəndəlik açdı. “Sentr Znaniy Azərbaycan”ın fəaliyyəti ən yüksək standartlar üzərində qurulmuşdur. Tədris mərkəzinin kurslarının dinləyiciləri tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu və “Sentr Znaniy” mütəxəssislərinin yüksək peşəkarlığını qeyd edirlər. Bu müddət ərzində “Sentr Znaniy Azərbaycan”da ölkənin ən iri şirkətlərin 250-dən çox mütəxəssisi təlimdən keçmişdir.




Şərhlər (1)
RSS yığmaq / açmaqe-mail: info@stimul-az.com
Telefon: (+994 12) 493 89 32
Mobile: (+994 55) 612 27 52
STIMUL