Texnologiya →  Bakıda “1 şagird – 1 kompüter” layihəsi üzrə seminar keçiril(əcək)di


Press-reliz: 12 mart 2010-cu il tarixində İntel korporasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırlması İdarəsi tərəfindən Məlumat və Resurs Mərkəzində “1 şagird -1 kompüter” layihəsi üzrə seminar keçiriləcək. Seminarı ABŞ-dan dəvət olunmuş Intel “World Ahead” layihəsinin Təhsil İşləri üzrə Rəhbəri Robert Fogel keçirəcək.
Təhsil sistemində rəhbər işçilərə ünvanlanmış seminar “2008-2012-ci illərdə Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsidir.
Seminarda XXI əsrdə təhsilin inkişaf istiqamətlərinə uyğun olan “1 şagird-1 kompüter” layihəsinin beynəlxalq təcrübə və imkanları haqqında məlumat veriləcək və Azərbaycanda layihənin icra perespektivlərindən söhbət açılacaq. Seminar əsasən aşağıdakı mövzuları əhatə edəcək:
* XXI əsr təhsili — XXI əsr təhsilinin əsas məqsədlərinin izahatı;
* XXI əsrdə Elektron Tədrisin həll yolları -XXI əsrdə Elektron Tədrisin əsas ünsürləri və həll yolları;
* XXI əsrdə Elektron Tədris anlayışının açıqlanması — Siz XXI əsrdə Elektron Tədris anlayışını necə başa düşürsüz?

Qeyd etmək lazımdır ki, Robert Fogel artıq MDB ölkələrində təhsil sitemin rəhbər işçiləri üçün bir sıra seminarlar keçirmişdir.
“1 şagird – 1 kompüter” layihəsi Azərbaycanda İKT-nin təhsildə tətbiqi üzrə çox böyük nailiyyətlər əldə etmək üçün vacib layihələrdən biri sayılır. Layihənin əsas məqsədi məktəb şagirdlərinin kompüterlərdən istifadəsini yalnız məktəbdə yerləşən kompüter otağında məhdudlaşdırmayaraq, digər yerlərdə də təmin etməkdir. Bu halda təhsilin informasiyalaşdırılması üzrə daha yaxşı nəticələrin əldə edilməsi mümkündür.

Tədbir Keçirildi:
12 mart 2010-cu il tarixində İntel korporasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırlması İdarəsi tərəfindən Məlumat və Resurs Mərkəzində “1 şagird -1 kompüter” layihəsi üzrə seminar keçirildi. Seminarı ABŞ-dan dəvət olunmuş Intel “World Ahead” layihəsinin Təhsil İşləri üzrə Rəhbəri Robert Fogel keçirmişdir. Seminarda çıxış edən R.Foqel XXI əsrdə təhsilin informasiya texnologiyalarının birbaşa dəstəyi ilə təkamülü haqqında danışdı. Onun sözlərinə görə, məhz “1 şagird – 1 kompüter” konsepsiyası çərçivəsində təhsildə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından tam istifadə olunur. Bu isə öz növbəsində yeni biliklərin yaradılmasına real imkan verir.

Təhsil Sisteminin İnformasiyalaşdırlması İdarəsinin rəisi Samir Məmmədov qeyd etdi ki, keçirilən seminar təhsil işçilərinə “1 şagird – 1 kompüter” konsepsiyası haqqında məlumat verməyə və Azərbaycanda həyata keçirilən layihədən təhsilin keyfiyyətinin qaldırılması üçün yararlanmağa real şərait yaratdı. S.Məmmədovun sözlərinə görə, Azərbaycanda Təhsil Nazirliyi və İntel korporasiyasının birgə həyata keçirdiyi “1 şagird – 1 kompüter” layihəsi İKT-ni təhsildə daha effektiv həyata keçirməyə imkan verir.
Paylaş :
  • +1
  • 11 марта 2010, 13:32
  • Weboxu

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
+1
Bu xəbərə doğurdan da sevindim zəmanənin tələblərindəndi və əslində belə seminarlarin çoxdan keçirilməsi lazimdi… Ümüd edirəm ki təhsil nazirliyi belə seminarlari tez tez və geniş şəkildə keçirəcək
avatar

simplez

+
0
Sadəcə keyfiyyəti bir az şübhəli olur. İdeya əladır, icra mübahisəlidir.
avatar

Shaig

+
0
nese bir gelirleri olmasa elemezler
avatar

Strange

+
0
sösüz gəlir olmasa heçnə eləməzdilər ancaq gənədə də ideya olaraq əladi təbiki tələbələrə xeyri olmaq şərti ilə…
avatar

simplez


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.