Texnologiya →  Bloqosfer 2010 üçün qeydiyyat prosesi və #bloqosfer10 videoları

Elan etdiyimiz kimi Bloqosfer 2010 Forumuna qeydiyyat 5 sentyabr tarixində yekunlaşır. Bu ana qədər foruma 181 nəfər qeydiyyatdan keçmişdir ki, onların içərisindən forum hesabına iştirak edəcək 70 nəfər seçiləcək. Qeydiyyatdan keçmiş bütün şəxslərə seçimlə əlaqədar e-mail göndəriləcək.

Bundan əlavə Bloqosferin yeni promo videolarına da forum həvəskarları tamaşa edə bilərlər.

Foruma olan böyük marağı nəzərə alaraq Təşkilat Komitəsi qeydiyyatı daha 3 gün artırır (8 sentyabr saat 22:00-a qədər). Bu müddətdə qeydiyyatdan keçən şəxslər yalnız öz hesabına və ya yarım öz hesabına foruma qoşula biləcəklər (regiondan olan iştirakçılar istisnadır).

Qeydiyyatdan keçmiş bütün iştirakçıların diqqətinə aşağıdakı məqamlərı çatdırmaq istəyirik:

1. Sizin seçilib-seçilməməyiniz haqqında məlumat 6-7 sentyabr tarixində e-mailinizə daxil olacaq.

2. Yalnız e-mail vasitəsilə müsbət cavab almış iştirakçılar tədbirə qoşula bilərlər.

3. Əgər siz qeydiyyatdan keçmisinizsə və 7 sentyabra kimi sizə heç bir cavab gəlməyibsə forum@bloqosfer.com ünvanına bu haqda məlumat yazın.

4. Və seçilmiş iştirakçılara iştirakla bağlı bütün məlumatlar e-mail vasitəsilə göndəriləcək.

Sonunda sizə bildirmək istəyirik ki, Bloqosfer 2010 Forumu Nabranda yerləşən Atlant İstirahət Mərkəzində keçiriləcək.



Paylaş :
  • +1
  • 6 сентября 2010, 13:29
  • Weboxu

Şərhlər (1)

RSS yığmaq / açmaq
+
0
videolar superdi esasende ikinci qizlari bilmirem meni infakt vurdu))
avatar

Strange

  • 6 сентября 2010, 17:25

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.