Texnologiya →  Bloqosfer 2010 - Azərbaycan bloqçuları bir arada!

Nəhayət ki, Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssisləri bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını əldə etdilər. “Bloqosfer 2010″-a hazırlıq artıq başlamışdır və 10-12 Sentyabr 2010-cu ildə Xudat rayonunun Nabran qəsəbəsində keçiriləcəkdir. Bloqsferin təşkilinə dəstək olmaq istəyən hər bir şəxsi sıralarımızda görməyə sevinərdik.
Qızmar, süst yaydan sonra iş mövsümə bol-bol motivasiya və ideya ilə dolu başlayın! Bloqosfer 2010-a qeydiyyat açıq elan olunur!
“Bloqosfer 2010″ Soros fondunun dəstəyi ilə təşkil olunmağa başlasa da, yeni-yeni partnyorlarımızın qoşulması istisna deyil. Xəbərlərimizi izləyin.
Paylaş :
  • +2
  • 20 августа 2010, 14:55
  • Weboxu

Şərhlər (13)

RSS yığmaq / açmaq
+
0
SYD və Bloqosfer. Ümid edirəm üst-üstə düşməzlər.
avatar

Shaig

  • 20 августа 2010, 15:26
+
0
Əgər üst-üstə düşsə, seçim imkanı olacaq da :D
avatar

ilgarmirza

  • 20 августа 2010, 17:01
+
0
Video çarx əla alınıb. Hamıya uğurlar… inşallah hər şey yaxşı keçər.
avatar

Tural

  • 20 августа 2010, 18:49
+
0
Bakida keçirilsəydi bəlkə daha çox iştirak edən olardı… Hətta bəlkə az tanınan bloqçularda iştırak edip inkişaf etməyə bir fürsət qazanardılar..Təbiki bu subyetkiv fikrimdi…
Bütün iştirak edənlərədə təşkilatçilarada uğurlar…
avatar

simplez

  • 20 августа 2010, 21:28
+
0
Bu tip tədbirlərin şəhərdaxili keçirilməyinin bir mənfi cəhəti varki iştirakçılar paralel başqa planlarda salırlar. Nəticədə ikinci, üçüncü günü bəzən passiv iştirak ola bilir. Ancaq belə olduqda gedən hər kəs konkret iştirak etmək üçün gedir.
avatar

Shaig

+
0
Aha, dəstəkləyirəm. Fikr vermişəm, xaricdə belə təcrübə var. Campların çoxsunu (misal üçün Rusiyada ən böyükü olan Seliger forumu) paytaxtdan uzaq edirlər ki, iştirakçılar sırf mərasimə diqqət yetirsinlər.
avatar

anar

+
0
Az tanınan bloqçular da qoşula bilər, təbii. Qapılar hamı üçün açıqdır.

Bakı tədbirləri yarım gündən çox çəkmir (acı təcrübə). Bu isə kamp tipli tədbirdir və 80-90 nəfər üçün nəzərdə tutulub.

Ümumiyyətlə, 3 gününü bu tədbirə ayıran adam başa düşür ki, şəhərdən ayrılmaq lazımdır. (elə bil ki, işindən 3 günlük ezamiyyət almısan). Kim ki vaxtını ayıra bilməyəcək, o Bakıda da olsa da normal formada iştirak edə bilməyəcək, sadəcə gəlib 1-2 saat oturub gedəcək — bu isə tədbirin gedişatına mane olur.

Ümumilikdə isə, hər vəziyyətin öz müsbət və mənfi tərəfləri var. Bloqosfer 2010 üçün bu format daha məqsədəuyğundur.
avatar

ilgarmirza

+
0
Bloqosferin Twitter hesabı.
www.twitter.com/bloqosfer
avatar

Shaig

  • 22 августа 2010, 15:25
+
0
Heç kimin etirazı olmaz ki, QWE-də bu haqda yazdıq? qwe.az/blog/lenta/2181.html
avatar

anar

  • 22 августа 2010, 18:53
+
0
Etiraz niyə, yaxşı eləmisiz. Rusca məlumat yayımı da lazımdır.
avatar

Shaig

+
0
Təşəkkürlər!
avatar

ilgarmirza

+
0
SYD və Bloqosfer üst-üstə düşmədi, 1 həftə fərq var arada: SYD 18-19 sentyabrda olacaq inşALLAH!
avatar

SYD

  • 26 августа 2010, 11:40
+
0
Videonun çəkiliş arxası:
avatar

Shaig

  • 31 августа 2010, 14:14

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.