Texnologiya →  “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi Cisco Networkers Awards 2010 müsabiqəsinin finalında


Press-reliz: “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi Cisco Networkers Awards 2010 müsabiqəsinin finalına çıxdı. Bu haqda Cisco şirkətinin Mərkəzi Asiyanın sistem mühəndisləri üzrə meneceri Rövşən Əkbərov bəyan etdi. Müsabiqə Cisco-nun tərəfdaşları arasında inkişafda olan ölkələr üçün keçirilir. Qeyd etmək lazımdır ki, sözügedən müsabiqənin qaliblərinin adları 29 mart tarixində Bəhreyndə açıqlanacaq. Cisco şirkətinin tərəfdaşları – AZEDUNET və ULTRA –tərəfindən həyata keçirilən “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi “Society Impacting Network” nominasiyası üzrə irəli sürülüb.
R. Əkbərovun sözlərinə görə, finalda Azərbaycan layihəsi “Küveyt İnformasiya Şəbəkəsi” və “Iordaniyanın Milli Genişzolaqlı Şəbəkəsi” layihələrilə mübarizə aparacaq.
Qeyd etmək lazımdır ki, “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində AZEDUNET təşkilatı tərəfindən həyata keçirilir. Layihə çərçivəsində məktəbləri, ölkənin tədris müəssisələrini və Təhsil Nazirliyinin müxtəlif qurumlarını birləşdirən sürətli korporativ intranet şəbəkəsi yaradılır. Həmin şəbəkə tədris müəssisələrinə Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşən elektron tədris resurslarına və idarə sistemlərinə, həmçinin İnternet şəbəkəsinə sürətli giriş təqdim edir.
Paylaş :
  • 0
  • 18 марта 2010, 12:47
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.