Texnologiya →  Azerfon və Azercell - Ölkədə ilk operatorlar arası MMS


Press-reliz: 01 Aprel, 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə MMS göndərə biləcəklər.
AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər.
Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək.
Abunəçilərin ünsiyyətini daha da rahat və rəngarəng etmək üçün Azerfon-Vodafone yerli və xarici operatorlarla MMS müqavilələrin sayını artıracaqdır.
Xidmət haqqında əlavə məlumat almaq üçün 077 200 11 77 nömrəsinə zəng etmək və ya www.azerfone-vodafone.com internet səhifəsinə müraciət etmək kifayətdir.
Paylaş :
  • 0
  • 1 апреля 2010, 16:53
  • Weboxu

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
0
Nə əcəb görən Azerfonla Azercell yola getməyə başlayıblar.
avatar

Shaig

+
0
Allah mehriban eləsin deyək )))
avatar

Panda

+
0
ne yaxshi? Super olar
avatar

Strange

+
0
Olmedik bu gunu de gorduk
avatar

coser


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.