Texnologiya → NETTY2010 mükafatı çərçivəsində “İlin İT-hadisəsi” müəyyən ediləcək

Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının Təşkilat Komitəsi müsabiqə çərçivəsində keçirilən “İlin İT-hadisəsi” nominasiyasında şirkət və təşkilatları iştirak etməyə dəvət edir. Nominasiyanın əsas məqsədi Azərbaycanın informasiya texnologiyalarının inkişafında əhəmiyyət kəsb edən layihələri aşkar etməkdir. Layihəni ünvanında qeydiyyatdan keçirtmək olar.
Azərbaycanda və onun xaricində informasiya texnologiyaların inkişafına yönəldilmiş hər bir layihə mükafata iddia edə bilər (saytlar sözügedən nominasiyada iştirak edə bilməz).
Qalibin müəyyən edilməsi NETTY Akademiyası tərəfindən final mərhələdə həyata keçiriləcək. AKADEMİYA informasiya texnologiyalarını təmsil edən və informasiya texnologiyalarını Azərbaycanda inkişafı üzrə məsul olan nüfuzlu mütəxəssislərin geniş dairəsi ilə təqdim olunub. AKADEMİYAnın səsverməsi nəticəsində ən yaxşı adlandırılan layihə “İlin İT-hadisəsi” fəxri nominasiyasının laureatı elan ediləcək.
Nominasiyada iştirak etmək üçün ərizələrin qəbulu 7 may tarixinədək davam edəcək. 17 may tarixində final təntənəli mərasimdə qalibin adı elan edilir.
Müsabiqədə iştirak etmək üçün ərizələr yalnız reallaşdırılması 2009-2010 illər dövründə keçirilmiş layihələr üzrə təqdim oluna bilər.
Ərizələr həm layihənin sifarişçiləri tərəfindən, həm də ki, icraçıları tərəfindən, lakin onların qarşılıqlı razılığı ilə və tərəflərin biri ilə təqdim oluna bilər.
Qeyd edilməlidir ki, NETTY 2009-da nominasiyanın qalibi Azərbaycanda Golden Pay internet ödəmə sistemini tətbiq edən layihə olmuşdur.
Cari ildə başqa illərdə olduğu kimi, müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi dəstəklənir, həmçinin Golden Pay ödəmə sistemi, ULTEL telekommunikasiya operatoru, Azeurotel operatoru, Ali&Nino dükanlar şəbəkəsi, Intrans internet provayderi, AZEL şirkəti, Nurlar şirkəti, Ultra şirkəti və JİS studiyası tərəfindən partnyor dəstəyini alır.




Şərhlər (5)
RSS yığmaq / açmaqShaig
Sadig
Shaig
kataloq
Shaig