Texnologiya →  HP 9 min işçisini qovacaq

«Hewlett-Packard» (HP) korporasiyası istehsalın avtomatlaşdırılması planını açıqlayıb.

1 milyard dollarlıq plan üç il ərzində şirkətin dünyanın müxtəlif ölkələrində 9 min iş yerini təxirə salmasını nəzərdə tutur.

«PC World» bildirir ki, HP bu plan sayəsində avtomatlaşdırılmış məlumat mərkəzləri vasitəsilə müştərilərin işlərini asanlaşdırmaq istəyir. Yeni texnologiyaların tətbiqi nəticəsində korporasiya ildə $500-700 milyon məbləğində vəsaitə qənaət etmək niyyətindədi.

Daha sonra isə HP ixtisarlar nəticəsində boş qalmış mövqeləri doldurmaq üçün 6 min yeni iş yeri açacaq. Fəqət, yeni iş yerlərinin nə zaman yaradılacağı bəlli deyil.

Qlobal maliyyə böhranının yaratdığı fəsadları aradan qaldırmaq üçün HP ötən il 6700 əməkdaşını ixtisar edib.

Mərkəzi ofisi ABŞ-da yerləşən və dünyanın ən iri kompüter istehsalçısı olan HP qlobal miqyasda kompüter satışı bazarının 19,8%-nə nəzarət edir.

Mənbə:
Paylaş :

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Bu 6 min işçi isə, beynəlxalq arena götürüləcək.
avatar

Shaig

+
0
yeqin ki yene canaq az maashlilarin basinda catlayacaq
avatar

Turalfot


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.